Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Ailə hüququ

Valideynlərin, nənə və babanın uşaqla ünsiyyət hüququ

1. Uşağın ata ilə görüşü

1111 1

Ailə Məcəlləsinin 50-ci maddəsinə əsasən, uşaq ailə üzvləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Bu, o deməkdir ki, uşaq həm valideynləri – ata, ana ilə, həm də nənə, baba, bacı, qardaş və digər yaxın qohumları ilə əlaqə saxlayıb görüşə bilər.

Hətta valideynlər boşanıblarsa və ya nikahları etibarsız sayılıbsa, yaxud ayrı-ayrı ünvanlarda yaşayırsa, bu halların heç biri uşağın ünsiyyət hüququnu əlindən almır. Uşaq hər iki valideyni ilə də görüşməyə və münasibət qurmağa davam etməlidir.

Əgər valideynlərdən biri və ya hər ikisi başqa ölkədə yaşayırsa, uşaq yenə də onlarla əlaqə saxlamaq və görüşmək hüququna malikdir.

Hətta uşaq çətin şəraitdə – məsələn, tutulduqda, müalicə müəssisəsində yerləşdirildikdə və ya saxlanıldıqda belə, qanunla müəyyən olunmuş qaydada öz valideynləri və yaxınları ilə görüşmək və ünsiyyət saxlamaq hüququna malikdir.

Qısacası, uşağın ailə ilə əlaqədə qalması onun təbii haqqıdır, və bu hüquq uşağa mənfi təsir göstərən hallar istisna olmaqla, qalan heç bir halda ləğv edilə və ya məhdudlaşıdırla bilməz.  

Ailə Məcəlləsinin 61-ci maddəsinə əsasən isə uşaqdan ayrı yaşayan valideynin hüquqları qanunla qorunur. Bu o deməkdir ki, əgər valideyn uşağı ilə birgə yaşamırsa belə, onun övladı ilə görüşmək, münasibət qurmaq və onun tərbiyəsi, təhsili ilə bağlı məsələlərə qarışmaq hüququ var.

Uşaqla yaşayan digər valideyn isə, əgər qarşı tərəf uşağa fiziki və psixoloji zərər vermirsə, uşağın o biri valideyni ilə ünsiyyət qurmasına qətiyyən mane olmamalıdır. Yəni şəxsi incikliklər uşağın hüquqlarına təsir etməməlidir.

İlkin olaraq uşaqla ünsiyyət hüququnun təmin edilməsi üçün valideyn mediasiya təşkilatına müraciət etməlidir və mediasiyada razılığa çalışmalıdır. Əgər valideynlər uşağın tərbiyəsi və görüş-ünsiyyət qaydaları ilə bağlı öz aralarında razılığa gələ bilmirlərsə, bu məsələ yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmə burada uşağın mənafeyini əsas götürür.

Əgər məhkəmənin çıxardığı qərara valideyn qəsdən əməl etməzsə, bu halda qanunla tədbir görülə bilər. Hətta vəziyyətdən asılı olaraq, uşaq məhkəmə qərarı ilə digər valideynə verilə bilər – amma bu zaman uşağın özü də dinlənilir və onun mənafeyi nəzərə alınır.

Bundan əlavə, uşaqdan ayrı yaşayan valideyn sosial xidmət müəssisələrindən öz övladı haqqında məlumat almaq hüququna malikdir. Lakin yalnız elə hallar istisnadır ki, əgər həmin valideynin uşaq üçün təhlükə yaratdığı sübuta yetirilərsə, o zaman məlumatın verilməsindən imtina oluna bilər. Belə hallarda imtina edildikdə, valideyn məhkəməyə şikayət edə bilər.

Qısası, uşaqla ayrı yaşayan valideynin övladı ilə əlaqəsi, onun həyatı və gələcəyi ilə maraqlanmaq hüququ qanunla təmin olunur və bu hüquqlar nə valideynlər arasındakı münasibətə, nə də birgə yaşamama faktına görə məhdudlaşdırıla bilməz.

2. Atanın uşağı görmə hüququ

2222 1

Əgər ata uşağından ayrı yaşayırsa – məsələn, boşanma, nikahın etibarsız sayılması və ya başqa səbəblərlə – bu, onun valideynlik hüquqlarının məhdudlaşdırılması demək deyil. Ailə Məcəlləsinin 50 və 61-ci maddələrinə əsasən, atanın uşağı ilə ünsiyyətdə olmaq, görüşmək, onun tərbiyə və təhsil məsələlərində iştirak etmək hüququ qanunla qorunur.

Uşaq ailə üzvləri ilə, o cümlədən atası ilə əlaqə saxlayıb münasibət qurmaq hüququna malikdir. Hətta ata başqa ünvanda və ya xarici ölkədə yaşayırsa belə, uşaqla ünsiyyət saxlaması üçün bu, maneə ola bilməz. Əgər uşaq müalicə müəssisəsində, internatda və ya digər bağlayıcı şəraitdədirsə belə, ata qanunla müəyyən edilmiş qaydada onunla görüşmək və əlaqə qurmaq imkanına malikdir.

Əgər ana uşağı ilə birlikdə yaşayırsa, şəxsi münasibətlər səbəbindən atanın uşaqla görüşməsinə mane olmaq olmaz. Əks halda, bu uşağın hüquqlarının pozulması sayılır. Ana yalnız o halda ünsiyyətə məhdudiyyət qoya bilər ki, atanın davranışı uşağın fiziki və ya psixoloji sağlamlığı üçün təhlükə yaratsın. Bu hallar sübuta yetirilməli və rəsmi şəkildə qiymətləndirilməlidir.

Uşaqla görüş qaydaları ilkin olaraq valideynlər arasında razılaşma yolu ilə müəyyən edilir. Razılaşma əldə olunmazsa, mediasiya təşkilatına müraciət edilməlidir. Əgər mediasiya prosesi də nəticə verməzsə, bu məsələ qəyyumluq və himayə orqanlarının iştirakı ilə məhkəmə tərəfindən həll olunur. Məhkəmə hər zaman uşağın mənafeyini əsas götürür və lazım gəldikdə, uşağın da fikrini nəzərə alır.

Əgər məhkəmə atanın uşaqla görüşünə icazə veribsə, bu qərarın yerinə yetirilməsi məcburidir. Əgər digər valideyn bu qərara qəsdən əməl etməzsə, qanunla müvafiq tədbirlər görülə bilər. Bəzi hallarda hətta uşağın digər valideynə verilməsi məsələsinə də baxıla bilər – amma burada da uşağın maraqları və fikri əsas götürülür.

Bundan əlavə, atanın sosial xidmət və təhsil müəssisələrindən övladı haqqında məlumat almaq hüququ da var. Yalnız elə hallar istisna təşkil edir ki, atanın uşaq üçün təhlükə yaratdığı sübuta yetirilsin. Belə olan halda, məlumatın verilməsindən imtina edilərsə, ata bu qərardan məhkəməyə şikayət verə bilər.

Bir sözlə, atanın uşağı ilə əlaqədə qalmaq, onunla görüşmək, münasibət qurmaq və həyatı ilə maraqlanmaq hüququ qanunla qorunur və bu hüquq nə valideynlər arasındakı münasibətlə, nə də birgə yaşamamaq faktı ilə məhdudlaşdırıla bilməz.

3. Uşaqla görüş vaxtının təyin edilməsi

3333

Məhkəmə çıxardığı qərarda uşaqla görüşün dəqiq vaxtı, yeri və qaydası göstərilməlidir. Məsələn: “Uşaq hər həftənin şənbə günü saat 10:00-dan 18:00-a qədər atası ilə görüşəcək. Saat 10:00-da anası tərəfindən atasına, 18:00-da isə atasından anasına təhvil veriləcək.”

Əgər bu cür qaydalar göstərilməyibsə, sonradan məhkəməyə ərizə ilə müraciət edilərək dəyişiklik istənilə bilər.

4. Uşaqla ünsiyyət ali məhkəmə

4444 1

Ali Məhkəmənin Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 oktyabr 2011-ci il tarixli Qərarına əsasən, uşaqlarla görüş və ünsiyyət məsələlərində valideynlərin və digər qohumların hüquqları geniş izah olunmuş və məhkəmələrə bu hüquqların necə təmin olunması barədə dəqiq göstərişlər verilmişdir.

Bu qərar ailəsində ayrılıq yaşayan valideynlər və ya uşağın digər yaxın qohumları üçün uşaqla əlaqə saxlamaq hüququnun qorunması və həyata keçirilməsi baxımından çox vacib sənəddir. Qərar həm də məhkəmələrə yol göstərir ki, belə hallarda qərar verərkən uşağın hüquqları və mənafeyi hər şeydən üstün tutulmalıdır.

Əgər bir valideyn uşağından ayrı yaşayırsa, bu, onun valideynlik hüquqlarının sona çatması demək deyil. Plenum Qərarına əsasən, bu valideynin:

  • uşağı ilə görüşmək,
  • onun təhsil və tərbiyəsi ilə bağlı məsələlərdə iştirak etmək,
  • övladı haqqında məlumat almaq hüququ var.

Uşaqla birgə yaşayan valideyn, əgər qarşı tərəf uşağa zərər vurmursa, uşağın digər valideyni ilə görüşünə maneə olmamalıdır. Bu hüquqlar qanun və beynəlxalq uşaq hüquqları normaları ilə tanınmış və qorunmuşdur.

Əgər valideynlər uşaqla görüş qaydaları barədə öz aralarında razılığa gələ bilmirlərsə, məsələ qəyyumluq və himayə orqanlarının iştirakı ilə məhkəmə tərəfindən həll olunur. Uşaqla görüş günləri və saatlarının məyyən edilməsi üçün qəyyumluq və himayə orqanından rəy alınması məqsədilə məhkəmədə iş üzrə icraat dayandırılır. Həmin orqanın rəyi məhkəməyə daxil olduqdan sonra icraat təzələnir. Qəyyumluq və himayə orqanının rəyi məhkəmə üçün məcburi deyil, tövsiyə xarakteri daşıyır.

Uşaqla ünsiyyət qaydaları müəyyən edilən zaman uşağın yaşı 10-dan yuxarıdırsa, onun fikri də mütləq nəzərə alınmalıdır. Hətta bəzi hallarda 7 yaşlı uşağın da fikri dinlənilə bilər.

Məhkəmə uşaqla görüşün necə və nə vaxt olacağına qərar verərkən aşağıdakı məqamları nəzərə almalıdır:

  • uşağın yaşı;
  • uşağların sayı;
  • uşaq məktəbə və ya bağçaya gedməsi;
  • valideynin yaşadığı yerin məsafəsi;
  • valideynin uşaqla nəqliyyatla necə əlaqə saxlayacağı;
  • uşaqla hansı formada daha uyğun görüşün mümkünlüyü (evdə, parkda, nəzarətlə və s.).

Bundan başqa, məhkəmə uşaqla görüşün şənbə və bazar günləri, bayramlar, tətil günləri və doğum günlərində keçirilməsi məsələsinə də baxmalıdır. Yəni, ünsiyyət yalnız bir neçə saatla məhdudlaşdırılmamalı, daha geniş və real həyata keçməsi üçün şərait yaradılmalıdır.

Bəzi hallarda valideynlər istəyə bilər ki, uşaq onunla gecələsin və ya bir neçə günlük birlikdə istirahətə getsinlər. Yəni gecə yanında qalmaq şərtilə ilə uşaqla valideynin ünsiyyət qaydaları müəyyən edilə bilər. Plenum Qərar müəyyən edir ki, əgər bu, uşağın sağlamlığına, təhsilinə və rifahına zidd deyilsə, bu da mümkündür. Məsələn, valideynlə birgə ölkədaxili və ya xarici səfərlər də ola bilər – ancaq bu hallar əsaslandırılmış şəkildə nəzərə alınmalıdır.

Uşaqla yalnız fiziki görüş deyil, telefon zəngləri, videozənglər, yazışmalar və texnologiyaların verdiyi digər imkanlar da ünsiyyət vasitəsi kimi sayılır və valideynin bu hüquqları tanınır.

Əgər valideyn uzun müddət uşaqla görüşməyibsə və münasibətlər zəifləyibsə, məhkəmə qətnaməni tədricən, mərhələli şəkildə həyata keçməsini göstərə bilər. Bu, uşağın psixoloji və emosional vəziyyətini nəzərə almaq üçündür.

Həmçinin, məhkəmə prosesi başa çatmayana qədər, uşaqla görüşün qarşısının alınmaması üçün müvəqqəti tədbir kimi digər valideynə maneə olmamaq barədə qərar çıxarıla bilər.

Ailə Məcəlləsinə əsasən və bu Plenum Qərara görə, uşağın digər qohumlarının da (nənə, baba, bacı, qardaş və s.) uşaqla ünsiyyətdə olmaq hüququ vardır. Əgər valideynlər bu ünsiyyətə icazə verməzsə, əvvəlcə qəyyumluq və himayə orqanına müraciət edilməli, əgər bu mümkün olmazsa və ya nəticə alınmasa, məhkəməyə müraciət oluna bilər.

Məhkəmə bu zaman uşağın yaşını, onun həmin qohumla bağlılığını və mənafeyini əsas götürərək qərar verir. Həmçinin, uşağın fikri (10 yaşdan yuxarı olduqda – mütləq nəzərə alınmalıdır).

Əgər valideyn başqa dövlətdə yaşayırsa, BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına əsasən, uşaq onunla ünsiyyətdə olmaq hüququnu saxlamalıdır. Bu zaman dövlətlərarası münasibətlər deyil, uşağın və valideynin hüquqları əsas götürülməlidir.

Əgər uşaq tutulubsa, müalicə müəssisəsindədirsə və ya başqa çətin şəraitdədirsə, bu, onun valideyni və qohumları ilə ünsiyyət hüququnu tamamilə aradan qaldırmır. Yalnız uşağın həyatı və sağlamlığı üçün real təhlükə varsa, o zaman məhdudiyyət qoyula bilər. Amma məhdudiyyət ancaq qanunda göstərilən müddət qədər ola bilər və əsaslandırılmalıdır.

Əgər məhkəmə uşaqla ünsiyyət üçün qərar çıxarıbsa və valideynlərdən biri bu qərara qəsdən əməl etmirsə, o zaman mülki prosessual qanunvericiliyə uyğun tədbirlər görülə bilər.

Əgər yenə də əməl etməzsə, məhkəmə uşağın həmin valideynə verilməsi barədə qərar çıxara bilər – bu zaman da uşağın maraqları və fikri nəzərə alınır.

Məhkəmənin çıxardığı qərarda uşaqla görüşün dəqiq vaxtı, yeri və qaydası göstərilməlidir. Məsələn: “Uşaq hər həftənin bazar günü saat 10:00-dan 18:00-a qədər atası ilə görüşəcək. Saat 10:00-da anası tərəfindən atasına, 18:00-da isə atasından anasına təhvil veriləcək.” Əgər bu cür qaydalar göstərilməyibsə, sonradan məhkəməyə ərizə ilə müraciət edilərək dəyişiklik istənilə bilər.

Uşaqla ünsiyyət günləri və saatlarının müəyyən edilməsi zamanı müvafiq qəyyumluq və himayə orqanının da rəyi nəzərə alına bilər. Lakin həmin rəy məhkəmə üçün məcburi deyil və tövsiyə xarakteri daşıyır.

Ali Məhkəmənin “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 oktyabr 2011-ci il tarixli Plenum Qərarının əsas məqsədi odur ki, uşaqların valideynlərindən və ya qohumlarından ayrı qalması, onların bir-birilə ünsiyyət hüququnu itirməsinə səbəb olmasın. Hər bir halda uşağın maraqları və psixoloji vəziyyəti əsas meyardır. Valideynlər və yaxınlar isə bu hüquqlara hörmətlə yanaşmalı, şəxsi inciklikləri uşağın rifahından üstün tutmamalıdırlar.

5. Boşanma zamanı atanın hüquqları

bossanma 1

Ailə Məcəlləsinin 61-ci maddəsinə əsasən, valideynlər boşandıqdan sonra belə, uşaqdan ayrı yaşayan atanın hüquqları qanunla qorunur. Bu o deməkdir ki, boşanma faktı atanın valideynlik hüquqlarını aradan qaldırmır və ata öz övladı ilə görüşmək, münasibət saxlamaq, onun tərbiyə və təhsil məsələlərində iştirak etmək hüququna tam malikdir (Maddə 61.1).

Uşaqla birgə yaşayan ana, əgər ata tərəfindən uşağın fiziki və ya psixoloji sağlamlığına və əxlaqi inkişafına zərər yetirilmirirsə, onun ata ilə görüşünə və ünsiyyət qurmasına mane olmamalıdır (Maddə 61.2). Valideynlər arasında olan şəxsi narazılıqlar uşağın hüquqlarına təsir etməməli, uşağın hər iki valideynlə də əlaqədə qalmaq hüququna hörmətlə yanaşılmalıdır.

Uşağın atası ilə görüş hüququ ilkin olaraq valideynlər arasında yazılı saziş yolu ilə tənzimlənə bilər. Əgər belə razılaşma əldə olunmazsa, valideynlər mediasiya təşkilatına və ya müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəməyə müraciət etməlidirlər (Maddə 61.3). Məhkəmə isə burada uşağın mənafeyini əsas götürərək qərar qəbul edir.

Əgər məhkəmənin qətnaməsinə valideynlərdən biri – məsələn, ana – qəsdən əməl etməzsə, bu zaman qanunvericilik həmin şəxsə qarşı müvafiq ölçülərin götürülməsini nəzərdə tutur. Uşaqla ünsiyyət qaydalarına dair çıxan məhkəmə qərarı icra edilməlidir. Əks halda tərəf məhkəmə qərarını icra etmədiyi üçün inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər. Hətta vəziyyətdən asılı olaraq, uşağın digər valideynə – yəni ataya verilməsi barədə də qətnamə qəbul edilə bilər. Bu zaman uşağın özü də dinlənilir və onun fikri və mənafeyi nəzərə alınır (Maddə 61.4).

Boşandıqdan sonra da ata sosial xidmət və təhsil müəssisələrindən övladı haqqında məlumat almaq hüququna malikdir (Maddə 61.5). Yalnız o halda bu məlumatın verilməsindən imtina edilə bilər ki, uşağın həyat və sağlamlığı üçün valideyn tərəfindən təhlükə olduğu sübuta yetirilsin. Belə hallarda məlumatın verilməməsi ilə bağlı qərar da məhkəmə qaydasında mübahisələndirilə bilər (Maddə 61.6).

Nəticə etibarilə, boşanma valideynlik vəzifələrini və hüquqlarını aradan qaldırmır. Ata uşağın həyatı ilə maraqlanmaq, onunla görüşmək və onun gələcəyi ilə bağlı qərarlarda iştirak etmək hüququna malikdir. Bu hüquqlar nə birgə yaşamamaq faktına, nə də şəxsi münasibətlərə görə məhdudlaşdırıla bilməz.

6. Boşanma zamanı uşaq hansı hallarda ataya verilir?

5555 1

Ailələrin dağılması zamanı uşağın kimlə qalacağı məsələsi hər zaman diqqət mərkəzində olan və həssaslıq tələb edən bir mövzudur. Məhkəmə praktikasında çox zaman azyaşlı uşaqların anada qalması halları üstünlük təşkil edir. Bu, uşağın yaşının kiçik olması və onun ana ilə daha çox emosional bağ qurması ilə izah olunur. Lakin bu, heç də o demək deyil ki, ana avtomatik şəkildə üstün mövqedədir.

Əgər ana uşağın qayğısına qalmaq imkanına malikdirsə, sağlamlığı yerindədirsə, psixoloji durumu stabildirsə və onun həyat tərzi uşağın təhlükəsiz inkişafına zərər vurmursa, bu zaman uşaq adətən anada saxlanılır. Amma əgər ana narkotik, alkoqol asılılığı, psixi xəstəlik və ya uşağa qarşı zorakılıq kimi hallar sərgiləyirsə, məhkəmə uşağın mənafeyini əsas götürərək fərqli qərar qəbul edə bilər.

10 yaşdan yuxarı uşaqların valideynlər arasında qalma məsələsində onların fikri xüsusi əhəmiyyət daşıyır. Bu yaşdan sonra uşaq hansı valideyni seçəcəyinə dair fikrini ifadə etmək hüququna malikdir və məhkəmə bu rəyə biganə yanaşa bilməz. Əgər uşağın rəyi əsaslandırılmış və məntiqidirsə, bu, məhkəmənin yekun qərarına birbaşa təsir göstərə bilər.

Ədalətli qərarın verilməsi üçün hər bir hal fərdi qaydada araşdırılmalı, valideynlərin uşağa göstərdiyi münasibət, maddi və mənəvi imkanları, həmçinin ailədaxili şərait nəzərə alınmalıdır. Uşaq heç bir halda şəxsi münasibətlərin və ya emosional gərginliyin qurbanına çevrilməməlidir.

7. Uşağın digər qohumları ilə ünsiyyət hüququ

nn 1

Ailə Məcəlləsinin 62-ci maddəsinə əsasən baba və nənə uşaqla ünsiyyət hüququna malikdirlər. Əgər nənə və baba uşaqlarla ünsiyyətdə olmaq istəyirlərsə, birbaşa məhkəməyə getməməlidirlər. Əvvəlcə yerli icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən qəyyumluq və himayə orqanına müraciət etməlidirlər. Yəni valideynlər (onlardan biri) uşağın nənə və babası ilə ünsiyyətinə etiraz etdikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Onlar bu orqana deyə bilərlər ki, valideynlər uşağın onlarla görüşməsinə imkan vermir və bu vəziyyətin aradan qaldırılmasını istəyirlər.

Qəyyumluq və himayə orqanı bu məsələyə baxmalı və tərəflərlə danışaraq bir qərara gəlməlidir. Əgər bu orqan heç bir tədbir görmürsə və ya müraciəti rədd edirsə, o zaman nənə və baba mediasiya təşkilatına razılığa gəlmək üçün müraciət etməlidirlər. Mediasiyada razılığa gəlməzlərsə, bu zaman məhkəməyə üz tuta bilərlər. Məhkəmə bu zaman uşağın fikrini (əgər uşaq 10 yaşına çatıbsa), maraqlarını və ailə münasibətlərini nəzərə alaraq qərar verəcək.

Əgər nənə və baba bu qaydanı pozaraq birbaşa məhkəməyə müraciət etsələr, o zaman məhkəmə Mülki Prosessual Məcəllənin 153.2.1 və 261.0.1-ci maddələrinə əsasən onların ərizəsini geri qaytara bilər və ya işə xitam verə bilər. Yəni bu məsələdə ilk addım qəyyumluq və himayə orqanına müraciət etməkdir.

Valideynlər (onlardan biri) yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanının qərarına tabe olmadıqda, uşağın nənə və babası və ya yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün mediasiyaya, daha sonra isə iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir. Bununla yanaşı Cinayət Məcəlləsinin 306-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə – 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ailə Məcəlləsinin 62-ci maddəsinə əsasən qardaş və bacı uşaqla ünsiyyət hüququna malikdirlər. Əgər qardaş və bacı uşaqlarla ünsiyyətdə olmaq istəyirlərsə, birbaşa məhkəməyə getməməlidirlər. Əvvəlcə yerli icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən qəyyumluq və himayə orqanına müraciət etməlidirlər. Yəni valideynlər (onlardan biri) uşağın qardaş və bacısı ilə ünsiyyətinə etiraz etdikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Onlar bu orqana deyə bilərlər ki, valideynlər uşağın onlarla görüşməsinə imkan vermir və bu vəziyyətin aradan qaldırılmasını istəyirlər.

Qəyyumluq və himayə orqanı bu məsələyə baxmalı və tərəflərlə danışaraq bir qərara gəlməlidir. Əgər bu orqan heç bir tədbir görmürsə və ya müraciəti rədd edirsə, o zaman qardaş və bacı mediasiya təşkilatına razılığa gəlmək üçün müraciət etməlidirlər. Mediasiyada razılığa gəlməzlərsə, bu zaman məhkəməyə üz tuta bilərlər. Məhkəmə bu zaman uşağın fikrini (əgər uşaq 10 yaşına çatıbsa), maraqlarını və ailə münasibətlərini nəzərə alaraq qərar verəcək.

Əgər nənə və baba bu qaydanı pozaraq birbaşa məhkəməyə müraciət etsələr, o zaman məhkəmə Mülki Prosessual Məcəllənin 153.2.1 və 261.0.1-ci maddələrinə əsasən onların ərizəsini geri qaytara bilər və ya işə xitam verə bilər. Yəni bu məsələdə ilk addım qəyyumluq və himayə orqanına müraciət etməkdir.

Valideynlər (onlardan biri) yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanının qərarına tabe olmadıqda, uşağın qardaş və bacı və ya yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün mediasiyaya, daha sonra isə iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir.

Ailə Məcəlləsinin 62-ci maddəsinə əsasən digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Əgər digər qohumlar uşaqlarla ünsiyyətdə olmaq istəyirlərsə, birbaşa məhkəməyə getməməlidirlər. Əvvəlcə yerli icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən qəyyumluq və himayə orqanına müraciət etməlidirlər. Yəni valideynlər (onlardan biri) uşağın digər qohumlar ilə ünsiyyətinə etiraz etdikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Onlar bu orqana deyə bilərlər ki, valideynlər uşağın onlarla görüşməsinə imkan vermir və bu vəziyyətin aradan qaldırılmasını istəyirlər.

Qəyyumluq və himayə orqanı bu məsələyə baxmalı və tərəflərlə danışaraq bir qərara gəlməlidir. Əgər bu orqan heç bir tədbir görmürsə və ya müraciəti rədd edirsə, o zaman qohumlar mediasiya təşkilatına razılığa gəlmək üçün müraciət etməlidirlər. Mediasiyada razılığa gəlməzlərsə, bu zaman məhkəməyə müraciət edə bilərlər. Məhkəmə bu zaman uşağın fikrini (əgər uşaq 10 yaşına çatıbsa), maraqlarını və ailə münasibətlərini nəzərə alaraq qərar verəcək.

Əgər qohumlar bu qaydanı pozaraq birbaşa məhkəməyə müraciət etsələr, o zaman məhkəmə Mülki Prosessual Məcəllənin 153.2.1 və 261.0.1-ci maddələrinə əsasən onların ərizəsini geri qaytara bilər və ya işə xitam verə bilər. Yəni bu məsələdə ilk addım qəyyumluq və himayə orqanına müraciət etməkdir.

Valideynlər (onlardan biri) yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları  qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün mediasiyaya, daha sonra isə iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir.

8. Uşaqla ünsiyyətlə bağlı iddia ərizəsi

888 1

Uşaqla ünsiyyət qaydalarının müəyyən olunması tələbinə dair bir tərəf mediasiyaya ərizə ilə mediasiya təşkilatına müraciət etməlidir. Mediasiya xərci 60 AZN təşkil edir. Əgər tərəflər arasında mediasiyada razılıq əldə edilməzsə, uşaqla ünsiyyət qaydalarının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir. Məhkəməüçün dövlət rüsumu 50 AZN təşkil edir.

Uşaqla görüş-ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair məhkəməyə iddia ərizənizin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button