Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Ailə hüququ

Nikahın etibarsızlığı və onun nəticələri

1. Nikah hüququ

aaa

Nikah hüququ ailə münasibətlərinin əsasını təşkil edən və Ailə Məcəlləsi ilə tənzimlənən hüquqi institutdur. Bu hüquq nikahın bağlanma qaydasını, şərtlərini, yaş həddini, tibbi müayinənin vacibliyini və nikaha mane olan halları müəyyən edir.

Ailə Məcəlləsinin 9-cu maddəsinə əsasən, nikah müvafiq icra hakimiyyəti orqanında (Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində) dövlət qeydiyyatına alınmaqla bağlanır. Nikaha daxil olmaq istəyən şəxslər ərizə verdikləri gündən 1 ay sonra həmin orqanda şəxsən iştirak etməklə nikah bağlaya bilərlər. Üzürlü səbəblər olduqda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayaraq uzadıla bilər. Xüsusi hallarda, məsələn hamiləlik, uşağın doğulması və digər zəruri hallar olduqda nikah ərizə verilən gün də bağlana bilər.

Ər-arvadın hüquq və vəzifələri yalnız nikahın dövlət qeydiyyatına alındığı gündən yaranır. Əgər müvafiq icra hakimiyyəti (Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi) nikahın qeydiyyatından imtina edərsə, nikaha daxil olmaq istəyən şəxslər bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət edə bilərlər.


Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, nikah yaşı 18 yaş olaraq müəyyən edilib.

Ailə Məcəlləsinin 11-ci maddəsinə əsasən, nikahın bağlanması üçün üç əsas şərt mövcuddur:

  • Nikaha daxil olmaq istəyən şəxslərin yazılı razılığı,
  • Onların nikah yaşına çatması,
  • Ailə Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq tibbi müayinədən keçməsi.

Əgər Ailə Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan hallar mövcuddursa, nikah bağlana bilməz.


Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikah bağlanmasına yol verilmir:

  • Yaxın qohumlar (valideynlə uşaq, baba-nənə ilə nəvə, doğma və ya ögey qardaş-bacı),
  • Övladlığa götürənlə övladlığa götürülənlər,
  • Qardaşların və ya bacıların ümumi bioloji baba və nənəsi olan uşaqları,
  • Bioloji qohumluğu olan əmi (dayı) ilə qardaş (bacı) qızı, həmçinin bibi (xala) ilə qardaş (bacı) oğlu,
  • Hər hansı biri və ya hər ikisi başqa şəxslə nikahda olanlar,
  • Tibbi müayinədən keçməyən şəxslər,
  • Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər,
  • Ruhi xəstəlik və ya əqli gerilik səbəbilə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.


Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər AR Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Tibbi müayinə, tibbi-genetik, psixoloji və ailənin planlaşdırılması ilə bağlı məsləhətlər dövlət və ya bələdiyyə tibb müəssisələrində dövlət vəsaiti və ya icbari tibbi sığorta hesabına həyata keçirilir.

Nikaha daxil olan şəxslərə tibbi müayinədən keçdiklərini təsdiq edən elektron arayış verilir. Bu arayış yalnız müayinənin keçirildiyini təsdiqləyir, lakin nəticələri əks etdirmir və nəticələr həkim sirri hesab olunur. Müvafiq icra hakimiyyəti orqanları şəxslərdən tibbi müayinənin nəticələrini tələb edə bilməz.

Əgər nikaha daxil olan tərəflərdən biri özündə dəri-zöhrəvi xəstəlikləri və ya İİV infeksiyasını (AİDS) gizlədirsə, digər tərəf nikahın etibarsız sayılması üçün məhkəməyə müraciət edə bilər.

2. Nigah yaşı

fsfsfsf

Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, nikah yaşı 18 yaş olaraq müəyyən edilib.

3. Nigah üçün qan analizi asan xidmət

qan

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın verilməsi üçün nikaha daxil olmaq istəyən şəxslər özü iştirak etməlidir. Bu xidmət bütün “ASAN xidmət” mərkəzlərində 14 iş günü ərzində həyata keçirilir. 1 nəfər üçün arayışın verilməsi – 20 manat təşkil edir. Arayış vətəndaşın özünə şəxsən təqdim edilir. Arayış qan analizlərinin cavabları hazır olan gündən 1 ay ərzində etibarlıdır.

Müvafiq xəstəliklərin aşkarlanmasına aid testlərin həyata keçirilməsində ləngimənin mövcud olması tibbi arayışın verilmə müddətinin bir qədər artmasına səbəb olmuşdur. Tibbi arayışın hazır olacağı tarix barədə məlumat  Mərkəz daxilində verilir.

4. Nigaha daxil olma qaydaları

4444444444

Nikahın bağlanması və bu prosesin hüquqi nəticələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Nikaha daxil olmaq istəyən şəxslər bu qaydalara və şərtlərə əməl etməlidirlər.

Əvvəlcə nikah yalnız müvafiq icra hakimiyyəti orqanında (Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri) dövlət qeydiyyatına alınmaqla bağlanır. Ailə Məcəlləsinin 9-cu maddəsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər ərizə verdikdən 1 ay sonra həmin orqanda şəxsən iştirak etməklə nikah bağlaya bilərlər.

Lakin üzürlü səbəblər olduqda bu müddət icra hakimiyyəti tərəfindən azaldıla bilər və ya 1 aydan çox olmayaraq uzadıla bilər. Xüsusi hallarda, məsələn, hamiləlik və ya uşağın doğulması kimi vəziyyətlərdə nikah ərizə verilən gün də bağlana bilər. Ər-arvadın hüquq və vəzifələri yalnız nikahın dövlət qeydiyyatına alındığı gündən yaranır. Əgər müvafiq icra hakimiyyəti nikahı qeydiyyata almaqdan imtina edərsə, tərəflər bu qərardan inzibati qaydada və ya məhkəməyə müraciət edə bilərlər.

Nikaha daxil olmaq üçün şəxsin müəyyən yaş həddinə çatması vacibdir. Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycanda nikah yaşı 18 yaşdır. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən şəxsin yaşadığı ərazinin icra hakimiyyəti onun xahişi ilə nikah yaşını 1 ildən çox olmayaraq azalda bilər. Bu halda minimum nikah yaşı 17 ola bilər.

Nikahın bağlanması üçün Ailə Məcəlləsinin 11-ci maddəsində göstərilən əsas şərtlər mövcuddur. Tərəflərin yazılı razılığı, nikah yaşına çatmasıAilə Məcəlləsinin 13-cü maddəsinə uyğun tibbi müayinədən keçməsi mütləqdir. Əgər Ailə Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan hallar mövcuddursa, nikah bağlana bilməz.

Qanuna görə nikaha mane olan hallar bunlardır: yaxın qohumlar arasında (valideynlə uşaq, baba-nənə ilə nəvə, doğma və ya ögey qardaş-bacı), övladlığa götürənlə övladlığa götürülənlər arasında, həmçinin əmi (dayı) ilə qardaş (bacı) qızı, bibi (xala) ilə qardaş (bacı) oğlu arasında nikaha yol verilmir. Bundan başqa, başqa biri ilə nikahda olan şəxslər, tibbi müayinədən keçməyənlər, Azərbaycan ərazisində qanunsuz yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə ruhi xəstəlik və ya əqli gerilik səbəbilə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayanlar nikaha daxil ola bilməzlər.

Nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Tibbi müayinə dövlət və ya bələdiyyə tibb müəssisələrində aparılır və bu, dövlət vəsaiti və ya icbari tibbi sığorta hesabına həyata keçirilir. Müayinə nəticəsində şəxslərə yalnız tibbi müayinədən keçdiyini təsdiq edən elektron arayış verilir. Bu arayış yalnız müayinənin keçirildiyini təsdiqləyir, lakin nəticələri göstərmir, çünki nəticələr həkim sirri hesab olunur və heç kimə açıqlanmır. Müvafiq icra hakimiyyəti orqanları şəxslərdən müayinə nəticələrini tələb edə bilməz.

Əgər tərəflərdən biri özündə dəri-zöhrəvi xəstəlikləri və ya İİV infeksiyasını (AİDS) gizlədirsə, digər tərəf nikahın etibarsız sayılması üçün məhkəməyə müraciət edə bilər. Xaricdə yaşayan Azərbaycan vətəndaşları diplomatik nümayəndəliklərin akkreditə olunduğu ölkədə seçdikləri tibb müəssisəsində müayinədən keçə bilərlər.

Beləliklə, nikaha daxil olmaq üçün şəxs həm yaş və sağlamlıq şərtlərinə, həm də qanunda nəzərdə tutulan digər tələblərə uyğun olmalıdır. Bu qaydalar nikahın qanuni, sağlam və cəmiyyət üçün təhlükəsiz əsaslarla bağlanmasını təmin etmək məqsədi daşıyır.

5. Nikahın etibarsız sayılması

eti

Nikah yalnız qanunla müəyyən olunmuş şərtlər daxilində bağlandıqda hüquqi qüvvəyə malik olur. Əgər bu şərtlər pozularsa və ya nikah ailə həyatı qurmaq niyyəti olmadan yalnız formal məqsədlərlə bağlanarsa, həmin nikah etibarsız (saxta nikah) hesab olunur. Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, nikah nikah yaşı, nikaha mane olan hallar və tibbi müayinəyə dair tələblər pozularaq bağlanıbsa, həmçinin tərəflərdən biri və ya hər ikisi ailə qurmaq niyyəti olmadan saxta nikaha daxil olubsa, bu nikah etibarsız sayılır.

Nikah yalnız məhkəmə qaydasında etibarsız hesab edilə bilər. Ailə Məcəlləsinin 25.3-cü maddəsinə əsasən, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Ədliyyə Nazirliyinin) informasiya sisteminə ötürülür.

Etibarsız nikah onun bağlandığı gündən etibarsız hesab olunur, yəni əvvəldən hüquqi qüvvəsi olmamış kimi qiymətləndirilir.

Nikahın etibarsız sayılmasını tələb etmək hüququ yalnız müəyyən şəxslərə aiddir. Ailə Məcəlləsinin 26-cı maddəsinə əsasən, əgər nigah yetkinlik yaşına çatmayan şəxslə bağlanıbsa, həmin yetkinlik yaşına çatmayan ər və ya arvad, onların valideynləri və ya onları əvəz edən şəxslər, həmçinin müvafiq icra hakimiyyəti (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) bu nikahın etibarsız sayılmasını tələb edə bilər.

Əgər nikah bağlandıqdan sonra yetkinlik yaşına çatmış şəxs varsa, yalnız həmin şəxs özü bu hüquqa malikdir. Nikah könüllü razılıq olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya tərəf nikah bağlanarkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilmədiyi halda qurulubsa, hüquqları pozulan tərəf məhkəməyə müraciət edə bilər.

Əgər nikahın bağlanmasına qanuna görə mane olan hallar barədə məlumatı olmayan şəxs varsa, həmin şəxs də bu hüquqa malikdir. Bundan başqa, əvvəlki nikahı pozulmamış ər və ya arvad, 12-ci maddədə göstərilən tələblər pozulduqda hüquqları zərər çəkmiş digər şəxslər, müvafiq icra hakimiyyəti, saxta nikah bağlandığını bilməyən tərəf və ya ağır xəstəliyi gizlədilmiş ər və ya arvad da nigahın etibarsız sayılmasını tələb edə bilər.

 Məhkəmə niah yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şəxslə bağlanmış nikah işlərinə baxarkən mütləq müvafiq icra hakimiyyətini də (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) prosesə cəlb edir.

Bəzi hallarda nikahı etibarsız edən səbəblər sonradan aradan qalxa bilər. Ailə Məcəlləsinin 27-ci maddəsinə əsasən, əgər nikahın etibarsız sayılmasına səbəb olan hallar məhkəməyə müraciət olunmadan və ya işə baxılanadək aradan qalxarsa, məsələn, nikah bağlanarkən yetkinlik yaşına çatmayan şəxs bu müddətdə yetkinlik yaşına çatar və nikahı davam etdirmək istəsə, məhkəmə nikahı həmin vaxtdan etibarlı hesab edə bilər.

Eyni zamanda, saxta nikaha daxil olmuş şəxslər məhkəmə işinə baxılana qədər faktiki olaraq ailə həyatı qurublarsa, bu nikah artıq saxta hesab edilə bilməz. Lakin qanunla qadağan olunmuş qohumluq halları mövcuddursa və ya nikah bağlanarkən tərəflərdən birinin başqa şəxslə mövcud nikahı varsa, bu nikah heç bir halda etibarlı sayıla bilməz.

Nəticə olaraq, əgər nikah etibarsız sayılarsa, o, bağlandığı gündən hüquqi nəticələr doğurmur və sanki heç vaxt mövcud olmayıb kimi qəbul edilir. Lakin yaxşı niyyətlə ailə həyatı qurmaq istəyən tərəfin, xüsusilə də uşaqların hüquqları qanunla qorunur.

Bu qaydalar vətəndaşların hüquqlarını müdafiə etmək, saxta, məcburi və qanunsuz nigahların qarşısını almaq məqsədi daşıyır. Buna görə də nikaha daxil olmamışdan əvvəl qanunda nəzərdə tutulan yaş, sağlamlıq, razılıq və digər hüquqi tələblər mütləq şəkildə nəzərə alınmalıdır.

6. Nikahın etibarsız sayılmasının nəticələri

050ea421 6ddd 42d7 aea8 1976441c5b53

Nikah məhkəmə qaydasında etibarsız hesab edildikdə, onun hüquqi nəticələri adi nikahdan fərqli olur. Ailə Məcəlləsinin 28-ci maddəsinə əsasən, etibarsız sayılmış nikah əsasən ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Yəni belə nikah bağlanmış şəxslər rəsmi olaraq ər və arvad hesab olunmur, aliment, miras və digər ailə-hüquqi öhdəliklər yaranmır.

Lakin qanun bəzi istisna hallarda tərəflərin, xüsusilə də vicdanlı tərəfin hüquqlarını qoruyur.

Birgə yaşadıqları müddətdə əldə etdikləri əmlak adi nikahdakı kimi birgə mülkiyyət hesab edilmir. Ailə Məcəlləsinin 28.2-ci maddəsinə əsasən, belə hallarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət qaydaları tətbiq olunur. Yəni əmlak tərəflərin faktiki töhfəsinə görə bölünür.

Niah əsasında bağlanmış müqavilələr də etibarsız hesab olunur. Ailə Məcəlləsinin 28.3-cü maddəsinə görə, etibarsız nikahla bağlı bağlanmış nikah müqaviləsi qüvvədən düşür.

Vacib məqam odur ki, nikahın etibarsız sayılması uşaqların hüquqlarına təsir etmir. Ailə Məcəlləsinin 28.4-cü maddəsinə əsasən, belə nikahdan doğulan və ya nigah etibarsız sayıldığı gündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqları tam qorunur və onlar nikahda doğulan uşaqlar kimi qanunla eyni statusa malikdirlər.

Məhkəmə həmçinin vicdanlı tərəfin hüquqlarını müdafiə edə bilər. Ailə Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, əgər nikah bağlanarkən hüquqları pozulmuş ər və ya arvad olubsa, məhkəmə digər tərəfdən onun saxlanması üçün aliment təyin edə bilər. Həmçinin birgə əldə olunan əmlakın bölgüsündə bəzi hallarda nikah dövründəki qaydaları tətbiq edə və nigah müqaviləsini tam və ya qismən etibarlı hesab edə bilər.

Nikah etibarsız sayıldıqda tərəflərdən biri digərinə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilər. Bu məsələ mülki qanunvericiliyə uyğun həll edilir (Ailə Məcəlləsinin 28.6-cı maddəsi).

Bundan başqa, Ailə Məcəlləsinin 28.7-ci maddəsinə əsasən, nikah qeydə alınarkən dəyişdirilmiş soyad saxlanıla bilər. Yəni tərəf istəsə, nikah zamanı aldığı soyadı saxlaya bilər.

Nəticə olaraq, etibarsız sayılan nikah hüquqi cəhətdən mövcud olmamış kimi qəbul olunur. Amma uşaqların və vicdanlı tərəfin hüquqları qanunla qorunur, vurulan ziyanın ödənilməsi, aliment və bəzi hallarda əmlak bölgüsü təmin edilir. Bu qaydalar vətəndaşları saxta və qanunsuz nikahlardan qorumağa, eyni zamanda, hüquqları pozulan şəxslərə ədalətli müdafiə verməyə yönəlib.

7. Nigahın məhkəmə qaydasında pozulması

nnnnnnn 1

Nigahın pozulması yalnız bəzi hallarda müvafiq icra hakimiyyəti orqanında, yəni qeydiyyat şöbəsində həyata keçirilə bilər. Əgər qanunda nəzərdə tutulan şərtlər mövcuddursa, nigah mütləq məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 19-cu maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya tərəflərdən biri nigahın pozulmasına razı olmadıqda, bu məsələ yalnız məhkəmənin qərarı ilə həll edilir.

Həmçinin ər-arvad nigahı qarşılıqlı razılıqla pozmağa razı olsa belə, onlardan biri qeydiyyat orqanına gəlməkdən yayındıqda və ya ərizə verməkdən imtina etdikdə də nigahın pozulması məhkəmə yolu ilə aparılır. Lakin boşanma üçün məhkəməyə müraciət etməzdən əvvəl mütləq mediasiya təşkilatına müraciət edilməli, əgər mübahisəyə dair mediasiya təşkilatındada razılıq əldə edilməzsə, məhkəməyə müraciət edilməlidir.

Ailə Məcəlləsinin 20-ci maddəsinə əsasən, tərəflərdən biri nigahın pozulmasına razı olmadıqda, məhkəmə nigahın saxlanmasının və birgə ailə həyatının mümkün olub-olmadığını araşdırır. Əgər birgə yaşama və ailəni qoruma imkanı qalmayıbsa, məhkəmə nigahı pozur. Lakin məhkəmə barışıq üçün tərəflərə 3 aya qədər möhlət verə bilər. Bu müddətdə barışıq baş tutmazsa və tərəflərdən biri yenə nigahın pozulmasında təkid edərsə, məhkəmə nigahı mütləq şəkildə pozur.

Əgər ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları varsa və ya qeydiyyat şöbəsində pozulması mümkün olmayan digər hallar mövcuddursa, amma hər iki tərəf nigahın pozulmasına razıdırsa, bu zaman da məsələ məhkəmə tərəfindən həll edilir. Ailə Məcəlləsinin 21-ci maddəsinə əsasən, belə halda məhkəmə nigahın pozulma səbəblərini araşdırmadan qərar qəbul edir. Bununla yanaşı, ər-arvad uşaqların kimlə qalması və aliment məsələləri ilə bağlı öz aralarında razılığa gəlib saziş tərtib edə və bunu məhkəməyə təqdim edə bilər. Əgər belə saziş təqdim olunmazsa və ya təqdim edilən razılaşma uşaqların maraqlarını pozursa, məhkəmə uşaqların və ehtiyacı olan ər-arvadın hüquqlarını qorumaq üçün ayrıca tədbirlər görür. Nigahın məhkəmə yolu ilə pozulması ərizə verildiyi gündən ən tez 1 ay sonra rəsmiləşdirilə bilər.

Məhkəmə nigahı pozarkən yalnız nigahın xitamını müəyyən etmir, həm də ailə ilə bağlı mühüm məsələləri həll edir. Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən, məhkəmə nigahı pozmaqla yanaşı aşağıdakı məsələləri də müəyyənləşdirir:

  • yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalacağını,
  • uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulacağını,
  • ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsünü (əgər tərəflərdən biri bunu tələb edirsə),
  • boşanmadan sonra əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan ər-arvad üçün saxlanma vəsaitinin miqdarını.

Əgər əmlak bölgüsü zamanı üçüncü şəxslərin mənafeyi zərər çəkirsə, məhkəmə həmin bölgü məsələsini ayrıca icraata ayıra bilər.

Beləliklə, nigahın məhkəmə qaydasında pozulması həm nigahın rəsmən xitamını, həm də uşaqların, ər-arvadın və əmlakın hüquqi taleyini həll edən geniş prosesdir. Məhkəmə yalnız tərəflərin istəklərini deyil, eyni zamanda uşaqların və ehtiyacı olan tərəfin maraqlarını nəzərə alır və qanuna uyğun ədalətli qərar çıxarır.

8. Ailə məcəlləsi boşanma

bosanma 1

Nigaha xitam verilməsi, yəni boşanma, yalnız qanunda nəzərdə tutulan əsaslarla həyata keçirilə bilər. Ailə Məcəlləsinin 14-cü maddəsinə əsasən, nigah aşağıdakı hallarda xitam olunur:

  • Ər və ya arvad vəfat etdikdə və ya məhkəmə qaydasında ölmüş elan edildikdə nigah avtomatik olaraq xitam edilir.
  • Ərin, arvadın və ya hər ikisinin qarşılıqlı ərizəsi əsasında, həmçinin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan elan edilmiş şəxsin qəyyumunun müraciəti ilə nigaha xitam verilə bilər.

Ailə Məcəlləsinin 15-ci maddəsinə görə, ər arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il ərzində arvadın razılığı olmadan boşanma barədə iddia qaldıra bilməz. Bu, qadının və yeni doğulmuş uşağın maraqlarını qorumaq məqsədi daşıyır.

Nigaha xitam verilməsi həm müvafiq icra hakimiyyəti orqanında (yəni qeydiyyat şöbəsində), həm də məhkəmə qaydasında aparıla bilər. Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən, hansı halda boşanmanın məhkəmə yolu ilə və ya qeydiyyat orqanında aparılacağı bu Məcəllənin 17–21-ci maddələrində göstərilən hallardan asılıdır.

Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən isə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları yoxdursa və hər iki tərəf boşanmağa razıdırsa, nigaha qeydiyyat şöbəsində xitam verilə bilər.

Bundan əlavə, yetkinlik yaşına çatmayan uşaqların olub-olmamasından asılı olmayaraq aşağıdakı hallarda da tərəfin biri təkbaşına müraciət edərək boşanmanı qeydiyyat şöbəsində rəsmiləşdirə bilər:

  • Ər və ya arvad məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
  • Ər və ya arvad məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan elan edildikdə;

Bu hallarda nigaha xitam ərizə verildikdən 1 ay sonra qeydiyyat orqanı tərəfindən rəsmiləşdirilir və boşanma haqqında şəhadətnamə verilir. Nigahın pozulmasının dövlət qeydiyyatı yalnız qanunla müəyyən edilmiş qaydada aparıla bilər. Nikahın pozulmasının qeydə alınması zamanı nikahın pozulması haqqında şəhadətnamənin verilməsi üçün dövlət rüsumu 20 manat təşkil edir.

Lakin Ailə Məcəlləsinin 18-ci maddəsinə görə, əgər boşanma ilə əlaqədar əmlak bölgüsü, uşaqların kimlə qalması, aliment ödənilməsi və ya digər mübahisəli məsələlər yaranarsa, bu məsələlər mütləq məhkəmə tərəfindən həll edilir.

9. Boşanma ərizəsi necə yazılır?

40b598bb d777 4fe2 894b 6a315301ac41 2

Boşanma üçün mediasiya təşkilatına ərizə və məhkəməyə iddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button