Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Digər

Azəriqaz mənə əsassız borc yazıb. Borcu necə sildirə bilərəm?

1. Azəriqaz borc

“Azəriqaz” İB tərəfindən əsassız olaraq sizə qaz borcu yazılıbsa, bununla bağlı həmin quruma şikayətinizi şifahi və ya yazılı şəkildə bildirə bilərsiniz. Şikayətinizə cavab olaraq hesablanmış borcun ödənilməsi sizdən tələb olunarsa, əsassız hesablanmış qaz borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə müraciət edə bilərsiniz.

Məhkəməyə iddia ərizəsinin hazırlanmasıhüquqi məsləhət verilməsi üçün bizə müraciət edə bilərsiniz.

Məhkəməyə müraciət zamanı dövlət rüsumunu ödəməkdən azadsınız.

“Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə – iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar.

2. Qaz borcunu öyrənmək

WhatsApp Image 2026 02 04 at 20.32.57

Qazdan istifadə zamanı yaranmış qaz borcunuzu öyrənmək üçün azeriqaz.az saytına daxil olaraq açılan pəncərədə “borcunu/limitini/müayinə nəticəsini öyrən” xanasının üzərinə sıxarsınız. Yeni açılan pəncərədə sizdən tələb olunan məlumatları (əhali/qeyri əhali, abonent kodu, sayğac nömrəsi) daxil edərək axtar xanasını sıxaraq borcunuzu öyrənə bilərsiniz.

3. 104 azəriqaz borcunu öyrənmək

WhatsApp Image 2026 02 04 at 20.35.25

“Azəriqaz”-a olan qaz borcunuzu öyrənmək üçün “Azəriqaz” İB-nin 104 qaynar xətti ilə də əlaqə saxlaya bilərsiniz. Bu zaman ad, soyad, ata adınızı, habelə abonent kodu və ya sayğac nömrəsini operatora bildirirsiniz və borcunuzu öyrənirsiniz.

4. Azəriqaz abonent kodu öyrənmək

WhatsApp Image 2026 02 04 at 20.42.04
  1. Qaz qəbzində – kağız və ya elektron qaz qəbzinin üzərində “Abonent kodu” açıq şəkildə yazılır.
  2. Azeriqaz.az saytına daxil olub “şəxsi kabinet” bölməsinə giriş edirsiniz. Giriş etdikdən sonra abonent məlumatlarında abonent kodu öz əksini tapır.
  3. 104/185 qaynar xətlə əlaqə saxlayaraq, ünvan və ya şəxsiyyət vəsiqəsi məlumatlarınızı təqdim edib abonent kodunuzu öyrənə bilərsiniz.
  4. Əgər yuxarıda göstərilən qaydalara əməl edərək kodu müəyyən edə bilməsəniz, o zaman “ASAN Kommunal Mərkəzlərinə və ya Azəriqaz İB-nin ərazi üzrə idarəsinə yaxınlaşaraq məlumat əldə edə bilərsiniz.

5. Azəriqaz smart kart borcu öyrənmək

WhatsApp Image 2026 02 04 at 20.37.17

Smart kart üzrə borcu öyrənməyin bir neçə yolu vardır:

  1. Smart sayğcın üzərindəki düyməni sıxaraq, ekranda balans/qalıq məbləğin nə qədər olduğunu görə bilərsiniz.
  2. Ödəniş terminallarından (ASAN ödəniş, MilliÖn, eManat və s) ödəniş edən zaman “Azəriqaz -Samrt kart seçirsiniz, kartı oxudandan sonra sistem mövcud olan borcunuzu göstərir.
  3. 104/185 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq borcunuzu öyrənə bilərsiniz.
  4. “ASAN Kommunal Mərkəzlərinə və ya “Azəriqaz” İB-nin ərazi üzrə idarəsinə yaxınlaşaraq borcunuzu öyrənə bilərsiniz.

6. Azəriqaz borc ödəmək

WhatsApp Image 2026 02 04 at 20.50.40

Azəriqaz borcunuzu ödəmək üçün müxtəlif üsullardan istifadə edə bilərsiniz.

  1. Ödəniş terminalları. Emanat, milliön və s. ödəniş terminallarından istifadə edərək “Azəriqaz” seçirsiniz. abonent kpdunuz və ya smart kartı daxil edirsiniz. Ekranda borc məbləği görsənir, daha sonra ödənişi edirsiniz. Smart karta pulu yüklədikdən sonra kartı sayğaca taxmalısınız və aktivləşdirməlisiniz.
  2. Mobil tətbiq vasitəsilə də (ASAN ödəniş, birbank, ABB mobile və s) ödənişlərinizi edə bilərsiniz. Borcu ödəyirsiniz, qəbz proqramda qalır.
  3. Poçt şöbələrinə də yaxınlaşaraq borcunuzu öyrənib ödəyə bilərsiniz.
  4. 104 Çağrı Mərkəzi ilə də əlaqə saxlayaraq borcunuzu öyrənib ödənişi hansı üsulla ödəyə biləcəyinizi dəqiqləşdirə bilərsiniz.

Əgər sizə “Azəriqaz” İB tərəfindən əsassız olaraq qaz borcu yazılıbsa, əsassız yazılmış borcunun silinməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia qaldıra bilərsiniz.

Məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz. Məhkəmə üçün dövlət rüsumu ödəməkdən azadsınız. Borcun silinməsi ilə bağlı iddia tələbiniz təmin edildiyi halda həmin Qətnamə sizə təqdim edildiyi vaxtdan 1 ay müddətində apellyasiya şikayəti verilmədikdə qüvvəyə minir. Məhkəmə qətnaməsi borcun silinməsi üçün əsas hesab edilir.

7. Qaz borcunu öyrənmək üçün sayt

WhatsApp Image 2026 02 04 at 22.13.09

“Azəriqaz”a olan borcunuzu öyrənmək üçün azeriqaz.az saytından istifadə edə bilərsiniz. Belə ki, həmin sayta daxil olursunuz, əsas səhifədə borcunu/limitini/müayinə nəticəsini öyrən xanasının üzərinə vurursunuz, yeni açılan pəncərədə tələb olunan məlumatları daxil edərək borcunuzu öyrənə bilərsiniz.

8. Qaz borcunu ödəmək

WhatsApp Image 2026 02 04 at 22.24.04

“Azəriqaz”a olan borcunuzu ödəniş terminalları (emanat, milliön, asan ödəniş və s), mobil tətbiqlər (ABB mobile, birbank və s) vasitəsilə və ya poçt şöbələrinə yaxınlaşaraq da ödəyə bilərsiniz. Ödənişi necə edəcəyiniz barədə heç bir məlumatınız olmadıqda “Azəriqaz” İB-nin 104 qaynar xətti ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərsiniz.

9. Azəri qaz borcu öyrən

WhatsApp Image 2026 02 05 at 11.00.24

“Azəriqaz” borcunu öyrənmək üçün bir neçə üsuldan istifadə edə bilərsiniz:

  1. Qaz qəbzinə baxın. Kağız və ya elektron qəbzin üzərində borc məbləği göstərilir.
  2. 104 Çağrı Mərkəzi ilə əlaqə saxlayın. Abonent kodu, sayğac nömrəsi və ya şəxsiyyət vəsiqəsi məlumatlarınızı təqdim edin. Operator borcun olub-olmadığı barədə sizə məlumat verir.
  3. Azeriqaz.az saytı üzərindən şəxsi kabinetə daxil olun. Sizdən tələb olunan məlumatları daxil edin. Borc/qalıq balans sistemdə görünür
  4. İstənilən poçt şöbəsinə yaxınlaşın. Borcunuz barədə məlumat alın.
  5. ASAN Kommunal Mərkəzlərinə və ya “Azəriqaz” İB-nin ərazi üzrə idarəsinə yaxınlaşın.
  6. Ödəniş terminalları və ya mobil tətbiqlər üzərindən də borcunuzu öyrənə bilərsiniz.

10. Qaz limiti yoxlamaq

WhatsApp Image 2026 02 05 at 11.02.04

“Azəriqaz” limitini öyrənmək üçün azeriqaz.az saytından istifadə edə bilərsiniz. Belə ki, həmin sayta daxil olursunuz, əsas səhifədə borcunu/limitini/müayinə nəticəsini öyrən xanasının üzərinə vurursunuz, yeni açılan pəncərədə tələb olunan məlumatları daxil edərək qaz limitini öyrənə bilərsiniz. Belə ki, saytda cari ay üzrə istifadə olunan qaz və limitin qalıq hissəsi görünür.

Həmçinin əgər adi sayğacdırsa, kağız və ya elektron qaydada olan qəbzdə aylıq qaz sərfiyyatı (m3) və limit, əgər smart syağacdırsa, sayğacın üzərindəki müvafiq düymə sıxırsınız, bu zaman ekranda istifadə olunmuş qaz (m3), qalan limit/balans, sərfiyyat öz əksini tapır. Qeyd edək ki, güzəştli limit aylıq tətbiq edilir, limit keçdikdən sonra tarif artır. Yeni ay başlayanda limit sıfırlanır.

Bununla yanaşı “Azəriqaz” İB-nin 104 qaynar xətti ilə əlaqə saxlayaraq da qaz limiti barədə ətraflı məlumat əldə edə bilərsiniz.

11. Qaz limiti 2026

WhatsApp Image 2026 02 05 at 12.38.31

2026-cı ilin yanvar ayının ilk günlərindən başlayaraq abonentlər alacaqları qazı 1200 kubmertlik limitlə əldə edəcəklər. Bu isə 12,5 qəpik deməkdir. Abonentlər hər istifadə etdikləri qazın bir kubmetrinə görə 12,5 qəpik ödəyirlər. Limit keçildikdən sonra isə 2500 kuba qədər istifadə olunan qazın hər kubmetrinə görə abonent 22 qəpik ödəyir. 2500 kubmetr keçdikdən sonra isə 30 qəpikdən hesablanır.

Təbii qazın ölkədaxili tariflərində dəyişikliklər barədə tam məlumatı Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının rəsmi internet səhifəsinə keçid etməklə əldə edə bilərsiniz.

12. Qaz limiti nə qədərdir?

WhatsApp Image 2026 02 05 at 12.19.39

Bu ildən abonentlər əldə edəcəkləri qazı 1200 kubmetrlik limitlə alacaqlar. Belə ki, 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 12 qəpikdən 0,5 qəpik (4,2%) artırılaraq 12,5 qəpik; 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 20 qəpikdən 2 qəpik (10%) artırılaraq 22 qəpik; 2500 kub metrdən çox olan hissə üçün 25 qəpikdən 5 qəpik artırılaraq (20%) 30 qəpik məbləğində təsdiqlənib.

13. Qaz limiti necə hesablanır?

WhatsApp Image 2026 02 05 at 12.17.17 1

Azərbaycan Respublikasının Tarif Şurasının müvafiq Qərarı ilə hər abonent üçün aylıq güzəştli sərfiyyat həddi müəyyən edilir. Bu hədd qədər (1200 kubmetr) qaz aşağı tariflə, həddi keçəndən sonra isə (2500 kubmetr) yüksək tariflə hesablanır.

Təbii qazın ölkədaxili tarifləri barədə məlumat alamq üçün Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının rəsmi internet səhifəsinə keçid edə bilərsiniz.

14. Azəriqaz

WhatsApp Image 2026 02 05 at 12.13.46

“Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan ərazisində ailələrə və qeyri-əhali sektoruna sərfəli qiymətlərlə fasiləsiz, təhlükəsiz və səmərəli qaz təchizatını təmin etmək məqsədilə səlahiyyətləndirilmiş dövlət qurumudur. Təbbi qazdan istifadə ilə bağlı yaranan problemlərinizlə bağlı “Azəriqaz” İB-nin 104 və ya 185 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz. Habelə, “Azəriqaz” İB və onun fəaliyyət istiqamətləri barədə məlumat almaq üçün azeriqaz.az saytına daxil ola bilərsiniz.

15. Azəriqaz limiti yoxlamaq

WhatsApp Image 2026 02 05 at 11.05.09

“Azəriqaz” limitini yoxlamaq üçün azeriqaz.az saytından istifadə edə bilərsiniz. Həmin sayta daxil olaraq əsas səhifədə borcunu/limitini/müayinə nəticəsini öyrən xanasının üzərinə vurursunuz, yeni açılan pəncərədə sizdən tələb olunan məlumatları daxil edərək azəriqaz limitini öyrənə bilərsiniz.

16. Qaz borcu necə hesablanır?

WhatsApp Image 2026 02 05 at 11.07.23

Ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin: • 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12,5 qəpik, • 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 22 qəpik, • 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 30 qəpik ödəyir. Qaz borcunun yaranması göstərilən limitlər keçdiyi halda o zaman hesablanır.

Bu proses Tarif Şurasının 2024- cü ilin dekabrında verdiyi qərarla həyata keçirilir və 02.01.2025-ci ildən qüvvədədir. Ölkə ərazisində qazın bir kubmetrinin minimal dəyəri 12,5 qəpikdir.

17. Azəriqaz borcu öyrənmək

WhatsApp Image 2026 02 05 at 11.09.26

“Azəriqaz”a olan borcu öyrənmək üçün azeriqaz.az saytından istifadə edə bilərsiniz. Həmin sayta daxil olaraq açılan əsas səhifədə borcunu/limitini/müayinə nəticəsini öyrən xanasının seçərək, yeni açılan pəncərədə sizdən tələb olunan məlumatları daxil edərək azəriqaz qorcunuzu öyrənə bilərsiniz. Həmçinin mobil tətbiqlər, ödəniş terminalları üzərindən də borcunuzun nə qədər olduğunu yoxlaya bilərsiniz. Bununla yanaşı, istənilən poçt şöbəsinə, ASAN Kommunal Mərkəzinə və ya “Azəriqaz” İB-nin ərazi üzrə idarəsinə yaxınlaşa bilərsiniz.

18. Azəri qaz borc

WhatsApp Image 2026 02 05 at 12.41.27

Əgər sizə əsassız qaz borcu hesablanıbsa, bunun üçün ilkin olaraq “Azəriqaz” İB-nə ərizə ilə yazılı olaraq müraciətinizi bildirin. Ərizədə borcun yenidən hesablanmasını, sayğacın yoxlanılmasını və borcun əsassız olduğu üçün silinməsini tələb edə bilərsiniz.

Əgər həmin qurumun cavabı sizi qane etməzsə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət edə bilərsiniz. Bu zaman da müsbət nəticə əldə edə bilməsəniz əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edib borcu sildirə bilərsiniz.

Ərizə və ya iddia ərizələrinin hazırlanması, hüquqi məsləhət və ya vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.


Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button