
Texniki baxışla bağlı bütün sualların cavabı
1. Texniki baxış yoxlamaq

Yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından qanunvericiliyin tələblərinə (“Yol hərəkəti haqqında” Qanuna 1 saylı Əlavə) uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar.
Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir.
Bu zaman nəqliyyat vasitəsinin nasazlıqları aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır.
Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır.
Nəqliyyat vasitələrinə aşağıdakı müddətlərdə texniki baxış keçirilir:
Tramvaylar və trolleybuslar, traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən mexaniki nəqliyyat vasitələr, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələri, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə – ildə 1 dəfə;
Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, yaxud konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları istehsal olunduqları vaxtdan 4 il keçdikdə – 2 ildə bir dəfə; istehsal olunduqları vaxtdan 10 il keçdikdə – ildə 1 dəfə.
Bu proses hər bir avtomobil üçün vacib bir prosesdir. Əgər avtomobil yeni avtomobildirsə, 4 ilin tamamında 5-ci ilində baxışdan keçir.
İstehsal ilinin 4 ili tamam olmuş avtomobillər üçün 2 ildən bir baxışdan keçmə zəruridir.
İstehsal ilindən 10 il keçmiş avtomobillər üçün hər il baxışdan keçmə çox önəmlidir.
Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə nəzərdə tutulur.
2. Texniki baxış qiyməti

“Dövlət rüsumu haqqında” Qanunun 18.65.1-ci maddəsinə əsasən rüsum aşağıdakı kimidir:
- avtonəqliyyat vasitələri üçün – 30 manat;
- motonəqliyyat vasitələri, traktor, tikintiə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün – 15 manat.
3. Asanpay texniki baxış

ASAN ödəniş sistemindən (https://asanpay.az/payments/penalty/service-provider/2001857) istifadə etməklə FİN kod və ya telefon nömrəsi ilə şəxsi kabinetə daxil olursunuz. Burada kabinetim bölməsində siz öz cərimələriniz, kütləvi ödənişləriniz, baxış talonunuz ilə tanış ola bilərsiniz.
“Texniki baxış talonu” düyməsini sıxmaqla, siz baxışdan keçdiyiniz tarixlə, baxış talonunun bitmə tarixi ilə və növbəti dəfə baxışdan keçməli olduğunuz tarixlə tanış ola bilərsiniz.
4. Texniki baxış rüsumu

Qanuna əsasən dövlət rüsumu avtonəqliyyat vasitələri üçün sadəcə 30 manatdır. Yol vergisi yoxdur. Dövlət rüsumu 30 manatı bank, kassa, pos-terminal və ya online ödəmək mümkündür.
5. Texniki baxış qiyməti 2025

Qiymət 2025-ci ildə bir qədər də yüksəlmişdir. Bu qiymət 2025-ci ildə avtonəqliyyat vasitələri üçün – 30 manat;
Motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün – 15 manat məbləğində müəyyən edilmişdir.
6. Texniki baxış kalkulyatoru

Rüsum qanunvericilikdə konkret göstərilmişdir. Belə ki, bu məbləğ avtonəqliyyat vasitələri üçün 30 manat, digər nəqliyyat vasitələri üçün 15 manat təşkil edir.
Texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir:
1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi;
2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;
4)dövlət rüsumunun və utilizasiya haqqının ödənilməsi barədə sənədi.
Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği:
Minik avtomobilləri üçün – istehsal-buraxılış ili – 4 ildən 7 ilədək olduqda – 400 manat; 7 il və daha çox olduqda – 700 manat.
Nəqliyyat vasitələri texniki baxışdan keçirildikdən sonra bu barədə elektron talon tərtib olunur.
Bunun üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.
İnzibati Xətalar Məcəlləsinin 339.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya qeydiyyatdan çıxarılmasında, yaxud nəqliyyat vasitələrinin texniki baxışının keçirilməsində və ya texniki sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina edilməsinə, yaxud texniki sazlığı haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə 150 manatdan 200 manatadək məbləğdə cərimə edilir.
7. Texniki baxış onlayn yoxlama

Siz onlayn qaydada məlumatlarınızı ASAN ödəniş sistemi üzərindən (https://asanpay.az/payments/penalty/service-provider/2001857) şəxsi kabinetə daxil olub öyrənə bilərsiniz.
Nəqliyyat vasitələrinə və qoşqulara baxışı Azərbaycan Respublikası DİN BDYPİ-nin ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbələri, müayinə mərkəzləri tərəfindən keçirilir.
7.1.Bakı şəhəri üzrə DİN BDYPİ-nin Müayinə mərkəzləri:

1.Sabunçu rayonunda yerləşən Müayinə mərkəzi
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa şossesi
2.Qaradağ rayonunda yerləşən Müayinə mərkəzi
Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu.
7.2.Respublikanın digər şəhər və rayonları üzrə DİN BDYPİ-nin Qeydiyyat-imtahan və texniki baxış şöbələri:

1) Sumqayıt şəhərində 1 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi
Ünvan: Sumqayıt şəhəri, Stansiya Sumqayıt
Sumqayıt, Abşeron, Siyəzən, Qobustan, Xızı
2) Xaçmaz rayonunda 2 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi
Ünvan: Xaçmaz rayonu, Qaradağ-Buduq kəndi
Xaçmaz, Quba, Qusar, Şabran
3) Ağsu rayonunda 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi
Ünvan: Ağsu–Kürdəmir-Bəhramtəpə yolu 4-cü km
Ağsu, Şamaxı, İsmayıllı, Kürdəmir
4) Şirvan şəhərində 4 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış texniki baxış şöbəsi
Ünvan: Şirvan şəhəri, H.Əliyev pr. 1
Şirvan, Hacıqabul, Saatlı, Salyan, Sabirabad, Neftçala
5) Lənkəran şəhərində 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi
Ünvan: Lənkaran rayonu, Ürgə kəndi
Lənkəran, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Masallı, Yardımlı
6) Ağcabədi rayonunda 6 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi
Ünvan: Ağcabədi-Ağdam yolu 10-cu km , Ağcəbədi rayonu, Hüsülü kəndi.
Ağcabədi, Ağdam, Beyləqan, Zərdab, Ağdərə, Şuşa, Xankəndi, Xocalı
7) Yevlax rayonunda 7 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi
Ünvan: Yevlax rayonu, Yuxarı Qarxun kəndi
Yevlax, Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Ucar, Göyçay, Kəlbəcər
8) Şəki şəhərində 8 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi
Ünvan: Şəki şəhəri, Zərifə Əliyeva küç. 57
Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ, Balakən
9) Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi
Ünvan: Gəncə şəhəri, N.Gəncəvi pr. 25
Gəncə, Xanlar, Samux, Daşkəsən, Naftalan, Goranboy
10) Tovuz rayonunda 10 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi
Ünvan: Tovuz rayonu, Dondar quşçu kəndi
Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy
11) İmişli rayonunda 11 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi
Ünvan: İmişli-Kürdəmir dairəvi yolu (R11), Olimpiya kompleksi ilə üzbə-üz
İmişli, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Xocavənd
12) Naxçıvan Muxtar Respublikasında Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi
Ünvan: Naxçıvan-Sədərək avtomobil yolu 3-cü km
Naxçıvan, Şərur, Babək, Şahbuz, Sədərək, Culfa, Kəngərli, Ordubad.
8. Texniki baxış onlayn yoxlamaq sms

Nəqliyyat vasitələrinin baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini baxışdan keçirməlidirlər. SMS bildirişin göndərilməsi üçün sürücülərin Asanpay.az saytında FİN kod vasitəsilə qeydiyyatdan keçmələri də lazımdır.
Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri 50 manat məbləğində cərimə olunurlar.
Bütün texniki Müayinə Mərkəzlərində nəqliyyat vasitələrinin alt işlək hissələri də dəqiqliklə yoxlanılır. Asqıların və sükan mexanizmlərinin nə qədər saz vəziyyətdə olması xüsusi texniki vasitələrlə müəyyən edilir.
9. Texniki baxış online keçmək

Bunun üçün DİN BDYPİ-nin ərazi üzrə regional qeydiyyat-imtahan və baxış şöbələri və müayinə mərkəzlərinə yaxınlaşmaq lazımdır.
Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi baxışdan keçirilmir:
1) Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan 1il, 4 il və ya 10 il müddət keçməmişdirsə;
2) Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi istehsal olunduğu vaxtdan 1 il, 4 il və 10 il müddətdə baxışdan keçirilmişdirsə.
10. Texniki baxışın bitmə tarixini öyrənmək

Əgər sürücü həmin tarixi unudubsa, o zaman bunu müəyyən etməyin bir neçə yolu var. İlk növbədə siz asanpay.az (https://www.asanpay.az/intro/home) portalında qeydiyyatdan keçərək müvafiq pəncərəyə baxmaqla bunu müəyyən edə bilərsiniz. Çünki DYP tərəfindən hər bir sürücünün elektron kabinetinə onun nəqliyyat vasitəsinin baxışdan keçdiyi və növbəti dəfə keçməli olduğu tarix barədə məlumat yerləşdirilib.
Eyni zamanda əgər kabinetiniz yoxdursa o zaman AsanPay-da qeydiyyatı olan digər bir şəxsdən kömək istəyə bilərsiniz. Həmin şəxs kabinetində “Xüsusi” bölməyə daxil olmaqla sizin nəqliyyat vasitəsinizin məlumatlarını daxil etməklə asanlıqla sizin üçün texniki baxış tarixini müəyyən edə bilər.
Elektron kabineti olmayan şəxslər bunu DYP orqanlarından (şöbələrdən, postlardan), hətta yolda xidmət edən DYP əməkdaşlarından da soruşa bilərlər.
Sadəcə olaraq istər elektron, istər telefon, istərsə də birbaşa müraciət edərək bu məlumatı öyrənə bilərsiniz. Yaxud elə sonuncu dəfə baxışdan keçərkən sizə təqdim olunan baxış talonunun üzərinə baxmaq kifayətdir. Orda keçmə tarixi dəqiq qeyd olunub. Həmin tarixi əsas götürərək ondan 20 gün sonrakı müddət ərzində texniki baxışdan keçməlisiniz.
11. Texniki baxış qaynar xətt

Bununla bağlı Daxili İşlər Nazirliyinin 102 və ya 902, habelə 012-511-08-40 nömrəli qaynar xəttləri ilə əlaqə saxlaya bilərsiniz. Bu qaynar xətt vasitəsilə sürücülər texniki baxışla bağlı məlumat ala bilər, məsələn, baxış müddətinin vaxtı və ya diaqnostika mərkəzlərində növbənin olub-olmaması barədə məlumat öyrənə bilər.
Texniki baxış aşağıdakı addımlardan ibarətdir:

1. İlkin sənəd yoxlanışı: Avtomobilin dövlət qeydiyyat şəhadətnaməsi və sürücülük vəsiqəsi təqdim olunur. Şassi nömrəsi (VIN), mühərrik nömrəsi və dövlət nömrə nişanı yoxlanılır. Sığorta və digər qanuni sənədlərin qüvvədə olub-olmaması təsdiqlənir.
2. Vizual baxış: Korpusun, kuzovun ümumi vəziyyəti (çat, korroziya, zədələr), şüşələrin, güzgülərin bütövlüyü, qapıların, kapot və baqaj qapağının açılıb-bağlanması, oturacaqların və təhlükəsizlik kəmərlərinin işləkliyi, yanğınsöndürən balon, dərman qutusu, fövqəladə dayanma nişanı.
3. İşıq və elektrik avadanlıqları: Ön və arxa faralar, yaxın/uzaq işıq, stop işıqları, dönmə işıqları, duman işıqları, siqnal və şüşə təmizləyici sistemin işləməsi.
4. Əyləc sistemi yoxlanışı: Əsas və əlavə (əl) əyləc stenddə test olunur, əyləc gücü və balansı ölçülür, əyləc mayesi sızmalarının olub-olmaması yoxlanılır.
5. Sükan və asqı sistemi: Sükan mexanizminin boşluqları, amortizatorların və yayların vəziyyəti, təkərlərin protektor dərinliyi və aşınması.
6. Təkərlər və oxlar: təkərlərin ölçü və tipinin standartlara uyğunluğu, disklərdə, rulmanlarda nasazlıq olub-olmaması, ehtiyat təkərin mövcudluğu.
7. Ekoloji və səs yoxlaması: Egzoz qazlarının analizi (CO, CH, NOx), səs səviyyəsinin normaya uyğunluğu.
8. Yekun nəticə: Yoxlamanın nəticələri sistemdə qeyd olunur. Avtomobil normal sayılarsa texniki baxışdan keçdiyi barədə “texniki baxış” talonu verilir. Nasazlıqlar aşkarlanarsa, sahibinə aradan qaldırmaq üçün vaxt verilir və təkrar baxış tələb olunur.
12. Hüquqi konsultasiya

Nəqliyyat vasitələrinin texniki baxışı zamanı rastlaşdığınız problemlərin həlli və hüquqi dəstək göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın