Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Mülki huquq

Səhvən başqasının kartına göndərilən pulu necə almaq olar?

1. Səhv karta pul köçürmə

Əgər öz kart hesabınızdan başqasının kart hesabı nömrəsinə onlayn qaydada və ya ödəmə terminalları vasitəsilə səhvən pul köçürmüsünüzsə, həmin pulu geri tələb olunması üçün ilk öncə səhvən pul göndərdiyiniz kartın məxsus olduğu banka rəsmi qaydada müraciət etməlisiniz. Bank tərəfindən sizə imtina cavabı verilə bilər. Bu halda səhvən köçürülmüş pul vəsaitinin geri tələb olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz. Məhkəməyə iddia ərizəsinin hazırlanması və ya vəkil xidməti üçün bizə müraciət edə bilərsiniz.

2. Banka müraciət

Vətəndaşın öz bankı da pul köçürülən kartın hansı banka aid olduğunu müəyyən edib, həmin banka müraciət etməlidir ki, səhv ödəniş həyata keçirilib. Bundan sonra da həmin bank öz müştərisinə bildirməlidir ki, sizin kartınıza səhvən vəsait daxil olub.

3. Bank sirri

Bank isə səhvən kartına pul köçürülən vətəndaşla bağlı qarşı tərəfə məlumat verə bilməz. Çünki bu, bank sirridir. Burada bütün məsuliyyət bankın üzərinə düşür. Bank həmin vətəndaşla əlaqə saxlayaraq, onun kartına başqa bir vətəndaşın pul köçürdüyü haqqında məlumatlandırır və pulun qaytarılmasını xahiş edir. Həmin şəxs öz xoşuna pulu qaytararsa, bank onu səhvən pul köçürən şəxsin kartına yönəldir. Amma həmin şəxs pulu qaytarmaya da bilər. Bank bu halda heç nə edə bilmir. 

4. Pulu geri qaytarmaq

Səhvən başqasının kart hesabına köçürdüyünüz pul vəsaitinin geri tələb olunması üçün ilk öncə banka müraciət edirsiniz. Bank vəsait göndərilən tərəflə əlaqə saxlayaraq pulun geri qaytarılmasını tələb edə bilər. Həmin şəxs pulun geri qaytarılmasından imtina edə bilər. Bank da dolayısı ilə sizə pul vəsaitinin geri qaytarılmasından imtina edə bilər. Bu halda məhkəməyə iddia ərizəsi ilə müraciət edib pulunuzu geri tələb edə bilərsiniz. İddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

5. Ödənişin geri qaytarılması

Başqasının kart hesabına səhvən göndərdiyiniz pul vəsaitinin bank tərəfindən geri qaytarılması mümkün olmadıqda həmin pul vəsaitinin geri tələb olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödənişin geri qaytarılmasını tələb edə bilərsiniz. Sizin xeyrinizə çıxarılan məhkəmə qətnaməsi pulun sizə geri qaytarılması üçün əsasdır.

6. Kartdan karta pul köçürmə

Öz kart hesabınızdan başqasının kart hesabına ödənişi kartdan karta və ya ödəmə terminalları vasitəsilə köçürə bilərsiniz. Səhvən köçürülmüş pul vəsaitinin geri qaytarılması üçün əvvəlcə banka, əgər nəticəsi olmazsa, məhkəməyə müraciət edə bilərsiniz.

7. Online kartdan karta pul köçürmə

Mobil tətbiq vasitəsilə kartdan karta pul köçürərkən səhvən başqasının kart hesabına ödəniş yüklədiyiniz halda bəzi hallarda həmin pulun geri qaytarılması çətinləşir. Banka müraciət etdiyiniz halda səhvən pul göndərilən kart sahibi ilə əlaqə saxlanılsa da, həmin şəxs pulun geri qaytarılmasından imtina edə bilər. Bank da bank sirrini təşkil edən məlumatlar olduğunu əsas gətirərək kart sahibinin məlumatlarını sizə təqdim etməkdən imtina edir. Bu halda məhkəməyə müraciət edərək pulun geri qaytarılmasının təmin edilməsini tələb edə bilərsiniz.

8. Milliön kartdan karta pul köçürmə

Mobil tətbiq vasitəsilə deyil, milliön, e-manat və digər ödəmə terminalları vasitəsilə başqasının kart hesabına səhvən ödəniş yüklədiyiniz bir çox hallarda ödənişin geri qaytarılmasından imtina edilir. Bank da ödənişin geri qaytarılmasının təmin edilməsindən imtina etdiyi halda məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pul vəsaitinizi geri tələb edə bilərsiniz.

9. Əsassız varlanma


Mülki Məcəlləyə əsasən, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmək əsassız varlanma adlanır. Əsassız varlanma zamanı varlanan şəxs əsassız əldə olunmuş əmlakın geri qaytarılması öhdəliyi daşıyır.

10. Pulun geri qaytarılması

Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

-əldə edilənlərdən götürülən faydaya;

-əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

Yəni, qanunvericiliyə əsasən səhvən kart hesabına pul köçürdüyünüz şəxs həmin pulu könüllü olaraq geri qaytarmaq istəmirsə, bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz.

11. Müraciət etmək üçün müddət

Onu da qeyd edək ki, məhkəməyə müraciət üçün iddia müddəti əsassız varlanma obyektini qaytarma hüququ məhrum olan şəxsə məlum olan vaxtdan iki il müddət təşkil edir.

12. Məhkəməyə müraciət

Kartına pul köçürülən şəxsi məhkəməyə vermək üçün həmin şəxsin şəxsi məlumatları lazımdır. Bunu vətəndaş əldə edə bilməz. Bu barədə də məhkəməyə müraciət olunub bankın üzərinə şəxsi məlumatların verilməsi öhdəliyi qoyulmalıdır.

13. Məhkəməyə müraciət rüsumu

Məhkəməyə müraciət üçün “Dövlət rüsumu haqqında qanun”-un 8-ci maddəsinə əsasən 1000 manatadək olan iddia üçün 30 manat rüsum tələb olunur. 1000 manatdan yuxarı məbləğin dövlət rüsumunu hesablamaq üçün olduğu zaman dövlət rüsumunun hesablanması kalkulyatorundan istifadə edə bilərsiniz.

14. Hüquqi yardım

Məhkəməyə iddia ərizəsi ilə müraciət olunmalıdır. İddia ərizəsi isə mövcud qanunvericiliyin müvafiq maddələrinə əsaslanmalıdır. Həm pulun tələb edilməsi, həm də bankın üzərinə məlumatların təqdim edilməsi öhdəliyinin qoyulması üçün iddia ərizəsinin yazılmasına görə hüquqşünas və vəkillərə müraciət etməyiniz tövsiyə olunur.

15. Rüsumun geri qaytarılması

Məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra əgər məhkəmə iddianızı qəbul edib, təmin edərsə ödənilən dövlət rüsumu və digər xərcləri də qarşı tərəfdən ala bilərsiniz. İddia ərizəsində bu hal əvvəlcədən qeyd olunmalıdır.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button