Mülki huquq

Yolda maşınla heyvan vurmağa görə məsuliyyəti kim daşıyır?

1. Yolda maşınla heyvan vurmağa görə qanun nə deyir?

Yollarda hərəkət zamanı maşınla heyvan vurmağa görə məsələ Mülki Məcəllə ilə tənzimlənir. Əgər qəsdən vurulma olmayıbsa, hər hansı bir tərəfin cinayət və ya inzibati məsuliyyəti yoxdur.

2. Yolda maşınla mal-qara vurduqda məsuliyyət kimindir?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə görə isə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarətsiz qalması, itməsi və ya qaçması arasında heç bir fərq yoxdur. Əgər heyvan sahibi 3-cü şəxslərə vurulan zərərlərə görə önləyici tədbirlər alırsa, zəruri tədbir görürsə bu zaman zərərin əvəzinə ödənilməsi məsələsi tətbiq edilmir.

2.1 Maşınla heyvan vurmaq Yol hərəkəti haqqında qanunda necə tənzimlənir?

“Yol hərəkəti haqqında” qanunun 39-cu maddəsinə əsasən,

  • 1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər;
  • 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər;
  • 3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər.

2.2 Yollarda heyvanlarla bağlı nişanların təyinatı

Yollarda xüsusi mal-qara keçidləri ola bilər. Həmin keçidlər də mal-qaranı yolun bir tərəfindən digər tərəfinə keçirmək üçün nəzərdə tutulub. Əgər heyvanlar çox olarsa, onları yolun kənarına kiçik qruplar vasitəsilə keçirilməlidir. Həmçinin,  nəqliyyat vasitələrinə işarə verilməlidir. Yoxsa mal-qaranı yolun ortası ilə aparmaq qadağandır

Yəni, əgər biz avtomobil idarə edərkən, qarşımıza hər hansı bir qoyun, hər hansı bir inək çıxdığı zaman biz maşınla heyvanı vurmağa görə, heyvan sahibi aşkarlandığı halda mütləq qaydada həmin avtomobilə dəymiş zərər Mülki Məcəllənin 1110-cu maddəsinə uyğun olaraq heyvanın sahibi tərəfindən qarşılanır. 

3. Yollarda maşınla heyvan vurma zamanı sürü sahibi aşkarlanmadıqda nə edə bilərik?

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 177-ci maddəsinə görə, təbii fəlakət və ya təsadüfü hadisələr nəticəsində özgənin torpaq sahəsinə və yaxud özgənin ərazisinə keçirsə, hər hansı bir səbəbdən hansısa bir heyvan aşkarlanırsa bu itirilmiş heyvan statusu almış bir heyvandır. Onu tapan şəxs həmin heyvanı saxlamaq hüququna malikdir. Həmin heyvanın sahibi heyvanı tələb etdikdə həmin şəxs ona dəymiş zərəri tələb etmək hüququna malikdir. Zərər ödənilmədikdə isə həmin heyvanı özünün mülkiyyətində saxlamaq hüququna malikdir.

4. Avtomobillə heyvan vurmağa görə dəymiş zərərin tələb edilməsi

Əgər mal-qara sahibi könüllü ödəmə etməzsə həmin avtomobilə dəymiş zərər mütləq şəkildə Dövlət Yol Polisi tərəfindən rəsmiləşdirilməlidir. Zərərin məbləği müəyyən olunur və şəxs bununla bağlı müvafiq məhkəmə instansiyasına müraciət etməklə ona dəymiş zərəri heyvanın sahibindən tələb edə bilər

5. Maşınla heyvan vurma zamanı məhkəməyə müraciət

Maşınla heyvan vurma zamanı maşına dəymiş ziyan sürü sahibi tərəfindən könüllü ödənmirsə həmin sürü sahibinin qeydiyyatda olduğu yer üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət edilməlidir. Əgər dəymiş ziyan məbləği 1000 manatadəkdirsə, 30 manat dövlət rüsumu nəzərdə tutulur.

Əgər məhkəməyə özünüz iddia ərizəsi hazırlaya bilmirsinizsə, hüquqşünas və vəkillərə müraciət edə bilərsiniz.

6. Maşınla it vurmaq – Kasko sığorta

Masinla it vurmaq
Maşınla it vurmağa görə məsuliyyət

Maşınla it vurmaq və ya digər sahibsiz ev heyvanları, çöl heyvanları vurulduqda dəymiş ziyan avtomobilin kasko sığortası varsa, sürücüyə dəyən zərər sığorta tərəfindən ödənilir.

Mal-qara vurduqda da kasko sığorta varsa, bu da sığorta tərəfindən ödənilə bilər. Daha sonra həmin vəsait hüquqi yolla mal-qara sahibindən alınır.

7. Maşınla heyvan vurmağa görə çobanın məsuliyyəti

masinla heyvan vurmaga gorə məsuliyyət
Maşınla heyvan vurma zamanı çobanın məsuliyyəti

İnzibati Xətalar Məcəlləsinə əsasən maşınla heyvan vurma zamanı sürü sahibi(çoban) bu sahədə qanunvericiliyin pozulmasına görə(heyvanların yolun asvalt hissəsi ilə hərəkət etdirilməsinə görə) sürü sahibləri üçün cərimə cəzası nəzərdə tutulub.

Həmin ərazilərdə sahibləri mal-qara sürüsünü son dərəcə diqqətli, nəzarət edərək ötürməlidir. Əks halda, onların bu hərəkətləri hər hansı bir yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olarsa, mal-qara sahibləri də məsuliyyət daşıyırlar.

Həmin əməllər nəticəsində hər hansı bir hərəkət iştirakçısı ağır xəsarət alıbsa və ya ölümlə nəticələnirsə, təbii ki, belə hallarda həmin şəxslər inzibati yox, cinayət məsuliyyəti daşıyırlar. Qeyd edirəm ki, əgər nəzarətsiz qalan ev heyvanlarının avtomobil yoluna çıxması nətiəcəsində yol-nəqliyyat hadisəsi baş verirsə həmin heyvanların sahibi məsuliyyətə cəlb olunur.

Yol-nəqliyyat hadisəsi nəticəsində piyada ölümü və ya hər hansı yol hərəkəti iştirakçısının ölümü və ağır xəsarət alması halları olarsa belə halda həm maşını idarə edən şəxs, həm heyvan sahibi məsuliyyətə cəlb oluna bilər.

Hüquqşünas İlkin Əzimov

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button