
Atam xəstədir, öz hərəkətlərini idarə edə bilmir. Ona necə qəyyum təyin oluna bilərəm?
1. Fəaliyyət qabiliyyəti olmayan şəxs kimdir?

Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin şəxslər üzərində qəyyumluq təyin edilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
Əgər valideyniniz psixi pozuntularına görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyilsə, həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edə bilərsiniz.
Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət olunmalıdır. Bunun üçün məhkəmə rüsumu 100 manat təşkil edir.
Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri (qeydiyyat yeri) üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.
Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.
Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.
Məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
2. Məhdud fəaliyyət qabiliyyəti nədir?

7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.
Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Həmin şəxslər üzərində himayəçi təyin edilir.
Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi üçün məhkəməyə ərizə ilə müraciət olunmalıdır. Məhkəmə üçün dövlət rüsumu 100 manat təşkil edir.
Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırılır.
Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri (qeydiyyat yeri) üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.
Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında ərizədə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi nəticəsində şəxsin öz ailəsini ağır maddi vəziyyətdə qoymasını təsdiq edən hallar şərh edilməlidir.
Məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətinin qəyyumlu və himayəçilik komissiyası) tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır.
3. Qəyyumluq nədir?

Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir.
Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir.
14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.
14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir.
Şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi və onların üzərində qəyyum və ya himayəçinin təyin edilməsi üçün xüsus icraat qaydasında ərizə ilə məhkəməyə müraciət olunmalıdır. Məhkəmə üçün dövlət rüsumu 100 manat təşkil edir.
Məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
4. Kimlər qəyyum ola bilər?

Mülki Məcəllənin 35.2-ci maddəsinə əsasən qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər.
5. Qəyyum nədir?

14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.
Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar.
Psixi pozuntuya görə şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün ərizə həmin şəxsin yaşayış yeri (qeydiyyat yeri) üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.
Məhkəməyə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizənin yazılması üçün bizə müraciət edə bilərsiniz.
Həmin ərizədə şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.
Şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.
Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Çıxarılan məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsas hesab edilir.
Qəyyumluq və ya himayəçilik barədə məhkəmənin qərarından narazı qalan tərəf apellyasiya instansiyasına müraciət edə bilər. Apellyasiya şikayəti qətnamənin elanından sonra 30 gün ərzində verilməlidir. Şikayət ərizəsində sübutlar, yeni faktlar və hüquqi əsaslar göstərilməlidir. Məhkəmə materialları yenidən araşdırır və qərarı qüvvədə saxlaya, dəyişdirə və ya ləğv edə bilər. Apellyasiya şikayətinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
6. Himayəçi nədir?

14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir.
Himayəçi yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir.
Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər.
Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri (qeydiyyat yeri) üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.
Məhkəməyə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə ərizənin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında ərizədə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi nəticəsində şəxsin öz ailəsini ağır maddi vəziyyətdə qoymasını təsdiq edən hallar şərh edilməlidir. Çıxarılan məhkəmə qətnaməsi yerli icra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır.
7. Qəyyumluq və himayəçilik kimlərə təyin edilir?

Qəyyum – 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində təyin edilir.
Himayəçi – 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir.
Himayəçilik ilə qəyyumluq arasındakı əsas fərq nədir?
Qəyyumluq əsasən 0-14 yaşlı uşaqlara şamil edilir, habelə psixi pozuntulara görə fəaliyyət qabiliyyəti olmayan şəxslərə, himayəçilik isə 14-18 yaşlı yetkinlik yaşına çatmayanlara və fəaliyyət qabiliyyəti məhdud böyüklərə tətbiq olunur.
Qəyyum əksər hüquqi əqdləri öz qərarı ilə bağlaya bildiyi halda, himayəçi müəyyən əqdlər üçün məhkəmə icazəsi almalıdır.
Qəyyum və himayəçinin ləğvi prosesi
Məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında şəxsin üzərinə qəyyum və himayəçi təyin edilir. Lakin onların ləğvi də mümkündür.
Yetkinlik yaşına çatmayan şəxs valideynlərinə qaytarıldıqda və ya övladlığa götürüldükdə qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini öz vəzifələrinin icrasından azad edir.
Belə ki, şəxsin özünün, onun ailə üzvlərinin, himayəçinin, Qəyyumluq və Himayəçilik Komissiyasının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə şəxsin fəaliyyət qabiliyyətinin məhdudluğunun ləğvi məhkəmə qətnaməsi əsasında mümkündür. Belə ki, məhkəmə bu barədə qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş himayəçilik ləğv edilir.
Məhkəmə Qəyyumluq və Himayəçilik Komissiyasının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzәrindә müəyyən edilmiş qəyyumluq ləğv edilir.
Şəxs üzərində təyin edilən qəyyuluq və himayəçiliyin ləğvi üçün məhkəməyə ərizələrin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
8. Qəyyumluq üçün tələb olunan sənədlər

Yetkinlik yaşına çatmayan şəxs üzərində Qəyyum və Himayəçi təyin edilməsi ilə bağlı tələb olunan sənədlərin siyahısı
1. Rayon İcra Hakimiyyəti başçısının adına notariat qaydada təsdiq edilmiş ərizə;
2. Qəyyumun və ya himayəçinin tərcümeyi-halı;
3. İş yerindən arayış (əmək haqqı göstərilməklə) və xasiyyətnamə;
4. Yaşayış yerindən 2 saylı forma arayış;
5. Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə qətnamənin və s.-nin notariat qaydada təsdiq edilmiş surətləri);
6. Qəyyumluğa və ya himayəçiliyə götürülənin yaxın qohumlarının notariat qaydada təsdiq edilmiş razılıq əraziləri;
7. Qəyyumluğa və ya himayəçiliyə götürülən uşağın doğum haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq edilmiş surəti;
8. Qəyyumluğa və ya himayəçiliyə götürənin şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti;
9. Qəyyumluğa və ya himayəçiliyə götürənin nikah haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq edilmiş surəti;
10. Qəyyumluğa və ya himayəçiliyə götürülən uşağın təhsil alması barədə arayış;
11. 10 yaşından yuxarı uşağın razılıq ərizəsi;
12. Qəyyum və ya himayəçinin sağlamlığı haqqında əsəb-ruhi, onloloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar.
Şəxsin məhdud fəaliyyətli qabiliyyətli və ya fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi üçün isə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməlidir.
9. Qəyyumluq və himayəçilik haqqında qanun

Qəyyumluq və himayəçiliklə bağlı məsələləri tənzimləyən qanun yoxdur. Qəyyumluq və himayəçilik orqanlarının fəaliyyəti əsasən ailə və mülki qanunvericiliklə tənzimlənir.
10. Qəyyumluq və himayəçilik haqqında əsasnamə

Hal-hazırda Qəyyumluq və Himaəyçilik haqqında Əsasnamə mövcud deyildir.
Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir.
Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.
Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
11. Qəyyum təyin edilməsi

Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan 3 ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir.
Qəyyumluq 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində təyin edilir.
Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
12. Qəyyumluğa götürmə qaydaları

Psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi üçün məhkəməyə ərizə ilə müraciət olunur.
Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəməyə ərizə hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
13. Qəyyumluq necə verilir?

Yetkinlik yaşına çatmayan şəxsin üzərində qəyyum təyin edilməsi üçün yerli icra hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmək lazımdır. Qəyyumluq və Himayəçilik Komissiyasının Qərarı əsasında qəyyum təyin edilir.
Psixi pozuntusu olan şəxsin üzərində qəyyum təyin edilməsi üçün şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etək lazımdır.
14. Qəyyumluq sənədi

Yetkinlik yaşına çatmayan şəxs üzərindən qəyyum təyin edildiyini göstərən sənəd müvafiq icra hakimiyyəti orqanının qəyyumluq və himayəçilik komissiyası tərəfindən verilən qərardır. Həmin Qərar əsasında qəyyum təyin olunan şəxsə vəsiqə verilir.
Bundan başqa məhkəmə qətnaməsi əsasında qəyyum təyin edilən şəxsə qətnamə qüvvəyə mindikdən sonra həmin qətnamə əsasında vəsiqə təqdim edilir.
15. Patronaj təyin edilməsi

Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur.
Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir.
Patron (köməkçi) fiziki şəxslə bağlanmış tapşırıq və ya etibarnamə ilə idarəetmə müqaviləsinə əsasən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsə mənsub əmlak barəsində sərəncam verir. Məişət tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdlərini və başqa əqdləri patron (köməkçi) fiziki şəxsin razılığı ilə bağlayır.
Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində təyin edilmiş patronaja patronajda olan fiziki şəxsin tələbi ilə xitam verilir.
16. Qəyyumluq və himayəçilik komissiyası

Qəyyumluq və Himayəçilik Komissiyası müvafiq yerli icra hakimiyyəti Başçısı yanında fəaliyyət göstərir.
Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir.
Qəyyumluq və himayəçilik orqanı kimi yerli icra hakimiyyəti strukturları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də xüsusi hallarda bələdiyyələr çıxış edir. Bu qurumlar müraciətləri qəbul edir, şəxs barəsində məlumat toplayır, məhkəməyə təqdimat hazırlayır və təyin edilmiş qəyyumun fəaliyyətinə sistemli nəzarət həyata keçirirlər.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın


