Ailə hüququ

2025-ci il üzrə alimentin minumum məbləği artırılır

1.Ümumi məlumat

2025-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılacaq. Alimentin artırılması üçün məhkəməyə müraciət edilməlidir.

Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də boşanma zamanı alimentin minimum məbləği deməkdir.

2.2025-ci il üzrə alimentin minumum miqdarı

Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-cü ildə alimentin minimum məbləği 235 manat olub. 2025-ci ildə alimentin minumum məbləğinin 246 manat təyin edilməsi gözlənilir.

3. Alimentin artırılması üçün müraciət

Alimentin artırılması üçün ilkin olaraq mediasiyaya müraciət edilməlidir. Əgər mediasiyada razılıq olmasa alimentin artırılması tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. alimentin artırılmasına görə məhkəmə rüsumu yoxdur. Alimentin artırılması ilə bağlı mediasiya rüsumu 60 manat təşkil edir.

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button