Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Ailə hüququ

Alimentin artırılması üçün müraciət qaydası – 2026

1. Boşanma zamanı aliment – aliment haqqında yeni qanun 2026

Alimentin artırılması proaktiv(avtomatik) qaydada aparılmır. Yəni aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək lazımdır. Yeni qaydalara əsasən artıq mediasiyaya müraciət etmək lazım deyil.

2. Alimentin artırılması 2026

Alimentin artırılması həm iddia icraatı qaydasında, həm də mövcud aliment məbləğinin indeksləşdirilməsi qaydasında artırılması mümkündür.

Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Bu halda məhkəməyə ərizə yazılması kifayətdir. Mediasiya prosesindən keçməyə ehtiyac yoxdur.

Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfin müraciəti əsasında alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Yəni alimentin məbləğinin artırılması məhkəməyə müraciət edə bilər. Bu halda məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçmək lazımdır.

Alimentin indeksləşdirilməsi üçün məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

3. Alimentin artırılması iddia ərizəsi

Alimentin indeksləşdirilərək artırılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə ehtiyac yoxdur, habelə mediasiya prosesindən keçmək lazım deyil. Bunun üçün alimentlə bağlı qətnaə qəbul etmiş məhkəməyə ərizə ilə müraciət etək kifayətdir.

Alimentin indeksləşdirilməsi (artırılması) üçün məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

4. Alimentin indeksasiyası

Alimentin indeksasiyası aliment məbləğinin minimum əməkhaqqının artımı nəzərə alınmaqla artırılmasıdır.

5. Alimentin artırılması mediasiya

Alimentin indeksləşdirilməsi (artırılması) tələbinə dair mediasiya prosesindən keçməyə ehtiyac yoxdur. Birbaşa məhkəməyə ərizə ilə müraciət etməyiniz kifayətdir.

Alimentin indeksləşdirilməsi (artırılması) üçün məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

6. Alimentin indeksasiyası nədir?

Sadə dillə desək, məhkəmə illər əvvəl sabit məbləğdə (məsələn, 150 manat) aliment təyin etmişdirsə, zaman keçdikcə həmin məbləğin dəyəri azalır. Buna görə də qanun alimentin artırılmasını – yəni indeksasiyasını nəzərdə tutur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən, sabit pul məbləğində tutulmuş aliment minimum əməkhaqqının artımına uyğun olaraq indeksləşdirilir.

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il № 15 saylı qərarının 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

7. Alimentin indeksasiyası ərizə

Məhkəmə qaydasında müəyyən edilmiş alimentin indeksləşdirilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək lazımdır. Bu zaman məhkəməyə dövlət rüsumu ödənilmir. Aliment indeksləşdirilərək məbləği artırılır və ölkə üzrə müyyən edilmiş minimum əmək haqqı artdıqca aliment məbləği də artır.

8. Alimentin indeksasiyası ərizə nümunəsi

Alimentin indeksləşdirilməsi (artırılması) üçün məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

9. Alimentin artırılması üçün ərizə forması

Alimentin artırılması üçün məhkəməyə ərizələrin və iddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

10. Alimentin indeksasiyası necə hesablanır?

Məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir.

11. Aliment necə hesablanır 2026

Alimentin məbləği həm 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı olaraq, həm də sabit pul məbləğində (260 manat) müəyyən edilə bilər. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

12. 2026 aliment məbləği

2026-ci il üzrə alimentin minumum miqdarı 260 manat təyin olunub. 2026-ci il üzrə yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib. Bu həm də alimentin minumum miqdarı hesab olunur.

13. Alimentin minumum miqdarı nədir?

Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman  məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. 

14. 1 uşağ üçün aliment

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi aliment olaraq hesablanır.

15. 2 uşağ üçün aliment

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən iki uşağa görə qazancın, yaxud da gəlirlərin 1/3 hissəsi aliment olaraq hesablanır.

16. 3 uşağ üçün aliment

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.

17. Alimentin artırılması üçün müraciət

Alimentin artırılması üçün yeni qaydalara əsasən mediasiyaya müraciət etməyə ehtiyac yoxdur. Birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir.

17.1. Mediasiyaya müraciət zamanı lazım olan sənədlər

Alimentin artırılması üçün mediasiyaya müraciət etməyə ehtiyac yoxdur, lakin ilk dəfə aliment tələb etdikdə mediasiyaya mütləq müraciət olunmalıdır.
Mediasiya üçün lazım olan sənədlər aşağıdakılardır:

  • 1. Təklifİin 1 nüsxəsi;
  • 2. Poçtdan təklifin göndərildiyini təsdiq edən qəbz;
  • 3. Ərizə

17.2. Məhkəməyə müraciət zamanı lazım olan sənədlər

  • 1.      İddia ərizəsi – 1 nüsxədə;
  • 2.      Uşağın doğum haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
  • 3.      Cavabdehin yaşayış yeri barədə arayışın əsli;
  • 4.      Nikahın pozulması barədə məhkəmə qətnaməsinin surəti;
  • 5.      İddiaçının şəxsiyyət vəsiqəsinin surəti;
  • 6.      Nikahın pozulması haqqında şəhadətnamənin surəti;

17.3. Rayon qeydiyyatıyam. Bakıda müraciət edə bilərəm?

Bəli. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin, Mülki Prosessual Məcəllənin müddəalarına əsasən alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Eləcə də, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

18. Alimentin artırılması dövlət rüsumu – aliment dövlət rüsumu

Alimentin artırılması ilə bağlı məhkəməyə müraciət zamanı dövlət rüsumu yoxdur. Sadəcə ərizəni yazdırmaq üçün vəkilə ödəniş edə bilərsiniz. Ərizənin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

19. İddiaçı mediasiya və məhkəmədə iştirak etməlidirmi?

Bəli, mediasiyaya və məhkəməyə müraciət edən iddiaçı iclaslarda mütləq iştirak etməlidir. Əks halda iş baxılmamış saxlanılacaq və yenidən müraciət etmək lazım olacaq. Mediasiya və məhkəmə iclasında iştirak etmək istəməyən iddiaçı vəkil ilə müqavilə bağlaya bilər. Bu halda iddiaçının əvəzinə iclaslarda vəkili iştirak edə bilər.

20. 18 yaşdan sonra aliment

Azərbaycanda alimentin uşaqlara neçə yaşına qədər verildiyi qanunla müəyyən edilir. Ümumiyyətlə, aliment uşaqların yetkinlik yaşına çatana qədər, yəni 18 yaşına qədər ödənilir. Yəni, uşağın 18 yaşına çatına qədər aliment almaq hüququ, eləcə də, alimentin minumum miqdarı təyib olunubsa alimentin artırılması ilə bağlı valideynin məhkəməyə müraciət etmək hüququ var. Lakin bəzi hallarda bu müddət uzadıla bilər:

1. Ali Təhsil Alarkən:
– Əgər uşaq ali təhsil alırsa, alimentin ödənişi onun 23 yaşına qədər davam edə bilər.

2. Əlillik Hallarında:
– Uşaq əlil olduqda və özünü təmin etmək iqtidarında olmadıqda, alimentin ödənilməsi müddətsiz olaraq davam edə bilər.

3. Digər Xüsusi Hallar:
– Məhkəmə qərarı ilə müəyyən edilən xüsusi hallarda, alimentin müddəti uzadıla bilər.

21. 2 uşağa görə aliment 2026

2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi qədər müəyyən edilə bilər. Habelə hər uşaq üçün sabit pul məbləğində, yəni hər uşaq üçün 260 manat məbləğində müəyyən edilə bilər.

22. Alimentin məbləği 2026

2026-ci il üzrə alimentin minumum miqdarı 260 manat təyin olunub. Alimentin təyin edilməsi üçün ilkin olaraq mediasiya təşkilatına ərizə ilə müraciət olunmalıdır, mediasiya prosesində razılıq əldə edilmədikdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunur. Mediasiya təşkilatına ərizə və məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Alimentin indeksasiya qaydasında artırılması üçün isə mediasiya prosesindən keçməyə ehtiyac yoxdur. Məhkəməyə ərizə ilə müraciət etmək kifayətdir.

Məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

23. Aliment hansı hallarda verilmir?

Ailə Məcəlləsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Lakin bəzi hallarda valideynlərin aliment öhdəliklərinə xitam verilir.

Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilən hallar aşağıdakılardır:

– uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;

– aliment ödənilən uşaq övladlığa götürüldükdə;

– aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;

– aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;

– əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.

24. Nigah olmadan aliment

Bu halda, ilk növbədə atalıq müəyyən olunmalıdır. Bu məsələ iki yolla müəyyən edilir. Birincisi məhkəmə, digəri qeydiyyat şöbələri tərəfindən. Əgər sübut olunsa ki, doğurdan da ata nikahdankənar övlad dünyaya gətirib, o halda aliment ödəməyə borcludur

25. Alimentdən imtina ərizəsi

Aliment alan tərəf istənilən vaxt alimentdən imtina edə bilər. Lakin notariusda alimentdən imtina etsə belə yenidən məhkəmə qaydasında aliment tələb edilə bilər. İnsanlar arasında səhv düşüncə var ki, notariusda imtina ərizəsi yazdıqda qarşı tərəf bir daha aliment tələb edə bilməyəcək. Lakin bu qeyd etdiyimiz kimi belə deyil.

26. Qadın aliment verirmi?

Bəli, qanunvericilikdə yalnız kişilər aliment ödəməlidir deyə bir anlayış yoxdur. Lakin təcrübədə qadınların rəsmi iş yerləri olmadığı üçün aliment ödəməsi az-az rastlanan haldır.

27. Aliment pulu 2026

2026-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılmışdır.

28. 2026-ci il üzrə alimentin minumum miqdarı

Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-cü ildə alimentin minimum məbləği 235 manat olub. 2026-ci ildə alimentin minumum məbləğinin 246 manat təyin edilmişdir.

29. Alimentin artırılması üçün müraciət

Alimentin artırılması üçün mediasiyaya müraciət etməyə ehtiyac yoxdur. Sadəcə alimentin artırılması tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət olunmalıdır. Alimentin artırılmasına görə məhkəmə rüsumu yoxdur. 

30. Alimentlə bağlı hüquqi yardım

Aliment tələbi, alimentin artırılması, eləcə də bütün hüquqi məsələlərlə bağlı, habelə vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

59 Şərhlər

  1. Mehkeme olundu 17 i is qeyumluga verildi vekilim oz dilinde basansaldi ama kenciyik deye anlayan olmadi qeyumluk nedi birde mehkeme ye idaci rasiya geti niye numayende gonderib ozu 10gun gozleye bilmezdimi

      1. salam. biz iki usaqa 300 azn alment veririk… atanin maisi 364 azn di ana atani mehkemeye versə alment artirila biler yoxsa azaldilira biler???

          1. Salam Ülker Xanim 2. Usaga göre ,190 manat aliment ola bilermi 6 ildir 190 odeyir ama 1900 manat maaş alır bu insan kesilecek aliment 2 usaga en azından 300 heresine bu kefmisden yığılan borçları geri qaytarmag ucun hara muraciet etmek olar

          2. Salam. Alimentin artırılması üçün alimentlə bağlı qətnamə qəbul edən məhkəməyə ərizə ilə müraciət edilməlidir. Toplanmış aliment borcunun tələb edilməsi ilə bağlı tədbirlər görülməsi üçün icra məmuruna müraciət edin.

    1. Salam Aysel Xanim. size Ailment le, bagli muraciyet ede bilerem?! Men, 2019 cu ilden bu gune kimi ayda 140az manat alment odeyirem. Ve, heç bir resmi isimde yoxdur ayliq gelirimde 400 mt dir indi qarşi teref mene xeber idiyasi elan edir ki ,almenti idiya qaldirib artiracam menimde gucum çatmir bu ne derecede dogrudur eger menim hec bir yerden gelirim qeyde olinmayib gece qarolçusu işleyirem ayliq 400m aliramyeniden alment qaldirila bilermi bilmek isterdim.Size bu můraciyetim mene bir resmi qaydada meslehetinizi etmeye Xayiş edirem!? Zehmet deyilse bir Huquqşunas olaraq gosteriş bildiresiz bu qeder Minetdaram!

      1. Salam. Siz qanunlar.az saytına yazmısınız. Vəkil Ülkər Həmidli sualınızı cavablandırır. Bəli alimentin artırılması üçün bizə müraciət edə bilərsiniz. 055-653-98-41 nömrəsinin votsapı üzərindən əlaqə saxlaya bilərsiniz. Müraciətiniz üçün təşəkkür edirik.

  2. salam . bizde terefler arasinda razilasma yolu ile bosanma olmusdu 3 ay erzinde alimenti odesede eks teref sonradan eyni evde yasadigimiz ucun usaqlarin maddi xercleri ve evin xerclerini odeyeceyini amma aliment verilmeesin deye raziliga geldiy oz aramizda . Hazirki veziyyetde bu xercleride qarsilamir qarsiladigi zaman ise usaglar ona yalvarmalidir kimi ozunu aparmasi qicig yaradir . Bilmek iateyirem men iddia qaldirib alimenti teleb ede bileremmi ki hemde hazirki qanunu meblegi teleb ede bilerem? Ve birde yasadihimiz ev x yoldasimin adinadi evimden cix deye her defe meni tehgir edir usahlarin yaninda

    1. Salam. Zəhmət olmasa votsap üzərindən bizə yazın. Daha ətraflı hüquqi məsləhət verək. Alimentin ödənilməməsi barədə razılığa gəlmisinizsə və qarşı tərəf də maddi xərcləri qarşılayıbsa və bunu sübut edə bilirsə, eyni evdə də yaşadığınız üçün həmin ayların alimentini tələb edə bilmirsiniz.

      Amma yenidən iddia qaldırıb aliment tələb edə bilərsiniz.

      Əgər ev nikah dövründə alınıbsa sizin də orda payınız var. Yox əgər nikahdan əvvəl alınıbsa sizi evdən çıxara bilər. Amma məhkəmədə iddia qaldırıb müvəqqəti istifadə hüququ almaq olar.

  3. Salam.Men aliment aliram amma mediasiyada sazish bagladig qarshi teref her ayin 10 odemelidi amma dediki 15 oduyecem.ve indiye qederde bir defede vaxti vaxtinda odemiyib qesden uzadir.buna gore mehkemeye miraciet ede bilerem?

    1. Salam. Bəli, belə olan halda mediasiya sazişinin təsdiqi üçün məhkəməyə ərizə ilə müraciət olunmalıdır. Ərizənizin yazılması üçün votsap üzərindən bizə müraciət edə bilərsiniz. 055-653-98-41

    1. Salam. Mediasiya prosesinin başladılması üçün qarşı tərəfə mediasiya təklifi göndərilməlidir. Daha sonra mediasiyaya ərizə ilə müraciət olunur. Mediasiya prosesinə çağırılırsınız. Mediasiya xərci 60 manatdır. Hüquqi yardım üçün 055-653-98-41 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

  4. Salam.Men 2 il öncə yoldaşımdan ayrıldım və boşanma olmadan bir neçə ay aliment aldıqdan sonra yenidən barışıb eyni evdə yaşamağa başladıq və təbii olaraq aliment tələb etmədim.Amma alimentdən də resmi qaydada imtina etmemişem.Meni maraqlandıran odur ki əyər yenidən ayrılıq olarsa alimenti yenə əvvəlki qaydada tələb edə bilərəm yoxsa yenidən məhkəməyə müraciət etməliyəm??

  5. Salam mən boşanmisam və ikinci ayile həyatı qururam 2 uşağım var ilk evlilikdən 11 və 7 yaşında olara görə 350 m aliment alıram və başqa Bərdə rayona köçürəm uşaq Atasi ilə görüşmək üçün bu bir prablem yarada bilər ata başqa rayonda qalır xaiş edirəm cavablandirardiz

    1. Salam. Ayrı-ayrı rayonlarda qalsanız da, uşaqla atanın görüş hüququ təmin edilməlidir. Ata uşaqla ünsiyyətə dair məhkəməyə müraciət edə bilər. və çıxan qətnamədə uşaqla atanın görüş yeri müəyyən edilə bilər.

      1. Salam 31.10.2023-cü ildə rəsmi ayrılmışam 220 manat aliment ayrılıb bir uşaqa 440 man maşımdır. Hal-hazırda qarşı tərəf alementi qaldırmaq istəyir nə dərəcə doğrudur deyə bilərsiz? zəhmət olmasa.

  6. Salam. 2018ci ilde resmi wekilde bowanma olub. Qarwi terefden aliment ve evlilik zamani elde olunanlardan hec bir wey teleb olunmayib. Indi 2 uwaqcun nese teleb etmek olar? Yigilan alimenti? Qarwi terefin imkani yaxwi olduqucun yuksek aliment teleb etmek mumkundurmu

    1. Salam. Boşanma zamanı aliment tələb etmədiyiniz üçün 2018-2025-ci illərlə bağlı alimenti tələb edə bilməzsiniz. Lakin indi yenidən aliment tələbi ilə bağlı müraciət edə bilərsiniz. 055-653-98-41 nömrəsinə Votsap üzərindən yazın ətraflı məlumat təqdim edək.

  7. Salam. 2016da mehkeme 117 man aliment kesib o vaxtin minimumu indi artim teleb etsem mehkemeye muraciyyet etmeliyem ya nece? Birdeki 9il erzinde olan artimlari alacam yoxsa 2025in minimumu olan 246Azn ancaq kesilecek inden sonraya. Tesekkur edirem

  8. Mehkeme qerar çıxarmışdıki atanın maaşının dörddə biri iş yerinden tutulsun gonderilsin və bu vaxta kimi tutulub gonderilirdi ama indi ata işden çıxıb heç bir iş yeri yoxdur və xaricə getməyə hazırlaşır. Yenidən Mehkeme qərar çıxarmalıdır ki, aliment minumum mebleğden hesablansın odenilsin. Bunun üçün mehkemeye hansı senedleri teqdim etmek lazımdır?

  9. Salam . Alimentin artirilmasi ucun məhkəməyə ərizə verdikdə cavabdehin yasadigi yerdən arayış ala bilmirikse necə olacaq ?Zəhmət olmasa cavablandırardiniz

  10. menim 2 evladım var .yoldaşım xeyanet edir. elimde subut kimi yazişmalari ses yazilari var.ona hediye verilen ve başqa butun qizillari satib.anasi ve qohumlariyla evide böldürüb satmaq planlari var. hamisinin yazişmalari ses yazilari var. bulari hakime teqdim edersem uşaqları ondan almaq evden cixarmaq imkanim varmi?

  11. Gədəbəy rayon Məhkəməsi tərəfindən 2(042)-187/2018 nömrəli 30.03.2018-ci il tarixli qətnamə ilə iki uşaq üçün 240 manat(hər uşağa 120 manat) Gədəbəy rayon Məhkəməsi tərəfindən 2(042)-187/2018 nömrəli 30.03.2018-ci il tarixli qətnamə ilə iki uşaq üçün 240 manat(hər uşağa 120 manat) aliment təyin edilmişdir.Borclu aliment ödənişindən yayındığından borclunun aliment üzrə ödəyəcəyi məbləğ 20000 (iyirmi min)manat məbləğindədir .Belə olan halda nə etmək lazımdır?
    Xahiş edirəm cavablandırın. təyin edilmişdir.Borclu aliment ödənişindən yayındığından borclunun aliment üzrə ödəyəcəyi məbləğ 20000 (iyirmi min)manat məbləğindədir .Belə olan halda nə etmək lazımdır?
    Xahiş edirəm cavablandırasınız.

  12. Salam. Kirayədə yaşayıram. Əmək haqqım 922 AZN təşkil edir. Əlavə gəlirim yoxdur. Üç uşağı görən Maksimum aliment miqdarı nə qədər təyin edilə bilər.?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button