Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Mülki huquq

Sahibkaram, satdığım məhsulun pulu qaytarılmır. Nə edə bilərəm?

1. Kommersiya məhkəməsi

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə kommersiya məhkəmələrində baxılır. Kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl qarşı tərəfə pretenziya (xəbərdarlq) məktubu göndərilir. Daha sonra iddia ərizəsi ilə qarşı tərəfin hüquqi ünvanı üzrə kommersiya məhkəməsinə müraciət edə bilərsiniz. Pretenziya məktubu və ya iddia ərizəsinin hazırlanması və vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Sahibkarlıq fəaliyyəti nədir?

Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

Bu fəaliyyəti cəmiyyət üzvlərinin şəxsi gəlir və ya mənfəət əldə etməyə yönəldilən, öz riski və öz əmlak cavabdehliyi ilə həyata keçirilən müstəqil təşəbbüskar təsərrüfat fəaliyyətidir. Bu fəaliyyətlə məşğul olan şəxslər sahibkar adlanır.

2. Kommersiya məhkəməsi nədir?

Mülki Prosessual Məcəllənin 6-cı maddəsinə əsasən kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

Kommersiya məhkəmələri “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası” haqqında işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda “İtirilmiş sənədlər üzrə hüquqların bərpa edilməsi” haqqında (çağırış icraatı) işlərə, habelə, “Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında işlərə də baxırlar.

Kommersiya mübahisələrinə birinci instansiya məhkəmələrində hakim tərəfindən təkbaşına baxılır.

Azərbaycanda hal-hazırda aşağıdakı kommersiya məhkəmələri fəaliyyət göstərir:

Bakı Kommersiya Məhkəməsi, Sumqayıt Kommersiya Məhkəməsi, Şəki Kommersiya Məhkəməsi, Şirvan Kommersiya Məhkəməsi, Gəncə Kommersiya Məhkəməsi, Naxçıvan MR Kommersiya Məhkəməsi.

3. Kommersiya mübahisələri

Kommersiya mübahisələri sahibkarlıq fəaliyyəti zamanı tərəflər arasında yaranan əmlak və iqtisadi xarakterli hüquqi mübahisələrdir. Həmin mübahisələrə kommersiya məhkəmələrində baxılır.

Kommersiya mübahisələrinin əsas əlamətləri:

  1. Tərəflər hər ikisi fərdi sahibkar, yaxud tərəflərdən biri fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və digəri hüquqi şəxs olmalıdır.
  2. Mübahisə müqavilədən və ya kommersiya öhdəliyindən meydana gəlməlidir.

 Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Elektron qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

4. Kommersiya məhkəməsinə iddia ərizəsi

Kommersiya məhkəməsinə iddia ərizəsi yazılı şəkildə və yalnız elektron qaydada təqdim edilməlidir. İddia ərizəsinin təqdim edilməsi üçün Elektron məhkəmə informasiya sistemi üzərində yaratdığınız şəxsi kabinet vasitəsilə iddia ərizəsi və ona əlavə edilən sənədləri məhkəməyə təqdim edə bilərsiniz. Siz pul tələbinə dair iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Kommersiya mübahisələri üzrə iddia ərizəsi elektron qaydada məhkəməyə verilmədikdə iddia ərizəsi hakim tərəfindən geri qaytarılır.

Habelə, qarşı tərəfə mütləq qaydada pretenziya (xəbərdarlıq) məktubu göndərilməlidir. Əks halda iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır.

5. Pul tələbinə dair iddia ərizəsi

Əgər birinə mal/məhsul vermisiniz, lakin pulunuzu ala bilmirsinizsə, pul tələbinə dair kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilərsiniz. Belə ki, iddia ərizəsi, habelə ona əlavə olunan sənədlər yalnız elektron qaydada məhkəməyə göndərilməlidir. Bunun üçün elektron məhkəmə informasiya sistemi üzərindən yaratdığınız şəxsi kabinetdən istifadə edə bilərsiniz. Pul tələbinə dair iddia ərizəsinin hazırlanması, habelə hüquqi məsləhət üçün bizə müraciət edə bilərsiniz.

İddia ərizəsi cavabdehin hüquqi ünvanı üzrə məhkəməyə elektron qaydada təqdim edilir. Kommersiya Məhkəməsinin çıxardığı qətnamə ilə razı olmadığınız halda ərazi üzrə müvafiq apellyasiya məhkəməsinin kommersiya kollegiyasına məhkəmə qətnaməsi elektron qaydada sizə təqdim edildiyi vaxtdan 1 ay ərzində apellyasiya şikayəti ilə müraciət edə bilərsiniz. Apellyasiya şikayətinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Habelə, apellyasiya məhkəməsinin qətnaməsi ilə razı olmadığınız halda məhkəmə qətnaməsi elektron qaydada sizə təqdim edildiyi vaxtdan 2 ay müddətində kassasiya şikayəti ilə müraciət edə bilərsiniz. Kassasiya şikayətinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

6. İddia ərizəsi dövlət rüsumu

İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qiymətləndirilən iddia tələbi üzrə dövlət rüsumunun  məbləği tələbdən asılı olaraq dəyişir. Əgər iddia qiyməti 1000 manatadək olarsa, dövlət rüsumu 30 manat təşkil edəcək. İddia tələbi 1000 manatdan artıq olarsa, dövlət rüsumunun məbləği dəyişir. Dövlət rüsumunun müəyyən edilməsi üçün dövlət rüsumu kalkulyatorundan istifadə edə bilərsiniz.

7. Kommersiya hüququ

Sahibkarlıq hüquq normaları ilə tənzim olunan ictimai münasibətlər kommersiya hüqununun predmetini təşkil edir.

Kommersiya hüquq münasibətləri dedikdə sahibkarlıq fəaliyyətinin, onunla sıx surətdə bağlı olan qeyri-kommersiya xarakterli fəaliyyətin həyata keçirilməsi prosesində yaranan və kommersiya hüququ normaları ilə tənzimlənən münasibətlər, habelə təsərrüfat fəaliyyətinin dövlət tənzimi üzrə münasibətlər başa düşülür.

Sahibkarlıq fəaliyyətinin əsas əlamətləri:

  1. Sahibkarlıq fəaliyyəti müstəqilliklə xarakterizə olunur.
  2. Sahibkarlıq fəaliyyəti sistematik gəlir əldə edilməsinə yönəlmişdir.
  3. Sahibkarlıq fəaliyyətinə verilmiş anlayışa müvafiq olaraq, subyektlərin əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən gəlirin əldə edilməsi təsbit olunub.
  4. Həmçinin, sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər dövlət qeydiyyatından keçməlidirlər.

Kommersiya hüququnun subyektlərini qanunla müəyyən olunmuş qaydada yaradılmış və hüquqi (və ya) dövlət qeydiyyatından keçmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdir. Buraya fərdi sahibkarlar, kommersiya hüquqi şəxsləri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-kommersiya hüquqi şəxslər təşkil edir.

8. Məhkəmə aidiyyəti

Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.

Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır.

Kommersiya mübahisəsi üzrə iddia cavabdehin rəsmi qeydə alındığı yerin kommersiya məhkəməsinə verilir.

Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yer üzrə kommersiya məhkəməsinə verilir.

Mülki Prosessual Məcəllənin 30-cü maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.

9. Kommersiya hüququ dərslik

Kommersiya hüququ sahibkarlıq və mənfəət məqsədli iqtisadi fəaliyyətlə bağlı yaranan hüquqi münasibətləri tənzimləyən hüquq sahəsidir.

Kommersiya hüququnun prinsiplərinə aşağıdakıları aid etmək olar:

  1. Kommersiya hüququ subyektlərinin bərabərldiyi prinsipi;
  2. Kommersiya hüququ subyektlərin iradə sərbəstliyi prinsipi;
  3. Sahibkarların əmlak müstəqilliyi prinsipi;
  4. Mülkiyyətin toxunulmazlığı prinsipi;
  5. Müqavilə azaldığı prinsipi.
  6. Mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradalması prinsipi.
  7. Pozulmuş hüquqların bərpasının təmin edilməsi və onların məhkəmə müdafiəsi prinsipi
  8. Azad sahibkarlıq fəaliyyəti prinsipi
  9. Vahid iqtisadi məkan prinsipi
  10. İnhisarlıqdan müdafiə və rəqabət prinsipi
  11. Qanunçuluq prinsipi

Kommersiya hüququnun subyektlərinə – qanunla müəyyən olunmuş qaydada yaradılmış və hüquqi (və ya) dövlət qeydiyyatından keçmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdir. Buraya fərdi sahibkarlar, kommersiya hüquqi şəxsləri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-kommersiya hüquqi şəxslər daxildir.

10. Kommersiya nədir?

Kommersiya – latın mənşəli söz olub, hərfi mənada ticarət deməkdir. Kommersiya mənfəət məqsədli iqtisadi fəaliyyətdir. Başqa sözlə, kommersiya mənfəət əldə etmək məqsədilə həyata keçirilən iqtisadi və sahibkarlıq fəaliyyətidir.

11. Kommersiya hüququ pdf

Kommersiya hüququ sahibkarlıq və mənfəət məqsədli iqtisadi fəaliyyətlə bağlı yaranan hüquqi münasibətləri tənzimləyən hüquq sahələrindən biridir.

Kommersiya hüququnun subyektləri kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər çıxış edir.

Həmin subyektlər arasında yaranan kommersiya mübahisələləri müqavilə üzrə öhdəliklərin icra edilməməsindən (müqavilə üzrə ödənişin edilməməsi, malın və ya xidmətin vaxtında verilməməsi, keyfiyyətsiz mal verilməsi, xidmət göstərilməsi, müqavilə şərtlərinin birtərəfli pozulması), borcun icra edilməməsi və ya gecikdirilməsi kimi mübahisələrdən meydana gəlir (əsas borcu, faiz borcunun, dəbbə pulunun ödənilməməsi, əsas borc, faiz borcu, dəbbə pulunun məbləği ilə razılaşmamaq)

Kommersiya mübahisələri üzrə işlərə də kommersiya məhkəmələrində baxılır.

Kommersiya mübahisələrinin əsas xüsusiyyəti:

  1. Adətən böyük məbləğlər mübahisələndirilir;
  2. “Şifahi razılaşma” zəif arqument sayılır.

12. Vöen kommersiya

Ümumiyyətlə, sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər dövlət qeydiyyatından keçməlidirlər, VÖEN-ə (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə) malik olmalıdırlar.  Sahibkarlıq fəaliyyətindən irəli gələn işlərə də kommersiya məhkəmələrində baxılır.

13. Hüquqi məsləhət

Kommersiya mübahisələri üzrə kommersiya məhkəməsinə pretenziya, ərizə, iddia ərizələrinin hazırlanması və hüquqi məsləhət üçün bizə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button