Vəkil haqqında məlumatı necə əldə edək?
1.Ümumi məlumat
Bir şəxsin vəkil olduğunu və ya vəkillik fəaliyyətini davam etdirib-etdirmədiyini yoxlamaq üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi veb saytından istifadə edə bilərsiniz.
Vəkillər Kollegiyası, üzvləri haqqında məlumatları öz veb saytında dərc edir. Bu proses üçün aşağıdakı addımları izləyə bilərsiniz:
2.Vəkilin axtarışı
1. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəsmi veb saytına daxil olun;
2. “Üzvlər” və ya “Axtarış” bölməsini tapın: Bu bölmədə adətən vəkillərin siyahısı, əlaqə məlumatları və onların fəaliyyət statusu haqqında məlumat olur.
3. Vəkilin adını daxil edin və axtarın: Siz axtarış bölməsinə vəkilin adını daxil edərək onun fəaliyyət statusunu yoxlaya bilərsiniz.
Əgər veb sayt üzərindən axtarış edə bilmirsinizsə, birbaşa Vəkillər Kollegiyasına zəng edərək və ya e-poçt vasitəsilə müraciət edərək məlumat ala bilərsiniz.
Əlaqə məlumatları:
– Telefon: +994 12 594 14 95
– E-poçt: info@barassociation.az
3.Xüsusi qeydlər
Vəkil statusu olmayan hüquqşünaslar sizi məhkəmədə təmsil edə bilməz.
Vəkil adından qanunsuz istifadə etmək inzibati məsuliyyət yaradır.
4.Vəkil və hüquqşünasın fərqi
Hər bir vəkil hüquqşünasdır, lakin hər bir hüquqşünas vəkil deyil. Hüquqşünas ixtisasdı, vəkilik isə, hüquqmüdafiə fəaliyyətinin həyata keçirilməsi ilə bağlı bir peşədir. hüquqşünas ümumi ixtisasdır, vəkillik isə ixtisaslaşmış peşədir. Hüquqşünaslar sizi məhkəmədə təmsil edə bilməz. Vəkillər isə sizinlə müqavilə bağlayaraq sizi məhkəmədə təmsil edə bilər.
Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!
Telegram kanalımıza qoşul