
Ev tikmək üçün necə icazə almalıyam?
1. Fərdi ev tikintisi üçün icazə

Ev tikmək üçün icazə və tələb olunan prosedur evin xüsusiyyətlərindən asılıdır. Əgər tikiləcək evin yerüstü mərtəbələrinin sayı 3-dən çox deyilsə, hündürlüyü 12 metrdən artıq deyilsə və aşırımlarının uzunluğu 6 metrdən çox deyilsə, bu halda tikintiyə icazə almaq tələb olunmur. Bunun əvəzinə məlumatlandırma icraatı tətbiq edilir.
Məlumatlandırma icraatına görə siz tikintiyə başlamazdan əvvəl torpaq sənədləri və layihə ilə birlikdə müvafiq yerli icra hakimiyyəti orqanına məlumat təqdim edirsiniz. Əgər 10 gün ərzində irad bildirilməzsə, tikintiyə başlaya bilərsiniz. Belə ki, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
Əgər ev tikmək üçün ev bu göstəriciləri aşırsa (məsələn, 12 metrdən hündürdür və ya 3 mərtəbədən çoxdur), həmin halda tikintiyə rəsmi icazənin alınması məcburidir.
Ev tikmək istəyən şəxs ilk növbədə torpaq sahəsinin hüquqi statusunu müəyyən etməlidir. Torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisinə uyğun olmalı və mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər mövcud olmalıdır.
Bundan sonra lisenziyalı layihə təşkilatı tərəfindən tikinti layihəsi hazırlanmalı və layihə qüvvədə olan şəhərsalma və tikinti normalarına uyğun tərtib edilməlidir.
Hazırlanmış layihə və digər zəruri sənədlərlə birlikdə tikinti aparılacaq ərazi üzrə müvafiq yerli icra hakimiyyəti orqanına və ya elektron qaydada e-Tikinti informasiya sistemi vasitəsilə müraciət edilməlidir. Təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə uyğun olduqda, səlahiyyətli orqan tərəfindən tikintiyə icazə verilir.
Tikintiyə icazə və məlumatlandırma proseduru üzrə hüquqi məsləhət, ərizə, şikayət və digər hüquqi sənədlərin hazırlanması, tikinti ilə bağlı mübahisələrdə hüquqi yardım, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
2. Ev tikmək üçün ərizə forması

Ev tikmək üçün icazə və məlumatlandırma icraatı qaydasında təqdim edilən ərizələrin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə zərurət olduqda vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
3. Məlumatlandırma icraatı nədir?

Məlumatlandırma icraatı – Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində nəzərdə tutulmuş sadələşdirilmiş tikinti prosedurudur. Bu prosedurda fərdi yaşayış evləri üçün əvvəlcədən tikintiyə icazə alınmır, əvəzində tikintiyə başlamazdan əvvəl səlahiyyətli orqana məlumat verilir. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
Sadə dillə desək:
- Siz torpaq sənədlərinizi və tikinti layihəsini müvafiq icra hakimiyyəti və ya səlahiyyətli quruma təqdim edirsiniz.
- Təqdim edilən sənədlər qanunvericiliyin tələblərinə uyğun yoxlanılır.
- Əgər qanunla müəyyən edilmiş müddətdə (adətən 10 iş günü) əsaslandırılmış irad bildirilməzsə, tikintiyə başlaya bilərsiniz.
- Bu halda ayrıca “tikintiyə icazə” sənədi verilmir.
4. Məlumatlandırma icraatı üçün ərizə forması

Fərdi yaşayış evinin tikintisi məqsədilə məlumatlandırma icraatı üçün ərizənin hazırlanması, hüquqi məsləhət verilməsi, habelə zərurət olduqda vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
5. Ev tikmək haqqında qanun

Fərdi yaşayış evinin tikintisini tənzimləyən əsas normativ akt Şəhərsalma və Tikinti Məcəlləsidir.
Ev tikmək üçün əsas müddəalar bunlardır:
- Maddə 79 – Tikintiyə icazə tələb olunmayan və məlumatlandırma icraatına aid tikinti obyektlərini müəyyən edir.
- Maddə 80 – Məlumatlandırma icraatını tənzimləyir. Bu maddəyə əsasən:
- mərtəbələrinin sayı 3-dən çox olmayan;
- hündürlüyü 12 metrdən artıq olmayan;
- aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evləri üçün tikintiyə icazə alınmır. Belə hallarda məlumatlandırma icraatı tətbiq edilir və yalnız tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi tələb olunur.
6. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri

Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;
xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla), yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin tikintisi üçün məlumatlandırma icraatı tətbiq edilir.
7. Tikintisinə icazə tələb olunan tikinti obyektləri

Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu (Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri) və 80-ci (məlumatlandırma icraatı) maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, bütün digər tikinti obyektlərinin tikintisinə icazə tələb olunur.
8. Şəhərsalma və tikinti məcəlləsi

Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
9. Ev tikmək üçün icazə

Bu, tikiləcək evin xüsusiyyətlərindən asılıdır.
Əgər fərdi yaşayış evinin:
- yerüstü mərtəbələrinin sayı 3-dən çox deyilsə;
- hündürlüyü 12 metrdən artıq deyilsə;
- aşırımlarının uzunluğu 6 metrdən çox deyilsə,
bu halda ev tikmək üçün tikintiyə icazə almaq tələb olunmur. Layihə sənədləri yerli icra hakimiyyətinə təqdim edilməklə məlumatlandırma qaydasında tikintiyə başlamaq mümkündür.
Lakin göstərilən meyarlardan hər hansı biri aşılırsa, tikintiyə başlamazdan əvvəl qanunvericiliyə uyğun olaraq müvafiq dövlət orqanından tikintiyə icazə alınmalıdır. Tikintiyə başlamazdan əvvəl torpaq sahəsinin təyinatının və tikintinin şəhərsalma normalarına uyğunluğunun yoxlanılması tövsiyə olunur.
Ev tikintisi ilə bağlı hüquqi məsləhət verilməsi, tikinti icazəsi və ya məlumatlandırma icraatı ilə bağlı müraciətlərin hazırlanması; tikinti ilə bağlı yaranmış hüquqi mübahisələrin həlli üçün bizə müraciət edə bilərsiniz.
10. Tikinti məcəlləsi 79 cu maddə

Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsi tikintisinə icazə tələb olunmayan tikinti obyektlərini müəyyən edir. Bu maddəyə əsasən, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində qanunda sadalanan müəyyən tikililər üçün tikintiyə icazə alınması tələb olunmur.
Fərdi yaşayış evləri ilə bağlı mühüm müddəa isə 79.2-ci maddədə əks olunub. Həmin müddəaya əsasən, aşağıdakı xüsusiyyətlərə malik fərdi yaşayış evlərinin tikintisi üçün tikintiyə icazə tələb olunmur, lakin məlumatlandırma icraatı tətbiq edilir:
- yerüstü mərtəbələrinin sayı 3-dən çox olmayan;
- hündürlüyü 12 metrdən çox olmayan;
- aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evləri.
Yəni, bu tələblərə cavab verən evlər üçün klassik tikinti icazəsi alınmır, lakin qanunvericiliyə uyğun olaraq layihə sənədləri təqdim edilməklə məlumatlandırma proseduruna əməl edilməlidir. Bu meyarlardan kənara çıxan tikililər üçün isə ümumi qaydada tikintiyə icazə alınması zəruridir.
Belə ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:
1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;
2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla), yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların;
3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);
4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin;
5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının;
6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla);
7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin;
8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin;
9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin;
10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla) və oranjereyaların;
11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının.
Burada 1-ci, 2-ci və 9-cu bəndlərdə nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.
11. Tikinti məcəlləsi 80 ci maddə

Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsi “Məlumatlandırma icraatı”nı tənzimləyir. Bu maddəyə əsasən:
1. Yerüstü mərtəbələrinin sayı 3-dən çox olmayan, hündürlüyü 12 metrdən çox olmayan və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Bu halda yalnız tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
2. Bu kateqoriyaya aid yaşayış evlərinin tikintisi üçün tikintiyə icazə alınması tələb olunmur.
3. Tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərazi üzrə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun hazırlanmalıdır.
4. Sifarişçi tikintiyə başlamazdan əvvəl müvafiq icra hakimiyyəti orqanına tikinti niyyəti barədə məlumat verməli və layihənin memarlıq-planlaşdırma bölməsini yoxlanılması üçün təqdim etməlidir. Müvafiq orqan qanunla müəyyən edilmiş müddətdə irad bildirmədiyi halda, sifarişçi tikinti işlərinə başlaya bilər.
Onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir.
Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq yerli icra hakimiyyəti orqanı və ya Mənzil İnşaatı Dövlət Agentliyinə məlumat verir və tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir
Müvafiq ərizə və şikayətlərin hazırlanması, hüquqi məsləhətlərin verilməsi, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
12. Yardımçı tikili nədir?

Yardımçı tikili – əsas tikiliyə (məsələn, yaşayış evinə) xidmət edən, yaşayış məqsədi daşımayan tikilidir. Onun təyinatı məişət, təsərrüfat və ya texniki ehtiyacların təmin edilməsidir.
Yardımçı tikililərə nümunə olaraq aşağıdakılar aid edilə bilər:
- Qaraj;
- Anbar;
- Yay mətbəxi;
- Hamam;
- Sanitar qovşaq (həyətdə yerləşən);
- Qazanxana;
- Talvar və ya təsərrüfat tikilisi;
- Quşçuluq və ya xırda heyvandarlıq üçün tikililər (təyinatına uyğun hallarda).
Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.9-cu maddəsinə əsasən, yaşayış evinin həyətyanı sahəsində yerləşən hündürlüyü 3 metrdən, sahəsi isə 100 kvadratmetrdən çox olmayan yardımçı tikililər üçün tikintiyə icazə tələb olunmur. Bu ölçülərdən artıq olan yardımçı tikililər üçün isə məlumatlandırma icraatı tətbiq edilir. Lakin hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin tikintisinə icazə tələb olunur.
13. Tikintiyə icazə elektron

Tikintiyə icazə və ya məlumatlandırma icraatı ilə bağlı müraciətlər elektron qaydada edilə bilər.
Müraciətlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Bir pəncərə” elektron müraciət sistemi vasitəsilə həyata keçirilir. Bu sistemdə:
- tikintiyə icazə üçün elektron ərizə təqdim etmək;
- tələb olunan sənədləri elektron qaydada yükləmək;
- müraciətin baxılma vəziyyətini izləmək;
- nəticəni elektron formada əldə etmək mümkündür.
Həmçinin verilmiş tikintiyə icazələri və məlumatlandırma icraatı üzrə məlumatları Tikintilərin Dövlət Reyestri vasitəsilə yoxlamaq mümkündür:
14. Tikintiyə icazə müddəti

Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintiyə icazə ilə bağlı iki müxtəlif müddət nəzərə alınmalıdır:
- Tikintiyə icazənin verilməsi müddəti – müraciət və tələb olunan sənədlər təqdim edildikdən sonra qanunla müəyyən edilmiş prosedur çərçivəsində icra olunur. Müvafiq orqan əvvəlcə sənədlərin tamlığını yoxlayır və daha sonra icazə verilməsi barədə qərar qəbul edir.
- Tikintiyə icazənin qüvvədə olma müddəti – Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsinə əsasən:
- Tikintiyə icazə verildiyi tarixdən 3 il ərzində tikintiyə başlanılmazsa, icazə qüvvəsini itirir.
- Tikinti başlansa, lakin 3 il müddətində dayandırılarsa, icazə yenə qüvvəsini itirir.
- Sifarişçinin yazılı müraciəti əsasında bu müddət uzadıla bilər.
Yəni, tikintiyə icazənin qüvvədə olma müddəti 3 ildir. Bu müddət ərzində tikintiyə başlanılmalı və tikinti 3 ildən artıq fasilə ilə dayandırılmamalıdır.
15. Evin tikintisi üçün sənədlər

Ev tikmək üçün tələb olunan sənədlər tikintinin icazə və ya məlumatlandırma qaydasında həyata keçirilməsindən asılıdır. Ümumilikdə aşağıdakı sənədlər tələb olunur:
- Torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd (çıxarış, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd);
- Torpaq sahəsinin planı və ya kadastr planı;
- Tikinti layihəsi (məlumatlandırma icraatı tətbiq edilən hallarda memarlıq-planlaşdırma bölməsi, digər hallarda tam layihə sənədləri);
- Şəxsiyyət vəsiqəsinin surəti (fiziki şəxs olduqda);
- Müvafiq qaydada doldurulmuş elektron və ya yazılı müraciət.
Əgər tikiləcək ev:
- yerüstü mərtəbələrinin sayı 3-dən çox deyilsə;
- hündürlüyü 12 metrdən artıq deyilsə;
- aşırımlarının uzunluğu 6 metrdən çox deyilsə,
bu halda ev tikmək üçün tikintiyə icazə tələb olunmur, lakin məlumatlandırma icraatı üçün yuxarıda qeyd olunan sənədlər təqdim edilməlidir.
Bu göstəricilər aşılırsa, tikintiyə icazə alınması tələb olunur və əlavə layihə sənədləri, ekspertiza rəyləri və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər də tələb oluna bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 79 və 80-ci maddələri bu məsələləri tənzimləyir.
Ev tikmək, tikintiyə icazə, məlumatlandırma icraatı, torpaq sahəsi ilə bağlı hüquqi məsələlər üzrə hüquqi məsləhətlərin verilməsi, ərizə, şikayət və iddia ərizələrinin hazırlanması; tikinti və torpaq sənədlərinin hüquqi təhlili; dövlət qurumlarına müraciətlərin tərtib edilməsi; məhkəmələrdə hüquqlarınızın müdafiəsi üçün bizə müraciət edə bilərsiniz.
16. İcra hakimiyyəti tikintiyə icazə

Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş hallarda tikintiyə icazə müvafiq yerli icra hakimiyyəti və ya səlahiyyət verilmiş digər orqan (Mənzil İnşaatı Dövlət Agentliyi) tərəfindən verilir.
Əgər tikiləcək fərdi yaşayış evi:
- yerüstü mərtəbələrinin sayı 3-dən çox deyilsə;
- hündürlüyü 12 metrdən artıq deyilsə;
- aşırımlarının uzunluğu 6 metrdən çox deyilsə,
bu halda ev tikmək üçün tikintiyə icazə alınması tələb olunmur. Bunun əvəzinə məlumatlandırma icraatı həyata keçirilir və layihə sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
Qanunla müəyyən edilmiş meyarlardan kənara çıxan tikinti obyektləri üçün isə tikintiyə başlamazdan əvvəl müvafiq icra hakimiyyəti orqanından və ya səlahiyyətli qurumdan tikintiyə icazə alınmalıdır.
Tikintiyə başlamazdan əvvəl hüquqi vəziyyətin qiymətləndirilməsi və sənədlərin düzgün hazırlanması gələcəkdə yarana biləcək hüquqi problemlərin qarşısını almaq baxımından mühüm əhəmiyyət kəsb edir və bu məqsədlə də bizə müraciət edə bilərsiniz.
17. Tikinti lisenziyası

Tikinti lisenziyası – tikinti fəaliyyəti ilə peşəkar şəkildə məşğul olan hüquqi və ya fiziki şəxslərə verilən rəsmi icazə sənədidir. Bu lisenziya tikinti-quraşdırma işlərinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə hüquq verir. Tikinti sahəsində fəaliyyət göstərmək istəyən podratçı şirkətlər və ya sahibkarlar qanunvericilikdə nəzərdə tutulmuş hallarda müvafiq lisenziyaya malik olmalıdırlar.
Əgər vətəndaş özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikirsə, ona tikinti lisenziyası lazım deyil. Lakin tikinti işlərini peşəkar fəaliyyət kimi həyata keçirən podratçı təşkilatların müvafiq lisenziyaya malik olması tələb oluna bilər.
Yəni fərdi ev tikən vətəndaş üçün → lisenziya tələb olunmur. Tikinti şirkəti və ya podratçı üçün → qanunvericilikdə nəzərdə tutulmuş hallarda lisenziya tələb olunur.
18. Tikinti quraşdırma işləri lisenziya

Tikinti-quraşdırma işləri üçün lisenziya – tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini peşəkar qaydada yerinə yetirmək hüququ verən xüsusi razılıqdır (lisenziya). Bu fəaliyyət növü lisenziyalaşdırılan fəaliyyət sahələrindən biridir.
Şəhərsalma və Tikinti Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, Azərbaycanda tikintinin podratçısı yalnız tikinti fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq lisenziya almış hüquqi və ya fiziki şəxs ola bilər. Podratçı tikinti-quraşdırma işlərini layihəyə, tikinti norma və qaydalarına uyğun icra etməyə və görülən işlərə görə məsuliyyət daşıyır.
Qeyd etmək lazımdır ki, bu lisenziya tikinti şirkətləri və podratçılar üçün nəzərdə tutulur. Vətəndaşın özünə məxsus torpaq sahəsində qanunvericiliyin tələblərinə uyğun fərdi yaşayış evi tikməsi üçün tikinti-quraşdırma fəaliyyətinə dair lisenziya tələb olunmur.
19. İcra hakimiyyəti ev tikmək üçün icazə

Bəli, fərdi yaşayış evi ilə bağlı müraciətlərdə yerli icra hakimiyyəti səlahiyyətli orqanlardan biridir.
Əgər tikiləcək ev:
- yerüstü mərtəbələrinin sayı 3-dən çox deyilsə,
- hündürlüyü 12 metrdən artıq deyilsə,
- aşırımlarının uzunluğu 6 metrdən çox deyilsə,
bu halda tikintiyə icazə almaq tələb olunmur. Bunun əvəzinə tikintiyə başlamazdan əvvəl müvafiq yerli icra hakimiyyəti orqanına məlumatlandırma təqdim edilir. İcra hakimiyyəti layihəni və sənədləri yoxlayır. Əgər 10 gün ərzində irad bildirilməzsə, tikinti işlərinə başlamaq mümkündür.
Tikintiyə icazə və məlumatlandırma proseduru üzrə hüquqi məsləhət; ərizə, şikayət və iddia ərizələrinin hazırlanması; icra hakimiyyətinin və digər dövlət orqanlarının qərarlarından şikayətlərin tərtibi; tikinti ilə bağlı hüquqların məhkəmədə müdafiəsi; torpaq və tikinti mübahisələri üzrə hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
20. Tikintiyə icazə verilməsi qaydaları

Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintiyə icazə və ya məlumatlandırma qaydası tikilinin növündən və xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir.
Əgər tikiləcək fərdi yaşayış evi:
- yerüstü mərtəbələrinin sayı 3-dən çox deyilsə;
- hündürlüyü 12 metrdən artıq deyilsə;
- aşırımlarının uzunluğu 6 metrdən çox deyilsə,
bu halda tikintiyə icazə tələb olunmur. Sifarişçi layihə və digər tələb olunan sənədlərlə birlikdə məlumatlandırma qaydasında müraciət edir. Qanunla müəyyən edilmiş müddətdə irad bildirilmədiyi halda tikinti işlərinə başlamaq mümkündür.
İcazə tələb olunan tikinti obyektləri üzrə isə:
- səlahiyyətli orqana ərizə təqdim edilir;
- torpaq sahəsi üzərində hüququ təsdiq edən sənəd;
- tikinti layihəsi təqdim edilir.
Sənədlər yoxlanıldıqdan sonra tikintinin şəhərsalma normalarına uyğunluğu qiymətləndirilir və qanunvericiliyin tələbləri yerinə yetirildiyi halda tikintiyə icazə verilir.
21. Tikintiyə icazə sənədinin verilməsi

Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan obyektlərin inşasına yalnız səlahiyyətli orqan tərəfindən verilmiş tikintiyə icazə sənədi əsasında başlamaq olar.
Tikintiyə icazə almaq üçün sifarişçi müvafiq orqana ərizə ilə müraciət edir və aşağıdakı sənədləri təqdim edir:
- torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd;
- tikinti layihəsi;
- sifarişçi hüquqi şəxs olduqda dövlət reyestrindən çıxarış.
Səlahiyyətli orqan təqdim edilmiş sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlayır və tikinti layihəsi şəhərsalma və tikinti normalarına uyğun olduqda tikintiyə icazə sənədi verir. Tikintiyə icazə verilməsi prosesi hazırda “bir pəncərə” elektron sistemi vasitəsilə də həyata keçirilir.
Tikintiyə icazə ilə bağlı, habelə icazə sənədinin alınması ilə bağlı hüquqi məsləhətin verilməsi, ərizə, şikayət və digər hüquqi sənədlərin hazırlanması, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.
22. Ev tikmək üçün nə qədər pul lazımdır?

Ev tikmək üçün tələb olunan məbləğ evin ölçüsündən, mərtəbə sayından, istifadə olunacaq materiallardan və tikiləcəyi bölgədən asılı olaraq dəyişir.
23. Ev tikmək üçün icazə 2026

2026-cı ildə də qüvvədə olan qaydalara əsasən, hər bir fərdi yaşayış evi üçün ayrıca tikinti icazəsi tələb olunmur. Əgər tikiləcək ev:
- yerüstü mərtəbələrinin sayı 3-dən çox deyilsə;
- hündürlüyü 12 metrdən artıq deyilsə;
- aşırımlarının uzunluğu 6 metrdən çox deyilsə,
bu halda məlumatlandırma icraatı tətbiq edilir. Sifarişçi tələb olunan sənədləri müvafiq yerli icra hakimiyyəti orqanına təqdim edir. Əgər 10 iş günü ərzində layihəyə dair irad bildirilməzsə, tikinti işlərinə başlamaq mümkündür.
Tikinti obyekti bu meyarlardan kənara çıxırsa və ya qanunvericiliyə əsasən icazə tələb olunan obyekt hesab edilirsə, həmin halda səlahiyyətli orqandan tikintiyə icazə sənədi alınmalıdır.
Tikintiyə icazə və ya məlumatlandırma icraatı ilə bağlı hüquqi dəstəyə ehtiyacınız varsa, hüquqi məsləhət verilməsi, sənədlərin hazırlanması, elektron müraciətin edilməsi və hüquqlarınızın məhkəmə müdafiəsi üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın


