Digər

Evini müqaviləsiz kirayə verənləri hansı cəza gözləyir?

1.Ödənilməli vergi miqdarı

Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən 14% ilə vergini özü ödəyir. Bu, o deməkdir ki, evini 400 manat kirayə vermiş şəxs aylıq 56 manat vergi ödəməlidir.

Evi kirayəyə götürən şəxs vergi ödəyicisi olduğu halda(məslən şirkətə ofisinizi,evinizi kirayə verirsiniz) isə ev sahibinə ödədiyi icarə haqqından 14 faizini vergi olaraq çıxaraq yerdə qalanını ev sahibinə ödəməlidir. Bu halda kirayəçi 400 manatın 56 manatını çıxıb qalan 344 manatı ev sahibinə ödəyəcək.

2.Məsuliyyət

Hər bir halda mənzil kirayə verilərkən vergi uçotuna alınmalıdır. Vergi Məcəlləsinin 58-ci maddəsinə görə, vergi orqanlarında uçota düşməməyə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Həmçinin vergi ödəyicisinə əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına müəyyən olunmuş müddətdə hesabat təqdim etmədiyinə görə də 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
Verginin hesabatda göstərilən məbləği real məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa, azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu, o deməkdir ki, azaldılmış və ya yayındırılmış vergi 400 manatdırsa, bu məbləğ büdcəyə ödənilməklə bərabər, 200 manat da cərimə tətbiq olunur.

3.Misal ilə izah

Məsələn, siz 1 ildir evinizi müqaviləsiz 100 manatdan kirayə verirsinizsə 1200 manat qazanc əldə etmiş olursunuz. Bu halda siz 1200 manatı büdcəyə ödəməklə bərabər, əlavə olaraq 600 manat da cərimə ediləcəksiniz. Yəni, 1200 manat qazanca görə 1800 manat və vergi orqanlarında uçota düşməməyə görə(40 manat), müəyyən olunmuş müddətdə hesabat təqdim etmədiyinə görə(40 manat) ümumi cərimə olunacaqsınız.

4.Kirayə müqaviləsinin vacibliyi

Kirayə müqaviləsi notarial təsdiq edildikdə hüquqi qüvvəyə malik olur. Vətəndaşları gələcəkdə problemlərlə üzləşməmək üçün rəsmi müqavilə bağlamalarını tövsiyə edirik. Kirayə müqaviləsinin hazırlanması zamanı isə hüquqşünaslara müraciət etməklə sizin mənfəətlərinizə uyğun müqavilə tərtib etdirə bilərsiniz.

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button