
Hərbi xidmətdən boyun qaçırmağın məsuliyyəti nədir?
1. Hərbi xidmətə çağırış yaş həddi

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən çağırışaqədər yaş həddində olan vətəndaşlar dedikdə ilkin hərbi qeydiyyata alınma yaş həddində olan Azərbaycan Respublikasının vətəndaşları başa düşülür. İlkin hərbi qeydiyyata alınma yaş həddi 15 yaşdır.
Belə ki, hər il yanvar-may ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə ilkin hərbi qeydiyyata alınmalıdırlar.
Çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarıdırlar.
Müddətli həqiqi hərbi xidmətə – Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.
Çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməlidirlər.
2. Hərbi xidmətdən yayınma

2.1. İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma
İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.
Belə ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməməsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulur.
Buna görə inzibati məsuliyyət 16 yaşdan yaranır.
2.2. Hərbi xidmət keçməkdən boyun qaçırma inzibati məsuliyyət
İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə üzrlü səbəblər olmadan gəlməməsi inzibati məsuliyyətə səbəb olur. Həmin inzibati xətaya görə aşağıdakı inzibati tənbeh növlərindən biri tətbiq edilir:
300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur.
Həmin inzibati xətanı törədən şəxs onun barəsində məhkəmə qərar qəbul edənədək aidiyyəti orqana gəldikdə inzibati məsuliyyətdən azad olunur.
İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta işinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən baxılır.
Həmin Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta işinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti tərəfindən baxılır.
2.3. Hərbi xidmət keçməkdən boyun qaçırma cinayət məsuliyyəti
Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
2.3.1. Cinayətin subyekti
Cinayət Məcəlləsinin 321-ci maddəsində nəzərdə tutulmuş növbəti hərbi çağırışdan boyun qaçırma cinayətinin subyekti (yəni bu cinayəti törədən şəxs) müddətli hərbi xidmətə (MHX) və ya zabitlərin həqiqi hərbi xidmətinə çağırılan və ya səfərbərlik üzrə çağırılan Azərbaycan Respublikası vətəndaşlarıdır.
MHX -ə – Azərbaycan Respublikasının 18 yaşına çatmış sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları, zabitlərin həqiqi hərbi xidmətinə – müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər çağırılırlar.
Vətəndaşlığı olmayan şəxslər və ya xarici vətəndaşlar (əcnəbilər) həmin cinayətə görə məsuliyyətə cəlb edilə bilməzlər.
Azərbaycan Respublikası vətəndaşı xaricdə yaşasa da, bu cinayətə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Qeydiyyatdan keçmək üçün vətəndaşların müəyyən olunmuş müddətdə üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməmələri hərbi xidmətdən boyun qaçırma kimi qiymətləndirilə bilməz.
2.3.2. Hərbi xidmətdən boyun qaçırmaya görə məsuliyyətin yaranması əsası
Buna görə cinayət məsuliyyəti o zaman yaranır ki, həmin cinayəti törədən şəxslər müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatı internet və ya qısa mesaj (SMS) vasitəsilə almalarına və yaxud başqa üsullarla əvvəlcədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq üzürlü səbəblər olmadan göstərilmiş müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (https://www.seferberlik.gov.az/az) yerli idarə, şöbə və bölmələrinə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar.
Belə ki, hərbidən boyun qaçırmağa məsuliyyət yalnız Azərbaycan Respublikası Prezidentinin şəxslərin hərbi xidmətə çağırılması haqqında sərəncamında göstərilən müddətdə üzrlü səbəb olmadan aidiyyəti orqana gəlmədiyi halda yaranır.
2.3.3. Üzrlü səbəblər hansılardır?
Azərbaycan Respublikası Prezidentinin şəxslərin hərbi xidmətə çağırılması haqqında sərəncamı ilə müəyyən edilmiş müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməyin üzrlü səbəbləri çağırışçının xəstəliyi (tibb müəssisəsinin xəstəlik barədə tibbi arayışı əsasında) və ya fövqəladə və ya digər qarşısı alına bilinməyən hallardır (bu zaman şəxsən gəlməməyin mümkün olmaması çağırışçının yaşayış yeri üzrə aiddiyyəti orqan təsdiq edilməlidir).
Həmin cinayəti hərbi xidmətə çağırılma haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı qüvvəyə mindikdən sonra şəxsin müvafiq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlmədiyi halda, sərəncamda göstərilən hərbi xidmətə çağırışın sonuncu günü bitmiş hesab edilir.
Həmin müddətdən sonra xidmət keçməkdən boyun qaçıranın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməsi cinayətdən könüllü imtina etmə kimi deyil, cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər.
Cinayət Məcəlləsinin 321-ci maddəsində nəzərdə tutulan cinayətin (hərbi xidmət keçməkdən boyun qaçırma) istintaqı prokurorluq orqanları tərəfindən aparılır.
3. Hərbi xidmətdən yayınma cəzası

3.1. İnzibati məsuliyyət:
İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə gəlməməsinə görə – 100 manat məbləğində cərimə nəzərdə tutulur.
3.2. İnzibati məsuliyyət:
Çağırışçıların və hərbi vəzifəlilərin qanunla nəzərdə tutulmuş hallarda həqiqi HHX-ə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə üzrlü səbəblər olmadan gəlməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur.
3.3. Cinayət məsuliyyəti:
Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə;
Eyni əməl müharibə vaxtı törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
4. Hərbidən yayınma cəzası

Hərbidən yayınma həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilər.
4.1. Bu hal inzibati məsuliyyətə səbəb olduqda:
Buna görə 100 manat məbləğində cərimə tətbiq olunur.
HHX-ə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə üzrlü səbəblər olmadan gəlməməyə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur.
4.2. Bu hal cinayət məsuliyyətinə səbəb olduqda:
Qanuni əsas olmadan hərbidən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməl müharibə vaxtı törədildikdə 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
5. 321.1 maddə

Hərbi xidmət keçməkdən boyun qaçırma Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır.
“Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun Qərarına əsasən bu cinayət tərkibi o halda yaranmış hesab olunur ki, həmin cinayəti törədən şəxslər MHHX-lərini hansı hərbi hissədə keçmələri barədə məlumatı internet və ya qısa mesaj (SMS) vasitəsilə almalarına və yaxud başqa üsullarla əvvəlcədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq üzürlü səbəblər olmadan göstərilmiş müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar.
Habelə, hərbidən boyun qaçırmaya görə məsuliyyət yalnız Azərbaycan Respublikası Prezidentinin şəxslərin hərbi xidmətə çağırılması haqqında sərəncamında göstərilən müddətdə üzrlü səbəb olmadan aidiyyəti orqana gəlmədiyi halda yaranır.
Bu cinayətin subyekti Cinayət Məcəlləsinin 321-ci maddəsində nəzərdə tutulmuş növbəti hərbi çağırışdan boyun qaçırma cinayətinin subyekti hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən MHX-ə və ya zabitlərin HHX-ə çağırılan və ya səfərbərlik üzrə çağırılan Azərbaycan Respublikası vətəndaşlarıdır.
MHX-ə – Azərbaycan Respublikasının 18 yaşına çatmış sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları, zabitlərin HHX-ə – müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər çağırılırlar.
Vətəndaşlığı olmayan şəxslər və əcnəbilər bu cinayətin subyekti hesab edilmirlər.
Azərbaycan vətəndaşının xaricdə yaşaması da onun cinayət məsuliyyətinə cəlb edilməyəcəyi anlamına gəlmir. Yəni Azərbaycan vətəndaşı xaricdə yaşasa da, cinayət məsuliyyətinə cəlb oluna bilər.
Bu cinayətə görə aşağıdakı cəza tətbiq edilir:
Hərbidən boyun qaçırmağa görə 2 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Bu əməl müharibə vaxtı törədildikdə 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə tətbiq edilir.
6. Hərbi xidmətdən yayınanlar

Hərbidən yayınma həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilər.
İnzibati məsuliyyət yarandığı halda bu əməlin subyektləri çağırışçılar və hərbi vəzifəlilərdir.
Cinayət məsuliyyəti yarandığı halda Cinayət Məcəlləsinin 321-ci maddəsində nəzərdə tutulmuş növbəti hərbi çağırışdan boyun qaçırma cinayətinin subyekti isə hərbiyə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən MHX və ya zabitlərin HHX-ə çağırılan və ya səfərbərlik üzrə çağırılan Azərbaycan Respublikası vətəndaşlarıdır.
Hərbidən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma məqsədi ilə vəzifəli şəxsə rüşvət vermə Cinayət Məcəlləsinin 321-ci və 312-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusunu yaradır.
7. Fərarilik nədir?

Fərarilik dedikdə aşağıdakılar başa düşülür:
-yəni hərbi qulluqçunun müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi),
-eləcə də başqa hərbi hissəyə dəyişdirilərkən, təyinat alarkən, ezamiyyətdən, məzuniyyətdən və ya müalicə müəssisəsindən qayıdarkən eyni məqsədlə hərbi hissəyə və ya xidmət yerinə gəlməməsi.
Fərarilik cinayəti o zaman başa çatmış hesab olunur ki, hərbi qulluqçu hərbidən boyun qaçırma məqsədilə hərbi hissənin mövqeyini və ya xidmət yerini özbaşına buraxıb getmiş olsun, yaxud 3 aydan artıq müddətdə xidmət yerinə qayıtmasın.
Əgər hərbi qulluqçu hərbidən boyun qaçırmaq məqsədilə hərbi hissəni (xidmət yerini) özbaşına buraxıb getmişsə, lakin əvvəlki niyyətindən imtina edərək hərbi hissəyə (xidmət yerinə) qayıtmışdırsa, bu hal cinayəti törətməkdən könüllü imtina kimi deyil, təqsirini boynuna almaqla könüllü gəlmə kimi qiymətləndirilməlidir.
Hərbi hissəni (xidmət yerini) özbaşına tərk etmə və ya fərarilik ayrı-ayrı hallarda komandirlərin (rəislərin) qanuna zidd əmrləri, nizamnamədən kənar rəftar edilməsi, mütəmadi surətdə hörmətsizlik, fiziki və psixi məcburiyyət və bu kimi digər hərəktlərlə əlaqədar ola bilər. Bu hallar araşdırılımalıdır.
Hərbi qulluqçu hərbi hissəni (xidmət yerini) özbaşına tərk edərkən və ya fərarilik edərkən, xidməti istifadə üçün ona verilmiş odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını və ya partlayıcı maddələri və qurğuları mənimsəmək, satmaq və ya istədiyi kimi onun üzərində başqa cür sərəncam vermək məqsədilə özü ilə apararsa, onun əməli Cinayət Məcəlləsinin 333 (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) və ya 334 (fərarilik), eləcə də 232-ci (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə maddələri ilə tövsif olunmalıdır.
Hərbi qulluqçu hərbidən boyun qaçırmaq məqsədilə, yaxud belə məqsədi olmadan hərbi hissəni (xidmət yerini) tərk edərkən, xidməti istifadə üçün ona verilmiş nəqliyyat vasitəsini və ya digər hərbi əmlakı öz mülkiyyətinə və ya başqa şəxsin mülkiyyətinə keçirmək məqsədilə özü ilə apararsa, onun hərəkəti hərbi hissəni (xidmət yerini) tərk etmə və ya fərarilik, eləcə də özgə əmlakını mənimsəmə kimi tövsif olunmalıdır.
Həqiqi hərbi xidmətə çağırışdan və səfərbərlik üzrə çağırışdan boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik cinayətlərində təqsirli bilinmiş şəxslərə cəza təyin edərkən məhkəmələr cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla cəzanın fərdiləşdirilməsinə xüsusi diqqət yetirməlidirlər.
Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən olunarkən cinayətin törədildiyi bütün hallar (motiv, şərait və s.) nəzərə alınmalıdır.
8. Fərarilik maddəsi

Cinayət Məcəlləsinin 334.1-ci maddəsinə əsasən fərarilik, yəni hərbi qulluqçunun müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi) 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xidməti istifadə üçün verilmiş silahı, döyüş sursatını və ya partlayıcı maddələri oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik etmə, habelə bir qrup şəxs tərəfindən fərarilik etmə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ağır şərait zəminində bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
“Ağır şərait” dedikdə hərbi qulluqçunun yaxın qohumlarının gözlənilməz ağır xəstəliyi, ciddi ailə münaqişələri, hərbi qulluqçunun yaxın qohumlarının yaşadığı yerdə baş vermiş təbii fəlakət və bu kimi hallar başa düşülür.
9. Hüquqi məsləhət

Hərbi məsələlər üzrə hüquqi dəstək göstərilməsi, habelə, ərizə, iddia ərizəsi və ya şikayətlərin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın