
2025-ci il üzrə alimentin minumum məbləği artırılır
1. Aliment pulu 2025
2025-ci ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılmışdır. Alimentin artırılması üçün məhkəməyə müraciət edilməlidir. Mediasiyaya müraciət etməyə ehtiyac yoxdur. Eləcə də, heç bir dövlət rüsumu ödənilmir.
Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də boşanma zamanı alimentin minimum məbləği deməkdir.
2.2025-ci il üzrə alimentin minumum miqdarı
Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-cü ildə alimentin minimum məbləği 235 manat olub. 2025-ci ildə alimentin minumum məbləğinin 246 manat təyin edilmişdir.
3. Alimentin artırılması üçün müraciət
Alimentin artırılması üçün mediasiyaya müraciət etməyə ehtiyac yoxdur. Sadəcə alimentin artırılması tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət olunmalıdır. Alimentin artırılmasına görə məhkəmə rüsumu yoxdur.
Aliment məbləğinin artırılması üçün bizə müraciət edə bilərsiniz. Və ya Erizem.az hüquq portalından ərizənizi özünüz hazırlaya bilərsiniz
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın
Ölkəmizdə çox qadınlar sırf aliment almaq üçün evlənirlər uşaq olan kimi boşanıb məhkəməyə verirlər aliment tələb edirlər. Buda kişilərə qarşı haksızlıqdı. İnsan dövlətimiz buna qarşl ciddi bir qanun qoysun boşanmalar azalsın. sözdə mininum maaş 400 azndi ama gedib iş danışırsan 300-350 azn ə işlədirlər. yəni demək istədiyim qadınların bu hərəkətinə qarşıda bir tədbir görülsün.
Bir usağın böyüdülməsində neqeder məbləğ tələb olunur onu hec hesablamısınız? produkdan kənar, hekimidi,geyimidir,oyuncağıdır,muellemeleridir və s… kenardan elə gəlir ki, qadın o pulu ozunə xərcləyir? 246 azn ilə usag böyütmək mümkün deyil. Bunu bütün kişilərə və qadınlara ait etmirəm, amma nəqədər əziyyətlə uşaq böyüdən qadınlarımız var. onların haqqlarına girməyin. Hec bir qadın Azərbaycanda “boşanmış” qadın statusunda olmağı arzulamır. Hər bir qadın ailə quranda gözəl xəyallarla qurur.
Xeyir elə deyil,yaxşıları çıxmaq şərtilə, 2025 ci hesablamalarına görə qadınlar kişilərdən çox xətanət edirlər və boşanmalarında faizini bilirsiz.Demək ki qadınlar hər şeyi bilə biıə edirrlər.Sonun nə oıduğunu bilərək.Ona görədə fərq etmir onlara 3 uşaq olsa 246 manatdan 3×246=738 manat edir.Nəyi pisdi? Özünədə 1 dənə şərəfsizin birini tapır vəssalam bu da həyat.Onnanda nə qopartdı qopartdı.Yaxşılardan uzaq,o sa ki 10 faiz var ya yox,qadınların 90 faizi bu düşüncədədi.Hamısı rahatçılıq axtarır.
Salam. Bu şərhiniz sizin şəxsi fikrinizdir. Hər kəs sizin kimi düşünməyə bilər. Sualınız varsa, buyurun.
Salam. Menim 2 oglum var birine aliment aliriq 160m. Atalari aile qurub 160m basqa usaga 1m artiq xerclemeyib ve ata kimi usaqlarini axtarmayib. Mehkemeye tekrar muraciyyet etmisem. Sualim.245m dusur ya artiq teleb ede bilerem?
Salam. 246 manata çatdırıla bilər.
Salam menim kecmis yoldasim menden ayrildi men isdemeden men mecbur qaldim ayrildim aldigim maas 400 manatdir menden 200 manat aliment teleb edir bu ne derecede duzdur?
Salam. Bəli tələb oluna bilər. Siz də narazısınızsa, alimentin azaldılması tələbinə dair iddia qaldıra bilərsiniz.
Sizinlə tam razıyam. Tam doğru.
Ümumi danışmayın bu 1.
2 cinsi dəki uşaq o 250-300 manatla böyümür. Deyəsən uşağınız yoxdur, helə onların pampersi, yeməyi, müəyyən yaşı varsa yəni pampers yemək problemi yoxdursa, geyimi, məktəbi, ləvazimatları və s. ( Hələ onların da ehtiyac duyduğu qidaları demirəm, uşaqdı kimdəsə görür istəyir və s.) Yəni heç kim kefindən boşanmır, səbəb vardır mütləq. Kişilər də aliment eşidən kimi ailə qədri bilir ( istisnalar var təbii ki)
Hamıya aid eləmirəm. Amma bu dəq çox qadın gül kimi ailəsini atıb pullu kişi axtarışına çıxıb. Uşaqlarıda özündə saxlayır iki uşqga 500 manat. Yazığ kişi işlə apar ver. Ata olmasa bu qadınlar uşağı necə dünyaya gətirəcək mənə marağlıdı. Uşaq oryağdısa xərcdə ortaq olmalıdır!!!
Ümumi danışmayın bu 1.
2 cisi dəki uşaq o 250-300 manatla böyümür. Deyəsən uşağınız yoxdur, helə onların pampersi, yeməyi, müəyyən yaşı varsa yəni pampers yemək problemi yoxdursa, geyimi, məktəbi, ləvazimatları və s. ( Hələ onların da ehtiyac duyduğu qidaları demirəm, uşaqdı kimdəsə görür istəyir və s.) Yəni heç kim kefindən boşanmır, səbəb vardır mütləq. Kişilər də aliment eşidən kimi ailə qədri bilir ( istisnalar var təbii ki)
Salam. Alimentin minimum sabit məbləğini biz müəyyən etmirik. Biz hüquqi maarifləndirmə aparırıq.
Aliment uşaqların saxlanması üçün nəzərdə tutulur və uşağın ehtiyaclarının qarşılanmasında hər iki valideyn iştirak etməlidir.
Birde sizden bir soz sorusmaq isdeyirem bosandiqdan sonra bilmisemki menle evli oldugu muddetde mene xeyanet edib men usagi ala bilerem ondan ve yaxudda hansi xidmetlerden isdifade ede bilerem
Salam. Xəyanət uşağın anadan alınması üçün əsas deyil.
Qız uşaqı olaraq tek yasiyirlarda ele deyirsiz ele bil 1000 manat zad alır isdemiyib kef edir 250 manata uşaq baxmaq olmur qalırsan tek anada olursan atada qalırsan zülmə heç 250 manata pampersi smesi deyil uşaqı sorada yeməyi baxçası məktəbi
Beli dozmek lazim deyil. Heyat adama bir defe verilir. Omrumun 19 ili getdi
Salam. Məhkəmə qərarı ilə her ay uşağa 193 manat aliment təyin olunub. Ama mən bu pulu hər ay dəfələrlə icra məmuruna müraciət etdikdən sonra ala bilərəm. Həmişə gecikdirir ve tam şəkildə ödəniş etmiş. Məbləğdən kesir. İcra məmuruna şikayet edirəm, oda cavab olaraq mene işləmir imkanı yoxdu ona göre gecikdirir ve məbləğdən kesir. Qanunu bilmirəm deyə sizdən soruşuram ki İcra memurunun vəziyyətdə bu cür yanaşması qanunidir?
Salam. Belə olan halda icra məmuru həmin şəxs barəsində tədbir görməlidir. Aliment ödəməli olan şəxs Əvvəl inzibati daha sonra cinayət məsuliyyətinə cəlb oluna bilər. Tədbir görülməlidir barəsində.
Salam məni mi övladım var və uşaqın atası birinci həyat yoldaşından 4 uşağı var mənim övladıma 180 manat aliment düşüb soruçan
da niyə az aliment kəsilib bildirilir ki əvvəlki həyat yoldaşından 4 uşaqım var bunun mənim uşağımın aliment məbləğinin aşağı olmasına səbəb ola bilər
Salam. Hakim qərar verərkən hər iki tərəfin maddi və ailə vəziyyətini nəzərə ala bilər.
Salam. Boşansam 7000 manat maaş alan ata 1 uşaq üçün 246 manat aliment ödəyəcək ?
Salam. Qarşı tərəfin rəsmi qazancı/gəliri 7000 manatdırsa, həmin məbləğin dörddə bir hissəsi qədər aliment ödəməsini tələb edə bilərsiniz.
Salam.Mənim 5 yasli 1 övladim var,mən muəllimə isləyirəm,yoldasim isləmir fəhlədi.Bosanmaq ucun muraciət etməliyəm və bilmək istəyirəm 1 usaga gorə nəqədər aliment kəsiləcək və artirilmasi mumkundurmu?
Salam. Yoldaşınızın rəsmi gəlir yeri yoxdursa, 1 uşaq üçün aliment 246 manat sabit məbləğdə təyin olunacaq. Boşanma üçün ərizələrin hazırlanmasına görə bizə müraciət edə bilərsiniz. 055-653-98-41
Salam 2019da aliment kesilib her uwaqa 100 manat adinda mulki yox ve iwide fehle falan 9min borcu var odemir odeyendede 50 100manat arasinda ancaqki narkotikle mewguldu nece defelernendi tutulub bu sebebden indi yene tutublar bu sefer hepis verilib indi o orda ola ola alimenti necese teleb ede bilerem yeni ele bir qanun varki o orda iwleyib odeniwin elesin??
Ya anasi vayennide iwleyir yeni onun maasinan tutulub aliment borcunu odemek mumkundir? Eyerki hebisxanada iwleyib odemek olmursa men nece ede bileremki her ay alimenti ala bilim.?
Salam. Həbsdə olduğuna görə alimentin ödənilməsi mümkün olmayacaq. Lakin azad olunandan sonra ödəyə bilər. Siz də uşağın nənə və ya babasına qarşı iddia qaldıraraq aliment tələb edə bilərsiniz.
Salam menim oglum ankoloji xəstədi 320 azn pensiya alır mənim gəlir yerim yoxdu bilmək istəyirəm nə qədər aliment dusur
Salam. Aliment əgər rəsmi gəlir yeri varsa, bir uşağa görə həmin gəlirin 1/4, iki uşağa görə 1/3, 3 və daha çox uşaq varsa, yarısı qədər aliment, yaxud da 246 manat sabit məbləğ təyin oluna bilər.
Salam. Mənim həyat yoldaşım evvelki nigahdan olan uşaqlarına görə aliment verir. Aliment maaşından yüksəkdir. Yoldaşımın 2 uşaq əvvəlki nigahdan, 2 uşaqda bizim nigahdan var. 533 manat aliment kəsiblər. Maaşı isə heç 533 manat deyil. Bəs. Bizim 2 uşaq niyə nəzərə alınmır. O qadın həm də ailəlidir. Üstəgəl ünvanlı sosial yardım da alır. Əxlaqı da yerində deyil. Bütün mümkün variantlardan istifadə edir ki. Pulu artıq ala. Bız qəgardan şikayət verə
bilərikmi, qərardan 4 – 5.ay vaxt keçib. Bir zəhmət cavablandırardınız.
.
Salam. Qətnamədən şikayət verilməsi üçün müddəti ötürmüsünüz. Alimentin azaldılması tələbi ilə bağlı iddia qaldıra bilərsiniz.
Salam.bacim qizin 18 yasi tamam olacaq bu ayda/universitetde oxuyur/alimentin kesilmemesi ucun yeniden mehkemeye muraciet etmeliyik?
Salam.Uşaq 18 yaşına çatdıqda aliment ödənilməsinə xitam verilir.