Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Mülki huquq

Kupça almaq üçün nə etmək lazımdır? – 2025

1. Kupça nədir?

Kupça elə çıxarış deməkdir. Sadəcə kupça xalq arasında daha çox işlədilən və bilinən alınma sözdür. Kupça almaq üçün lazım olan sənədlər və rüsumlar barədə ətraflı izah verəcəyik. Çıxarış mülkiyyət hüququnu tam təsdiq edən rəsmi sənəddir. Daşınmaz əmlakın hüquqi sahibliyini təsdiq etmək və onun satışı, bağışlanması və ya irsə keçməsi üçün bu sənəd mütləq olmalıdır.

2. Kupça almaq üçün hansı sənədlər lazımdır?

Kupça almaq üçün aşağıdakı sənədlər lazımdır:

  • Alqı-satqı müqaviləsi – notarius tərəfindən təsdiq olunmuş və əmlakın satışını təsdiq edən sənəd.
  • Texniki pasport – əmlakın ölçü və xarakteristikalarını göstərən sənəd.
  • Torpaq mülkiyyət sənədləri – əgər əmlakın torpaq sahəsi varsa, həmin torpağın mülkiyyətini təsdiq edən sənədlər.
  • Tikinti icazəsi – əgər əmlak yeni tikilibsə və ya təmir olunubsa, bu icazə vacibdir.
  • Şəxsiyyət vəsiqəsi – mülkiyyətçinin şəxsiyyətini təsdiq edən sənəd.

3. Kupça almaq üçün müraciət qaydası

  • Müraciət etmək: İlk addım olaraq, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmək lazımdır.
  • Sənədlərin təqdim edilməsi: Yuxarıda qeyd olunan sənədləri təqdim edərək əmlakın qeydiyyatı üçün müraciət etmək.
  • Rüsumun ödənilməsi: Qeydiyyat prosesinə başlamaq üçün tələb olunan dövlət rüsumlarını ödəmək. Bakı şəhərində daşınmaz əmlakın qeydiyyatı üçün rüsum 110 AZN. Regionlarda bu məbləğ 55 AZN təşkil edir. Əgər əmlakın yenidən qeydiyyatı (alqı-satqı və ya miras) tələb olunursa, əlavə rüsumlar da tətbiq oluna bilər.
  • Yoxlama və qeydiyyat: Dövlət orqanı təqdim olunan sənədləri yoxlayır, əmlakın qeydiyyata alınması prosesini həyata keçirir.

4. Bir evə 2 nəfər kupça ala bilərmi?

Bəli. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylar bəllidirsə bu zaman payçılar ayrı ayrılıqda (bölgü planı əsasında notariatda təsdiq etməklə) hər kəs öz adına çıxarış ala bilər.

5. Kupça almaq üçün rüsumlar

43172DE9 4FCD 4CEB 994E 6E5FA59A6965

Mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə elektron çıxarışın (kupçanın) verilməsi üçün dövlət rüsumunun məbləği 50 manat təşkil edir.

Mənzilə çıxarış (kupça):

• 10 iş gününə verildikdə 36 manat;

• 7 iş gününə verildikdə 54 manat;

• 3 iş gününə verildikdə 72 manat;

• 1 iş gününə verildikdə isə 108 manat xidmət haqqı ödənilməlidir.

Mənzilə dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 75 manat dövlət rüsumunun ödənilməsi tələb olunur.

6. Bələdiyyə sənədi olan torpağa kupça almaq

Qeyd edək ki, əgər 2007-ci ilin dekabrın 1-ə kimi bələdiyyə qərarı ilə sizə torpaq sahəsi ayrılıbsa, həmin qərar əsasında torpaq sahəsi üçün çıxarış (kupça) ala bilərsiniz.

Lakin 2007-ci ildən sonra verilən bələdiyyə qərarının heç bir hüquqi əhəmiyyəti olmadığı üçün torpaq sahəsinə həmin qərar əsasında çıxarış ala bilməzsiniz.

Belə ki, 2007-ci ildən sonra torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyələr tərəfindən qərar qəbul edilməyib. Torpaq sahələrinin əldə olunması üçün siz torpaq hərracları və ya müsabiqələrində iştirak edib qalib olmalısınız.

2007-ci il dekabrın 1-ə kimi bələdiyyə sənədi ilə sizə ayrılan torpaq sahəsinə çıxarış almaq üçün Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin müvafiq ərazi idarəsinə müraciət etməlisiniz.

Əgər həmin qurum sizə çıxarış verməkdən imtina edərsə, imtina cavabını aldığınız gündən 30 gün ərzində İnzibati Məhkəməyə müraciət edə bilərsiniz.

7. Kupça verilməsindən imtina edilib. Nə edə bilərəm?

Kupça verilməsindən imtina edildikdə kupça almaq üçün siz cavabdeh dövlət qurumunun yerləşdiyi ərazi üzrə inzibati məhkəməyə müraciət edə bilərsiniz.

Çıxarışın verilməsindən əsassız imtina edilərsə, bu barədə qərarı rəsmi qaydada aldığınız vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmaq hüququnuz var.

Belə ki, İnzibati Prosessual Məcəlləyə əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb edə bilərsiniz. İnzibati məhkəməyə müraciət zamanı dövlət rüsumu nəzərdə tutulmur. Lakin müraciətin hüquqşünas və ya vəkil tərəfindən edilməsi daha məqsədə uyğun hesab olunur. Birinci instansiya məhkəməsinə müraciət zamanı bütün faktiki və hüquqi hallar ətraflı qeyd olunmalıdır. Əks halda iddianız təmin edilməyəcək və sonradan hüquqşünas və vəkillərə müraciət edən zaman əlavə xərclərlə üzləşəcəksiniz. Ona görə də, əvvəlcədən hüquqi yardım almaq tövsiyə olunur.

8. Kupça itərsə nə etmək olar?

Evin çıxarılışı (“kupça”) itdiyi təqdirdə, onu bərpa etmək üçün, ilk növbədə, bu barədə qəzetdə elan vermək lazımdır.

Qəzetdə elan verdikdən sonra ərazi polis orqanına müraciət etmək lazımdır. Vətəndaş evin “kupça”sının itməsi ilə bağlı Polisin Tapıntılar Bürosuna müraciət etməlidir. Əgər itirilən çıxarılış tapılmazsa, Bürodan arayış alınır. 

Bundan sonra vətəndaş qəzet elanı və arayışla birlikdə yeni kupça almaq üçün Daşınmaz Əmlakın qeydiyyat orqanına yaxınlaşmalıdır. Vətəndaş evin çıxarışının dublikatının verilməsi ilə bağlı ərizə yazır və sonra isə yeni “kupça” alır”.

9. Kupçanı yoxlamaq

Azərbaycan vətəndaşları daşınmaz əmlaka dair elektron çıxarışların həqiqiliyini onlayn rejimdə yoxlaya bilərlər. Vətəndaşlar daşınmaz əmlak alarkən bu xidmətdən istifadə etmələri tövsiyə olunur.

Buna görə ödəniş tələb olunmur. Sadəcə Elektron Hökumət Portalına daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etmək lazımdır. 

10. Həyət evinə kupça almaq

İstənilən evə kupça almaq üçün hüquqi yardımla bağlı bizə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

89 Şərhlər

      1. salam hər vaxtınız xeyirli olsun bildirirəmki,atama məxsus kəndli fermer təsərrüfatına daimi istifadə hüququna dair müddətsiz dövlət aktı verilib daşınmaz əmlakın reyestri xidməti çıxarış verməkdən imtina edir.nə etməliyəm köməklik göstərməyinizi xahiş edirəm.

        1. Salam. Həmin imtinanı aldığınız gündən 30 gün ərzində iddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət edə bilərsiniz. İddia ərizəsinin hazırlanması üçün bizə yaza bilərsiniz.

          1. Salam.belediyenin kagizi 2005 kupa ala bileremmi.hara bas vurum. Anamın adindad8 menim adıma kaçırmak ucun ne lazimdi?

          1. Salam mende bineqedi Baksol massivinde 2.5 sot zaborlu torpaq sahesi kamunal su var 31.10.2007 ilin bələdiyyə sənədi ansand xidmete verib arxiv senetlerin almisam kecen il indi hara muraciyyet sede bilerem kupca almaq ucun

      2. Salam men ev aliram kamunalari adima kecirdiler ama sercam 2007 kimi deyili ona kucpa ala bilecemi sizce bu barde etrafli bawa salin qalmiwam alim almiyim arasinda

  1. Naxcıvanda kənd yerində torpağın cıxarışı var .amma torpağın üzərində 70 ci illərdə tikilmiş yaşayış evinin hec bir sənəti yoxdur. həmin köhnə tik
    -liyə necə sənət ala bilərəm?
    və rüsumla bağlı məlumat verməyinizi xaiş edirəm

  2. Salam mən kupca üçün bütün sənədləri asan xidmətə vermişəm.mene rüsum 125 azn , xidmət haqqı ise 105 azn ödənilməlidir deyir.bu belə olmalıdır?

    1. Salam. Bələdiyyə sənədi 2007-ci ilə qədərdirsə, bəli ala bilərsiniz. Alqı-satqı müqaviləsi, ödəniş qəbzi, əvvəlki Torpaq və Xəritəçəkmə Komitəsininrəyi, torpaqğın ayrılması barədə akt olmalıdır. İlkin sənədlərlə Əmlak Komitəsinə müraciət edə bilərsiniz.

  3. Salam , bizim hazırda yaşadığımız evin heç bir sənədi yoxdur . Nə bələdiyyə nədə başqa bir sənəd . Sovet dövründə pul verib əldən ələ aliblar sadəcə . Necə kupça ala bilərəm ?

    1. Salam mene məktub gəlib ki çıxarış almalıyam yoxsa məni evden çıxaracaqlar mən de ipoteka ödəyirəm hər ay ABB banka komendant dəyir ki ipoteka ödəyirsənse Çıxarış ala bilməzsən

  4. Salam her vaxtinz xeyir mən ev alanda bələdhə qeydyata aldi vergi odəydirmək ucun şəadətnamə verdi torpaqada evde vergi odəyirəm amma qucam yoxdu çxariş almaq hcun nə edməliyəm komunallar oz admadi 8 ildi vergde odyurəm torpaqada evede qəbzlərdə var hamisi nəsə etmək olar yoxsa yox?

  5. Salam bizim 2007-ci ildən əvvəl bələdiyyə sənədi ilə torpaq sahəmi var 10 sot ıakin torpaq 16 sotdu buna görə gəlib baxıb çertyoj çəkmirlər deyirlər torpaq sahədi çocdu onlara 10 sotunu reyestra alın deyirik amma məhəl qoymurlar nə edə bilərik. Məhkəməyədə verdik məhkəmədə prossesi boş yerdən uzatdı dedi siz gedin rayon üzrə icra hakimiyyətinə bildirin başımıza oyun açırlar 3 ildi sənədi düzəltmək istəmirlər hərəsi birinin üsdünə atır .

  6. Salam. Menzil 1992ci ilde alinib. Butun senedelr var. Lakin mygov sisteminde dasinmaz emlaklarin arasinda cixmir. Zehmet olmasa yazardiniz, hara muraciet etmek lazimdir ne etmek lazimdir

  7. Salam mən 1995 ci ildən yaşadığım yerdən Bir Nəfər Qonşuluğumda 2005 ci Həyət sahəsi Aldı Və Setkaya saldı Yəni boş ərazi idi Orda Heç vaxt ev Olmayıb Nədə Bir tikili Olmayıb İndi Mən O həyəti 1il bunnan qabağ Almışam Üzərində ev tikmişəm Kupça Götürmək İsdəyirəm Sənətə Baxıram Ki 66.6 kv mt tikili var tir altda Bu mümkün deyil Necə Ola Bilər Mən Nə Etməliyəm?

  8. Salam ata evimiz əmimin mülkiyyətindədir hal hazırda .ev mən və qardaşıma bölünərək verilməlidir .Yəni hər ikimiz də vərəsəlik. Əmimdə payımızı verməyə narazılıq etmir .Bilmək istəyirəm ki mən özpayəmı ayrı sənədləşdirmə bilərəm

  9. Salam. Sumqayit şəhəri 1 sayli Asan xidmətə Abşeron Gənclər şəhərcilində cixariş almaga evin sənədlərini vermişəm .Mənzil 70 kv. m. Abşeron rayona daxildi. Cixariş almag üçün ne gədər dövlət rusumu verməliyəm? Cixariş hazirdi, mesaj gəlibki d.rusumu 125 m. Ne gədər düzgündü bu?

  10. Salam.Zəhmət olmasa cavablayardiz. çıxarışı olmayan,sadece etibarname ilə satılmış torpaqda ev tikmişəm.Komunalları mənim adımadı.8 sotdan 4 sotun almisam deye ilkin çıxarış olmadigindan çıxarış ala bilmirem.Torpağın 1ci sahibi ise 8 sotun etibarnamesin vermek ucun bizden yəni mən və diger qonsularimdan yeniden pul teleb edir.Bunun huquqi terefi nedir.?Və torpagin kupçasi olmadan sadece etibaname ile eve kupça ala bileremmi?

      1. Cavabınız üçün təşəkkür edirəm.Daha 1 sualım var.Əyər mən 8 sotun etibarnamesin alsam həmçinin öz adıma özəlləsdirməyimə etiraz etmediyini natariusda tesdiq edib imza atsa.1ci sahibden sonra öz adıma çıxarış ala bilirem?

  11. Salam ,kənddə həyət evinə çıxarış almaq istəyirəm, atam rəhmətə gedib, evin əvvəldən sənədi olmayıb. Yalnız torpag (həyətyanı sahə) şəhadətnaməsi var.
    2005 ildə qonşu həyətyanı sahəsindən 0.02 ha (2 sot) torpag sahəsini kənd sovetinin imzası və möhürü ilə AKT ilə ( 500000man – 50 şirvan müqabilində) mənə satmışdır.
    İndi mən ÇIXARIŞ almag üçün nə etməliyəm? Zəhmət olmasa ardıcıllıgı izah edərdiz.

  12. Salam ev almaq istəyirik ama torpaq sahəsinin sənədi var yaşayış məntəqələri üçündür ama evin kupçası yoxdur təzə qanunlara görə qonşu məsafəsi falan var aldığımız ev istənilən qaydada deyilsə yenədə ev üçün çıxarış ala bilərik?

  13. Salam.zəhmət olmazsa məlumat verərdiz.kupça nənəmin adınadır,amma hüquq sahibi kimi anam və atamda kupçada göstərilib.Nənəm və atam rəhmətə gedib.Mən mülkü necə adıma keçirə bilərəm?Qeyd edimki mənnən başqa bir bacım və qardaşım var?bizdən başqa kimlər mülkə varis kimi müraciət edə bilər?

  14. Salam mən eve kupca götürmək istəyirəm aldığım torpaq dayımın adınadır evdə tikilib torpaq pay verilib ona necə kupca götürüm

  15. Salam bizim heyetde iki ev var bunlardan birinin bir hissesi medene dushur kupcasi yoxdu diger evin ise kohne tikilinin kupcasidi ve yerindede 100kv m yaxin ev tikilib biz birge nigah dovrunde tikmishik amma bu kupca qaynatamin adinadi mene bu evden pay dushur?

  16. Salam, bizim evimiz texmini 10-15 il evvel Zamin bankda girovda olub, lakin tez zamanda cixarilib girovdan ve kupca bizim elimizdedir. Lakin Asan xidmetde dedilerki Forma 1 girovda gorsenir. Zamin bank da baglanib, meseleni hell etmek ucun hara muraciet edek?

  17. Salam.Mende heyet evidi sovet vaxtinda tikmisik o vaxt verilen tex pasport da var jek de qeydiyatda var komunallar oz adimadi ora cixaris( kupca) nece almax olar?

  18. Salam. Belediyyenin verdiyi senede esasen etibarname ile torpaq sahesi alib ev tikmiwem. Etibarname veren wexs rehmete gedib. Ovladi yoxdur, baci ve qardawi var. Senedlewme nece ola biler? Zehmet olmasa cavablandirin.

  19. Salam.Bizim evimiz sovet dövründən qalma fərdi yaşayış evidi.Həyətyanı sahəsidə var 7 sot.Evi 1992 anama bağışlayıblar sərəncamla(anam müəllimədi,elə bir qərar olub).Əvvəl jekin nəzdində olub.Sərəncamda orderlə təmin olunması haqqda göstəriş var.Müharibə illəri olduğu üçün orderi vaxtında almayıblar,sonradan müraciət ediblər və aydın olub ki order itib.Arxivdən də sorguya cavab olaraq bildirilib ki order müəyyən edilməyib.
    Evi özəlləşdirmək istəyirik,bizdən forma 2,evin sxemin istəyirlər başqa sənədlərlə bərabər.Bizə nə məsləhət görərdiniz.
    Torpağında(7 sot)sənədi yoxdu,Evdə 70 ilə yaxındı oluruq.

  20. Salam vəfat etmiş anamın adına həyət evi var.köhnə ev kitabıdır sənəd.(domavaya kniqa 1960 illərə aid)bu yeni kupça almaq üçün yetərli sənəd hesab olunur?

  21. Salam,

    Menim torpaq üçün cixarişım var. Hemin torpaqda ev tikmişəm. Tikintiyə başlamazdan əvvəl layihəni hazırliyib İcra Hakimiyyətinə göndərmişdik. Hec bir etiraz gəlmədi və biz tikintiyə başladiq, amma bizdə tikintiyə icazə sənədi yoxdur ( bildiyim qədər qanuna olunmuş yeni dəyişikliklərə əsasən artıq bu icazə sənədinə ehtiyac da yox idi axi). İndi ev üçün kupça almaq istiyirəm. Bu icazə sənədi olmadan biz kupça ala bilməyəcəyik? Tikinti zamanı layihəyə bəzi dəyişikliklər olunub. Bu məsələ necə həll olunmalıdır? Bir də bildiyim qədər sənədlər ASAN xidmətə təqdim olunmalıdır, siz isə məqalədə Daşınmaz Əmlakın Dövlət Reyestrini qeyd etmisiniz.

  22. Salam. Mən notariusda alqı-satqı ilə binadan mənzil almışam. Bina tam təhvil verilib amma heç bir sakinə kupça verilməyib. Mən kupça almaq üçün hara müraciət etməliyəm və hansı sənədlərlə?
    Əvvəlcədən təşəkkür edirəm.

  23. Salam. Tehmini 22il qabaq heyet evi almisdiq hec bir senedi yoxdu ancaq evin certyoju var o da ki soradan artirilma olub, bizden evvel edibler hec biri qeyd olunmayib -1993 ilin senedidi. Bu veziyyetde ne etmek olar?

  24. Salam mən rayonda yaşıyram qaz çəkdirmək üçün asan xidmətə müraciət etdim 3 gün əvvəl, mənə dedilər evin sənəti köhnədir ona kupça almalısınız onnan sonra qaz çəkiləcək. Mən kupça almaq üçün hara müraciət etməliyəm? Və birdə kupça almaq üçün nə qədər pul ödəməliyəm

  25. Salam mən torpaq almaq isdeyirem orada çıxarış yazılıb köhnə 1991 ci ildə verilib və orda yazılıb hər ailəyə 1200kv ərazi nəzərdə tutulmuşdur sənəddə belə qeyd olunur torpaq sahibide deyir bu sənədi yalnız etibar name ilə vermək olur sualım odurki bu sənəd nə gedir yeni kupça almaq olur etibarnamə ilə verilən
    sənədlərə?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button