Digər

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə onlayn müraciət qaydası

1. Baş Prokurorluq – Məktub yazmaq

Baş Prokurorluğa artıq onlayn qaydada müraciət etmək mümkündür.

“Vətəndaşların müraciətləri haqqında” qanunun 10-cu maddəsinə əsasən, Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində, dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə isə 20 iş günü müddətində baxılır.

Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. 

Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.

1.1 Baş Prokuror Kamran Əliyevə müraciət

Baş Prokurorluğa onlayn müraciət etmək üçün bu linkə daxil ola bilərsiniz:

Baş Prokurorluğa onlayn müraciət linki

1.2 Baş Prokurorluğa edilən müraciətin nəticəsini izləmək

Baş Prokurorluğa edilən müraciətin nəticəsi barədə məlumat əldə etmək üçün bu linkə daxil olub müraciət zamanı sizə verilən qeydiyyat nömrəsi və mobil nömrəni daxil edin:

Baş Prokurorluğa edilən müraciətin nəticəsi barədə məlumat

1.3 Baş Prokurorluq – Qaynar xətt

Baş Prokurorluğun qaynar xətt nömrələri:

📞 012-492-55-40 
📞 012-492-01-38

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: 📞 161

2. Daxili İşlər Nazirliyi – Onlayn müraciət

Daxili İşlər Nazirliyinə artıq onlayn qaydada müraciət etmək mümkündür.

“Vətəndaşların müraciətləri haqqında” qanunun 10-cu maddəsinə əsasən, Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində, dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə isə 20 iş günü müddətində baxılır.

Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. 

Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.

2.1 Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət

Daxili İşlər Nazirliyinə onlayn müraciət etmək üçün bu linkə daxil ola bilərsiniz:

Daxili İşlər Nazirliyinə məktub yazmaq

2.2 Daxili İşlər Nazirliyinə edilən müraciətin nəticəsini izləmək

Daxili İşlər Nazirliyinə edilən müraciətin nəticəsi barədə məlumat əldə etmək üçün bu linkə daxil olub müraciət zamanı sizə verilən sənəd nömrəsini daxil edin:

Müraciətin statusunu yoxla

2.3 Daxili İşlər Nazirliyi – Qaynar xətt

Daxili İşlər Nazirliyinin qaynar xətt nömrələri:

  • 📞 102
  • 📞 012-590-92-22

İnsan alverinə qarşı mübarizə: 📞 152

Baş Dövlət Yol Polisi İdarəsi: 📞 902

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button