Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Digər

Güzəştli ipoteka krediti necə əldə edə bilərəm?

1. Güzəştli şərtlərlə ipoteka krediti

Güzəştli ipoteka – dövlət tərəfindən dəstəklənən və müəyyən sosial kateqoriyalara mənzil almaq üçün verilən aşağı faizli və uzunmüddətli ipoteka kreditidir. Bu kreditlər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilir.

2. Güzəştli ipoteka kimlərə verilir?

WhatsApp Image 2025 07 26 at 18.13.42 1 1

İpoteka kreditləri üzrə güzəştlərdən müəyyən qrup şəxslər istifadə edə bilər. Habelə, güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. Güzəştli ipoteka kreditindən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
şəhidin övladları;
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;
Azərbaycanın Milli Qəhrəmanının övladları;
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
şəhid ailəsinin üzvü (əri/arvadı).
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı).
Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı)

3. Güzəştli ipoteka şərtləri

Güzəştli ipoteka – dövlət tərəfindən dəstəklənən və müəyyən sosial kateqoriyalara mənzil almaq üçün verilən aşağı faizli və uzunmüddətli ipoteka kreditidir. Bu kreditlər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilir və onlardan yararlanmaq üçün aşağıdakı əsas şərtlərə əməl olunmalıdır:
Kredit yalnız Azərbaycan vətəndaşına veriliryalnız Azərbaycan manatı ilə rəsmiləşdirilə bilər.
Kredit yalnız yaşayış sahəsi almaq üçün verilir. Həmin mənzilin və ya evin mülkiyyət hüququ dövlət qeydiyyatında olmalıdır.
İlkin ödəniş və kredit məbləği ilə bağlı məhdudiyyətlər var:
Güzəştli ipoteka ilə alınan mənzilin maksimum 90%-i kreditlə qarşılanır.
Qalan 10%-lik hissəni vətəndaş özü ödəməlidir.
Digər ipoteka kreditlərində bu nisbət 85%-dən artıq ola bilməz.
Kredit üzrə aylıq ödənişlər borcalanın (və ya birgə borcalanların) ümumi gəlirinin 70%-dən çox olmamalıdır. Amma bəzi istisna hallar mümkündür.
Ailə üzvlərinin saxlanılması üçün ayrılan vəsait, ölkədə müəyyən olunmuş yaşayış minimumunun azı 50%-i qədər nəzərə alınmalıdır.
Kreditin ödəniş müddəti ərzində borcalanın yaşı pensiya yaşını keçməməlidir.
Alınan mənzil ipoteka kimi banka girov qoyulmalıdır.
Mənzil yalnız Fond tərəfindən təsdiqlənmiş qiymətləndirici şirkət tərəfindən qiymətləndirilməlidir.
Kredit üzrə ödənişlər aylıq və bərabər hissələrlə aparılır (annuitet üsulu).
Mənzil və borcalan sığortalanmalıdır:
Mənzil bazar qiyməti əsasında sığorta olunur.
Borcalanın həyatı da kredit məbləği qədər sığorta olunmalıdır.
Borcalanın adı hazırda problemli (gecikmiş) kreditlərdə olmamalıdır.
Eyni anda bir şəxs:
yalnız bir ipoteka üzrə əsas borcalan,
və yalnız bir ipoteka üzrə digər borcalan ola bilər.
Əsas borcalan – mənzilin sahibi olan şəxsdir.
Digər borcalan – əsas borcalanla birgə məsuliyyət daşıyan və gəlirləri nəzərə alınan şəxsdir (yalnız yaxın ailə üzvləri ola bilər – ər/arvad, valideyn, övlad).
Alınan mənzilin mülkiyyət hüququ yalnız borcalanlardan birinin adına rəsmiləşdirilməlidir.
İpoteka krediti yalnız fərdi yaşayış evləri, bağ evləri və 1970-ci ildən sonra tikilmiş binalarda yerləşən mənzillər üçün verilir.
Kredit tam ödənilənədək bu mənzili başqa şəxsə satmaq və ya bağışlamaq (yəni özgəninkiləşdirmək) olmaz. Bu, yalnız xüsusi hallar istisna olmaqla mümkündür.
Bir yaşayış sahəsinin yalnız bir hissəsini ipoteka predmeti etmək mümkün deyil – ümumi paylı mülkiyyətdə olan mənzilin bir hissəsi ipoteka kimi verilə bilməz.
 
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim olunan ipoteka kreditləri və güzəştli ipoteka kreditləri arasında müəyyən fərqlər mövcuddur. Aşağıda bu kredit növləri üzrə əsas şərtlər göstərilmişdir:
1. Kreditin maksimal məbləği
Adi ipoteka krediti üzrə maksimum məbləğ – 150 000 manat
Güzəştli ipoteka krediti üzrə maksimum məbləğ – 100 000 manat
2. Kreditin maksimal müddəti
Adi ipoteka krediti25 ilədək
Güzəştli ipoteka krediti30 ilədək
3. Minimal ilkin ödəniş
Adi ipoteka krediti üçün ilkin ödəniş mənzilin qiymətinin ən azı 15%-i,
Güzəştli ipoteka krediti üçün isə ən azı 10%-i qədər olmalıdır.
İpoteka kreditləri üzrə illik faiz dərəcəsi, kreditin dövlət zəmanəti ilə verilib-verilməməsindən asılı olaraq dəyişir. Bu baxımdan, 2025-ci il üçün aşağıdakı faiz dərəcələri müəyyən olunub:
Adi ipoteka krediti:
Zəmanətsiz: 8%
Zəmanətli: 7%
Güzəştli ipoteka krediti:
Zəmanətsiz: 4%
Zəmanətli: 3,7%
Qeyd edilməlidir ki, bu faizlər maksimal hədd olaraq müəyyən edilib. Bəzi banklar rəqabətli bazar şəraitində daha aşağı faiz dərəcələri də təklif edə bilərlər. Lakin belə hallarda mütləq İpoteka və Kredit Zəmanət Fondunun təsdiqimüvafiq prosedurlara uyğunluq tələb olunur.

4. 4 faizli ipoteka kimlərə verilir?

Güzəştli ipoteka kreditindən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır:
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
şəhidin övladları;
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;
Azərbaycanın Milli Qəhrəmanının övladları;
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları(“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
şəhid ailəsinin üzvü (əri/arvadı).
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı).
Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı)
 

5. Güzəştli ipoteka üçün müraciət

Müraciətlər “Elektron ipoteka və kredit zəmanət “sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya Asan İmza vasitəsilə edilməlidir.

Bir məqama diqqət yetirməlisiz ki, elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notebook vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button