Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Digər

Məhkəmə qətnamə ilə borcu tam ödəməyimi istəyir. Hissə-hissə ödəyə bilərəm?

1. Qətnamənin hissə-hissə icrası nədir?

Qətnamənin hissə-hissə icrası – məhkəmə qərarı ilə müəyyən edilmiş borcun tam məbləğdə bir dəfəyə deyil, mərhələlərlə (hissə-hissə, aybaay) ödənilməsi deməkdir. Məsələn, əgər məhkəmə qərarı ilə sizdən tam məbləğdə 2000 manat borc pul tutulması müəyyən edilmişdirsə, sizin həmin pulu birdəfəlik ödəməyə gücünüz çatmırsa, pulun birdəfəlik yox, hissə-hissə (hər ay) tutulması üçün məhkəməyə ərizə ilə müraciət etmək hüququnuz var. Belə ki, məhkəmə ərizəniz əsasında sizin maddi və ailə vəziyyətinizi nəzərə alaraq borcun (pulun) tam deyil, hissə-hissə ödənilməsi barədə qərar qəbul edə bilər.

Həmin ərizələrin hazırlanması və ya hüquqi məsləhət verilməsi üçün bizə müraciət edə bilərsiniz.

2. Qətnamənin icra müddəti

Mülki Prosessual Məcəllənin 234-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Aşağıdakı məhkəmə qərarları isə dərhal icra olunur:

1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; 2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında.

Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlıdır. Əgər kredit və ya digər borcunuzun birdəfəlik ödənilməsi barədə qərar qəbul edibsə, siz də borcu tam şəkildə ödəyə bilmədikdə həmin məhkəməyə qətnamənin hissə-hissə icra edilməsi (yəni borcun hissə-hissə ödənilməsi) barədə ərizə ilə müraciət edə bilərsiniz.

Həmin ərizələrin hazırlanması və ya hüquqi məsləhət verilməsi üçün bizə müraciət edə bilərsiniz.

Habelə, Erizem.az veb saytı vasitəsi ilə ərizənizi şəxsi kabinetə daxil olaraq özünüz hazır edə bilərsiniz.

3. Kredit borcuna görə məhkəmə

Belə ki, adətən kedit ödənişi 30-90 gün və ya daha çox gecikdirildikdə, habelə xəbərdarlıqlara baxmayaraq ödəniş edilmədikdə bank və ya kredit təşkilatı sizi məhkəməyə verə bilər. Məhkəmə də tələb olunan həmin borcun birdəfəlik ödənilməsi barədə qərar qəbul edə bilər. Əgər siz həmin borcu tam şəkildə ödəyə bilməsəniz çıxarılan məhkəmə qərarının hissə-hissə icra edilməsi barədə həmin məhkəməyə ərizə ilə müraciət edə bilərsiniz. Məhkəmənin qəbul etdiyi qərardad əsasında siz borcu birdəfəlik deyil, hissə-hissə ödəyə biləcəksiniz.

Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

Qətnamənin hissə-hissə icra edilməsi barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qərardaddan şikayətin hazırlanması üçün də bizə müraciət edə bilərsiniz.

4. Məhkəmə qərarı ilə əmək haqqından tutulmalar

Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutulur. Borcun ödənilməsi ilə bağlı məhkəmə qərarı və ya notariusun icra qeydi olmadan əmək haqqından tutulmalar ola bilməz.

2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur:

a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;

c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;

ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;

f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;

g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.

Məhkəmə qərarı ilə əmək haqqınızdan 50 faizdən çox tutulma ola bilməz.

5. Qətnamə nümunəsi

Məhkəmə qərarı giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

Məhkəmə qərarının icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

Qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 iş günü müddətinədək başa çatdırılmalıdır.

Məhkəmənin borcun sizdən birdəfəlik tutulması barədə qətnamənin icrası sizin sosial vəziyyətinizin pisləşməsinə gətirib çıxararsa, bu zaman həmin məhkəməyə borcun hissə-hissə ödənilməsinin təmini üçün ərizə ilə müraciət edə bilərsiniz. Məhkəmə ərizənizə baxıb qərar qəbul edir. Xeyrinizə qəbul edilən həmin qərar əsasında məhkəmə qətnaməsi ilə sizdən tutulan pul, aylara bölünərək hissə-hissə tutula bilər.

6. Məhkəmə qətnaməsi yoxlamaq

Məhkəmənin kredit və ya digər borcunuzun birdəfəlik ödənilməsi barədə çıxardığı qətnaməsi sizə ya kağız formasında göndərilir, ya da tərtib etdikdən sonra 3 gün ərzində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinizə yerləşdirilir. Elektron kabinetinizə daxil olaraq məhkəmə qətnaməsini yoxlaya və əldə edə bilərsiniz.

Əgər borcu tam şəkildə ödəyə bilməsəniz, borcun hissə-hissə ödənilməsi barədə məhkəməyə ərizə ilə müraciət edib ödənişləri hissə-hissə edə bilərsiniz. Ərizələrin hazırlanması, hüquqi məsləhət və ya vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button