Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Digər

Zibil pulunun tələb edilməsi qanunidirmi?

1. Zibili pulu qanunidirmi?

WhatsApp Image 2026 08 02 at 19.45.04
Zibil pulunun tələb edilməsi qanunidirmi?

İlk öncə onu qeyd edək ki, “zibil pulu”nun tələb edilməsi üçün hüquqi əsas olmalıdır. Məişət tullantılarının yığılması, daşınması Tarif (Qiymət) Şurasının 24 noyabr 2011-ci il, 5 nömrəli qərarı ilə tənzimlənirdi. Sonradan bu qərar ləğv edilmişdir. Hazırda bu məsələlər Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 29 iyun 2024-cü il tarixli Qərarı ilə tənzimlənir.

Vətəndaşlardan “zibil pulu”nun alınması üçün bu xidməti göstərən subyektlərlə vətəndaşlar arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanılmalıdır. Bərk məişət tullantılarının yığılması, daşınması ilə bağlı müqavilə bağlanılmayıbsa, vətəndaşlardan zibil pulunun tələb edilməsi qanunsuzdur.

Dövlət Mənzil Fondunun özəlləşdirilməsi haqqında Qanunun 14-cü maddəsinə əsasən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərinin şirkətləri, digər birlikləri) ilə ancaq müqavilə əsasında bu mənzillərə (evlərə) xidmət göstərə bilərlər.

Zibil pulu ilə bağlı güzəştlər və ya ödənişdən azadolma imkanları barədə hüquqi əsasları öyrənmək istəyirsinizsə, hüquqi məsləhət verilməsi üçün bizə müraciət edə bilərsiniz. Zəng vasitəsilə və ya ofisimizdə vəkil qəbulu ilə hüquqi məsləhətimizdən yararlana bilərsiniz.

2. Zibil pulu necə hesablanır?

WhatsApp Image 2026 08 02 at 19.46.28
Zibil pulu necə hesablanır?

Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri aşağıdakı kimidir:

Xidmətlərin növüİstehlakçıqruplarıÖlçü vahidiTariflər(manat, ƏDV ilə)
1.Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi
1.1.Bakı şəhəri üzrəƏhali1 nəfər/aylıq1,00
Qeyri-əhali1 kub metr15,00
1 ton68,30
1.1.1.o cümlədən, bərk məişət tullantılarının zərərsizləşdirilməsi1 kub metr3,60
1 ton16,40
1.2.Digər inzibati ərazi vahidləri üzrəƏhali1 nəfər/aylıq0,70
Qeyri-əhali1 kub metr12,00
1 ton54,60
1.2.1.o cümlədən, bərk məişət tullantılarının zərərsizləşdirilməsi1 kub metr2,50
1 ton11,50

Belə ki, bərk məişət tullantılarının yığılması və daşınması Bakı şəhəri üzrə (əhali) 1 nəfərə görə (ƏDV ilə, manatla) – 1,00 (aylıq) manatdır.

Bərk məişət tullantılarının yığılması və daşınması digər rayonlar üzrə (əhali) 1 nəfərə görə (ƏDV ilə, manatla) – 0,70 (aylıq) manatdır.

3. Zibil pulu borcunu ödəmək

WhatsApp Image 2026 08 02 at 19.52.43
Zibil pulu borcunu ödəmək

Məişət tullantılarının yığılması və daşınmasına görə hesablanmış borcun ödənilməsi vətəndaşlar tərəfindən müxtəlif üsullarla həyata keçirilə bilər. Ödənişin hansı qaydada qəbul edilməsi xidmət göstərən kommunal müəssisədən asılı olaraq dəyişə bilər.

Əksər hallarda zibil pulu borcu aşağıdakı üsullarla ödənilə bilər:

  • Xidməti göstərən kommunal müəssisənin abonent və ya müştəri xidmətləri şöbəsində;
  • Bankların kassaları vasitəsilə;
  • Ödəniş terminalları (məsələn, MilliÖN, eManat və digər terminallar) vasitəsilə;
  • Mobil bank tətbiqləri vasitəsilə;
  • Xidməti göstərən qurumun elektron ödəniş sistemi mövcud olduqda, həmin platforma üzərindən.

Ödəniş zamanı, bir qayda olaraq, abonent kodu, şəxsi hesab nömrəsi və ya yaşayış ünvanı barədə məlumat təqdim edilməlidir.

Əgər hesablanmış zibil pulu borcunun düzgün olmadığı, xidmət göstərilmədiyi və ya borcun qanunsuz hesablandığı qənaətindəsinizsə, aidiyyəti qurumlara yazılı müraciətlərin hazırlanması, hüquqi məsləhətin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

4. Zibil pulu 2026

WhatsApp Image 2026 08 02 at 19.55.18
Zibil pulu 2026

Bakı şəhərində:

-Əhali qrupu üzrə – 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).

-Qeyri-əhali qrupu üzrə – 1 kubmetr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).

-Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kubmetr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.

Digər regionlarda:

-Əhali qrupu üzrə – 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).

-Qeyri-əhali qrupu üzrə – 1 kubmetr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).

-Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kubmetr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat.

5. Zibil pulu borcunu öyrənmək

WhatsApp Image 2026 08 02 at 19.59.57
Zibil pulu borcunu öyrənmək

Zibil pulu üzrə borcun olub-olmadığını və ya borcun məbləğini öyrənmək üçün vətəndaş aşağıdakı üsullardan istifadə edə bilər:

  • Məişət tullantılarının yığılması və daşınması xidmətini göstərən kommunal müəssisənin (zibil pulu Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC), bələdiyyə və ya xidmət müqaviləsi bağlanan özəl şirkətlərə ödənilməlidir) abonent və ya müştəri xidmətləri şöbəsinə müraciət etməklə;
  • Xidmət göstərən qurumun elektron informasiya sistemi və ya onlayn xidmətləri mövcud olduqda, abonent kodu və ya digər identifikasiya məlumatları əsasında;
  • Banklar və ödəniş terminallarında abonent məlumatlarını daxil etməklə, əgər həmin xidmət üzrə borc məlumatları inteqrasiya olunubsa;
  • Zəruri hallarda şəxsiyyət vəsiqəsi və ya yaşayış ünvanı üzrə xidmət göstərən qurumdan yazılı arayış almaqla.

Borc barədə məlumat əldə etdikdən sonra hesablanmış məbləğin düzgünlüyü ilə bağlı şübhə yarandıqda, xidmət göstərən quruma yazılı müraciət edərək hesablamanın əsaslandırılmasını tələb edə bilərsiniz. Müvafiq ərizələrin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

6. Aylıq zibil pulu

WhatsApp Image 2026 08 02 at 20.06.29
Aylıq zibil pulu

Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının 29 iyun 2024-cü il tarixli Qərarına əsasən:

Bakı şəhərində – əhali qrupu üzrə – 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).

Digər regionlarda – əhali qrupu üzrə – 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).

7.Zibil pulu hara ödənilir?

WhatsApp Image 2026 08 02 at 20.11.01
Zibil pulu hara ödənilir?

Mənzil Məcəlləsinə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu isə bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fonduna gəldikdə isə bu mülkiyyətçinin seçiminə bağlıdır. Yəni çoxmənzilli binanın mülkiyyətçiləri ya mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ya müəyyən mənzil kooperativlərləri tərəfindən binanın idarə olunmasını seçirlər.

Xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu;

Dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu;

Bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusudur.

Ödənişlər Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC), bələdiyyə və ya xidmət müqaviləsi bağlanan özəl şirkətlərə ödənilməlidir. Hazırda mənzil kommunal xidmətləri, JEK dediyimiz qurumlar faktiki olaraq ləğv edilib, müvəqqəti olaraq Mənzil İstismar İdarələri (MİS) öz fəaliyyətlərini davam etdirir. Lakin Mənzil Məcəlləsində dövlət-istismar sahələrinin (jeklərin) fəaliyyəti nəzərdə tutulmayıb.

Mənzil Məcəlləsinə əsasən dövlət mənzil fonduna aid yaşayış sahələri müvafiq dövlət qurumları, bələdiyyə mənzil fonduna aid yaşayış sahələri bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur.

Mənzil Məcəlləsinin 139-cu maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.

Əgər sizdən əsassız olaraq kommunal xidmətlərə görə ödəniş tələb olunursa, hüquqi dəstək göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.

8. Zibil pulu necə ödənilir?

WhatsApp Image 2026 08 02 at 20.16.26
Zibil pulu necə ödənilir?

Mənzil Məcəlləsinin 139-cu maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir və ödənilir.

Zibil pulu ödəmək üçün əvvəlcə yaşadığınız ərazi üzrə məişət tullantılarının yığılması və daşınması xidmətini göstərən qurumu müəyyən etməlisiniz. Daha sonra aşağıdakı üsullardan biri ilə ödənişi həyata keçirə bilərsiniz:

  • Xidmət göstərən qurumun abonent və ya müştəri xidmətləri şöbəsində;
  • Bankı vasitəsilə;
  • Ödəniş terminallarında (məsələn, MilliÖN, eManat və s.);
  • İnternet və mobil bankçılıq xidmətləri vasitəsilə (əgər həmin xidmət inteqrasiya olunubsa);
  • Xidmət göstərən qurumun elektron ödəniş platforması mövcuddursa, həmin platforma üzərindən.

Ödəniş zamanı adətən abonent kodu, şəxsi hesab nömrəsi və ya ünvan tələb olunur.

9. Zibil pulu 2026 qiyməti

WhatsApp Image 2026 08 02 at 20.40.40
Zibil pulu 2026 qiyməti

Bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə tariflər aşağıdakı kimi müəyyən edilib:

Bakı şəhəri üzrə:

Əhali qrupu üzrə – 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).

Qeyri-əhali qrupu üzrə – 1 kub metr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).

Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.

Digər regionlar üzrə:

Əhali qrupu üzrə – 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).

10. Zibil pulu online ödəmə

WhatsApp Image 2026 08 02 at 20.50.50
Zibil pulu online ödəmə

Bəli, zibil pulu onlayn qaydada da ödənilə bilər.

Bunun üçün aşağıdakı imkanlardan istifadə edə bilərsiniz:

  • Elektron Hökumət Portalının kommunal ödəniş xidməti⁠ vasitəsilə;
  • Mobil bank tətbiqləri (əgər xidmət həmin sistemə inteqrasiya olunubsa);
  • Onlayn ödəniş platformaları vasitəsilə.

Onlayn ödəniş zamanı adətən abonent kodu, şəxsi hesab nömrəsi və ya ünvan tələb olunur. Məlumatlar daxil edildikdən sonra sistem mövcud borcu göstərir və bank kartı ilə ödəniş etmək mümkün olur.

11. Həyət evlərində zibil pulu

WhatsApp Image 2026 08 02 at 21.11.17
Həyət evlərində zibil pulu

Həyət evlərində də məişət tullantılarının yığılması və daşınması xidməti göstərildiyi hallarda zibil pulu ödənilir. Bu ödəniş fərdi yaşayış evlərinin sahiblərinə və ya istifadəçilərinə göstərilən xidmət müqabilində hesablanır.

Əsas məqamlar bunlardır:

  • Əgər həyət evinizə məişət tullantılarının yığılması xidməti göstərilirsə, həmin xidmətə görə ödəniş etmək öhdəliyi yaranır.
  • Ödənişin məbləği qüvvədə olan tariflərə uyğun hesablanır.
  • Xidmət faktiki göstərilmədikdə və ya borc düzgün hesablanmadıqda, vətəndaş xidmət göstərən quruma müraciət edərək hesablamanın əsaslandırılmasını tələb edə bilər. Aidiyyəti qurumlara müraciətlərin yazılması üçün, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

12. Zibil pulu nə qədərdir?

WhatsApp Image 2026 08 02 at 21.24.56
Zibil pulu nə qədərdir?

Bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə:

Həyət evlərində Bakı şəhəri üzrə:

-Əhali qrupu üzrə – 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).

-Qeyri-əhali qrupu üzrə – 1 kub metr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).

-Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.

Həyət evlərində digər regionlar üzrə:

-Əhali qrupu üzrə – 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).

-Qeyri-əhali qrupu üzrə – 1 kub metr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).

-Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat.

13. Jek pulu necə hesablanır?

WhatsApp Image 2026 08 02 at 21.30.10
Jek pulu necə hesablanır?

Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 29 iyun 2024-cü il tarixli Qərarına əsasən hesablanır.

Hazırda mənzil kommunal xidmətləri, JEK dediyimiz qurumlar faktiki olaraq ləğv edilmişdir, müvəqqəti olaraq Mənzil İstismar İdarələri (MİS) öz fəaliyyətlərini davam etdirir. Lakin Mənzil Məcəlləsində dövlət-istismar sahələrinin (jeklərin) fəaliyyəti nəzərdə tutulmayıb.

Mənzil Məcəlləsinə əsasən dövlət mənzil fonduna aid yaşayış sahələri müvafiq dövlət qurumları, bələdiyyə mənzil fonduna aid yaşayış sahələri bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fondu isə mülkiyyətçinin birbaşa özü və ya onun seçimi əsasında idarəedici təşkilat tərəfindən idarə olunur və ödənişlər müqavilə əsasında həyata keçirilir.

14. Jek pulu 2026

WhatsApp Image 2026 08 02 at 21.32.10
Jek pulu 2026

Mənzil Məcəlləsində çoxmənzilli binaların idarə edilməsi üsullarının sırasında “jek”lərin adı yer almayıb. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda bildirilib ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri ilə ancaq müqavilə əsasında bu mənzillərə xidmət göstərə bilərlər.

Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflər Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarı ilə tənzimlənir.

“Jek”lər Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinə görə haqqın da (“zibil pulu”) yığılmasını həyata keçirir. Bu xidmətə görə haqq Bakı şəhəri üzrə mənzildə qeydiyyatda olan hər bir nəfərə görə aylıq 1 manat, digər regionlar üzrə 0.70 manat təşkil edir.

“Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən, belə yığımlar yalnız nağdsız qaydada aparılmalıdır.

15. Jek ev pulu

WhatsApp Image 2026 08 02 at 21.34.21
Jek ev pulu

Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflər Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli, 40 saylı Qərarı ilə tənzimlənir. Həmin Qərarın 1, 2 və 3 nömrəli əlavələrində mənzil (ev) xidmətləri tarifləri, əhali üçün kommunal xidməti tarifləri öz əksini tapmışdır.

16. Hüquqi məsləhət

WhatsApp Image 2026 08 02 at 21.35.33
Hüquqi məsləhət

Zibil pulu ilə bağlı hüquqi suallarınız varsa, telefon vasitəsilə və ya ofisimizdə vəkil qəbulu əsasında peşəkar hüquqi məsləhət üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Habelə, zibil pulu borcu, hesablanması və ödənilməsi ilə bağlı hüquqlarınızın izahı üçün hüquqi məsləhət almaq məqsədilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Zibil pulu ilə bağlı yaranan hüquqi mübahisələr və öhdəliklər barədə peşəkar hüquqi məsləhət almaq, habelə vəkil xidməti üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

    Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

    WhatsApp-da bizə yazın

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Əlaqəli Məqalələr

    Back to top button