
Alimentin artırılması üçün müraciət qaydası – 2025
1. Boşanma zamanı aliment – aliment haqqında yeni qanun 2025
Alimentin artırılması proaktiv(avtomatik) qaydada aparılmır. Yəni aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək lazımdır. Yeni qaydalara əsasən artıq mediasiyaya müraciət etmək lazım deyil.
2. 2025 aliment məbləği
2025-ci il üzrə alimentin minumum miqdarı 246 manat təyin olunub. 2025-ci il üzrə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu həm də alimentin minumum miqdarı hesab olunur.
3. Alimentin minumum miqdarı nədir?
Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır.
4. 1 uşağ üçün aliment
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi aliment olaraq hesablanır.
5. 2 uşağ üçün aliment
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən iki uşağa görə qazancın, yaxud da gəlirlərin 1/3 hissəsi aliment olaraq hesablanır.
6. 3 uşağ üçün aliment
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.
7. Alimentin artırılması üçün müraciət
Alimentin artırılması üçün yeni qaydalara əsasən mediasiyaya müraciət etməyə ehtiyac yoxdur. Birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir.
7.1. Mediasiyaya müraciət zamanı lazım olan sənədlər
Alimentin artırılması üçün mediasiyaya müraciət etməyə ehtiyac yoxdur, lakin ilk dəfə aliment tələb etdikdə mediasiyaya mütləq müraciət olunmalıdır.
Mediasiya üçün lazım olan sənədlər aşağıdakılardır:
- 1. Təklifİin 1 nüsxəsi;
- 2. Poçtdan təklifin göndərildiyini təsdiq edən qəbz;
- 3. Ərizə
7.2. Məhkəməyə müraciət zamanı lazım olan sənədlər
- 1. İddia ərizəsi – 1 nüsxədə;
- 2. Uşağın doğum haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
- 3. Cavabdehin yaşayış yeri barədə arayışın əsli;
- 4. Nikahın pozulması barədə məhkəmə qətnaməsinin surəti;
- 5. İddiaçının şəxsiyyət vəsiqəsinin surəti;
- 6. Nikahın pozulması haqqında şəhadətnamənin surəti;
7.3. Rayon qeydiyyatıyam. Bakıda müraciət edə bilərəm?
Bəli. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin, Mülki Prosessual Məcəllənin müddəalarına əsasən alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Eləcə də, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.
8. Alimentin artırılması dövlət rüsumu – aliment dövlət rüsumu
Alimentin artırılması ilə bağlı məhkəməyə müraciət zamanı dövlət rüsumu yoxdur. Sadəcə ərizəni yazdırmaq üçün vəkilə ödəniş edə bilərsiniz. Ərizənin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
9. İddiaçı mediasiya və məhkəmədə iştirak etməlidirmi?
Bəli, mediasiyaya və məhkəməyə müraciət edən iddiaçı iclaslarda mütləq iştirak etməlidir. Əks halda iş baxılmamış saxlanılacaq və yenidən müraciət etmək lazım olacaq. Mediasiya və məhkəmə iclasında iştirak etmək istəməyən iddiaçı vəkil ilə müqavilə bağlaya bilər. Bu halda iddiaçının əvəzinə iclaslarda vəkili iştirak edə bilər.
10. 18 yaşdan sonra aliment
Azərbaycanda alimentin uşaqlara neçə yaşına qədər verildiyi qanunla müəyyən edilir. Ümumiyyətlə, aliment uşaqların yetkinlik yaşına çatana qədər, yəni 18 yaşına qədər ödənilir. Yəni, uşağın 18 yaşına çatına qədər aliment almaq hüququ, eləcə də, alimentin minumum miqdarı təyib olunubsa alimentin artırılması ilə bağlı valideynin məhkəməyə müraciət etmək hüququ var. Lakin bəzi hallarda bu müddət uzadıla bilər:
1. Ali Təhsil Alarkən:
– Əgər uşaq ali təhsil alırsa, alimentin ödənişi onun 23 yaşına qədər davam edə bilər.
2. Əlillik Hallarında:
– Uşaq əlil olduqda və özünü təmin etmək iqtidarında olmadıqda, alimentin ödənilməsi müddətsiz olaraq davam edə bilər.
3. Digər Xüsusi Hallar:
– Məhkəmə qərarı ilə müəyyən edilən xüsusi hallarda, alimentin müddəti uzadıla bilər.
11. Aliment hansı hallarda verilmir?
Ailə Məcəlləsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Lakin bəzi hallarda valideynlərin aliment öhdəliklərinə xitam verilir.
Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilən hallar aşağıdakılardır:
– uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;
– aliment ödənilən uşaq övladlığa götürüldükdə;
– aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;
– aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;
– əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.
12. Nigah olmadan aliment
Bu halda, ilk növbədə atalıq müəyyən olunmalıdır. Bu məsələ iki yolla müəyyən edilir. Birincisi məhkəmə, digəri qeydiyyat şöbələri tərəfindən. Əgər sübut olunsa ki, doğurdan da ata nikahdankənar övlad dünyaya gətirib, o halda aliment ödəməyə borcludur
13. Alimentdən imtina ərizəsi
Aliment alan tərəf istənilən vaxt alimentdən imtina edə bilər. Lakin notariusda alimentdən imtina etsə belə yenidən məhkəmə qaydasında aliment tələb edilə bilər. İnsanlar arasında səhv düşüncə var ki, notariusda imtina ərizəsi yazdıqda qarşı tərəf bir daha aliment tələb edə bilməyəcək. Lakin bu qeyd etdiyimiz kimi belə deyil.
14. Qadın aliment verirmi?
Bəli, qanunvericilikdə yalnız kişilər aliment ödəməlidir deyə bir anlayış yoxdur. Lakin təcrübədə qadınların rəsmi iş yerləri olmadığı üçün aliment ödəməsi az-az rastlanan haldır.
15. Alimentlə bağlı hüquqi yardım
Aliment tələbi, alimentin artırılması, eləcə də bütün hüquqi məsələlərlə bağlı bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın
Mehkeme olundu 17 i is qeyumluga verildi vekilim oz dilinde basansaldi ama kenciyik deye anlayan olmadi qeyumluk nedi birde mehkeme ye idaci rasiya geti niye numayende gonderib ozu 10gun gozleye bilmezdimi
Əgər iş boşanmadırsa, qəyyymluq standart olaraq təyin edilir və uşağın psixoloji vəziyyətinə uyğun rəy verirlər.
Bosanma olmadan aliment almag olur?
Ve yaxutda bosandgdan sonra hem.ozum hemde usag ucun aliment ala bilerem?
Salam, bəli mümkündür. Bizə müraciət edə bilərsiniz. 055-653-98-41 Zəng | WhatsApp
salam . bizde terefler arasinda razilasma yolu ile bosanma olmusdu 3 ay erzinde alimenti odesede eks teref sonradan eyni evde yasadigimiz ucun usaqlarin maddi xercleri ve evin xerclerini odeyeceyini amma aliment verilmeesin deye raziliga geldiy oz aramizda . Hazirki veziyyetde bu xercleride qarsilamir qarsiladigi zaman ise usaglar ona yalvarmalidir kimi ozunu aparmasi qicig yaradir . Bilmek iateyirem men iddia qaldirib alimenti teleb ede bileremmi ki hemde hazirki qanunu meblegi teleb ede bilerem? Ve birde yasadihimiz ev x yoldasimin adinadi evimden cix deye her defe meni tehgir edir usahlarin yaninda
Salam. Zəhmət olmasa votsap üzərindən bizə yazın. Daha ətraflı hüquqi məsləhət verək. Alimentin ödənilməməsi barədə razılığa gəlmisinizsə və qarşı tərəf də maddi xərcləri qarşılayıbsa və bunu sübut edə bilirsə, eyni evdə də yaşadığınız üçün həmin ayların alimentini tələb edə bilmirsiniz.
Amma yenidən iddia qaldırıb aliment tələb edə bilərsiniz.
Əgər ev nikah dövründə alınıbsa sizin də orda payınız var. Yox əgər nikahdan əvvəl alınıbsa sizi evdən çıxara bilər. Amma məhkəmədə iddia qaldırıb müvəqqəti istifadə hüququ almaq olar.
Salam.Men aliment aliram amma mediasiyada sazish bagladig qarshi teref her ayin 10 odemelidi amma dediki 15 oduyecem.ve indiye qederde bir defede vaxti vaxtinda odemiyib qesden uzadir.buna gore mehkemeye miraciet ede bilerem?
Salam. Bəli, belə olan halda mediasiya sazişinin təsdiqi üçün məhkəməyə ərizə ilə müraciət olunmalıdır. Ərizənizin yazılması üçün votsap üzərindən bizə müraciət edə bilərsiniz. 055-653-98-41