
Əfv Komissiyasına müraciətin ətraflı izahı
1. Əfvetmə nədir?

Əfvetmə Cinayət Məcəlləsinin 82-ci maddəsinə əsasən fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən fəaliyyətdir.
Əfv Komissiyası əfvlə bağlı müraciətləri qəbul edir, hüquqi təhlil edir və məhkum olunmuş şəxslərin əfv edilməyə tövsiyə olunması və ya tövsiyə olunmaması barədə qərarlardan biri qəbul edir. Əfvetmə barədə baxılmış müraciətlər və Komissiyanın tövsiyələri Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir.
Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə:
1. məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə bilər;
2. məhkuma təyin olunmuş cəzanın müddəti azaldıla bilər;
3. məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
Əfvetmə haqqında Prezidentin sərəncamı ilə həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
1.1. Əfvetmə kimlərə tətbiq oluna bilər?
“Əfvetmə haqqında” Əsasnaməyə əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.
Əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil. Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür.
1.2. Şərti cəza nədir?
Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən şərti azadlığa buraxılma aşağıdakı cəzaları çəkən məhkumlara şamil edilir:
İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə.
Belə ki, məhkəmə həmin cəza növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
1.3. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə
Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum:
1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını;
2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini;
3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini,
4. habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər.
1.4. Ev dustaqlığı nədir?
Cinayət Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən ev dustaqlığı cəza növü deyil, cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi ilə tətbiq edilən qətimkan tədbiridir.
Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:
1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;
2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;
3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;
4. məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək.
Əgər təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında daimi yaşayış yeri yoxdursa, tətbiq edilmir.
1.5. Ev dustaqlığı qətimkan tədbiri
Ev dustaqlığı qətimkan tədbiri yalnız təqsirləndirilən şəxs barəsində seçilə bilər.
Ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər.
Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər.
2. Əfvetmə haqqında əsasnamə

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının fəaliyyətini və əfvetmə prosedurunu təkmilləşdirmək üçün Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli, 538 nömrəli Fərmanı ilə “Əfvetmə haqqında” Əsasnamə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla, fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur.
Əfvetmə, bir qayda olaraq, bu Əsasnamənin müddəalarına uyğun olaraq həyata keçirilir. Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası

İnsan hüquq və azadlıqlarının təmin olunmasında mühüm yer tutan strukturlardan biri Əfv Məsələləri Komissiyasıdır.
Azərbyacan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası Prezident Administrasiyası yanında fəaliyyət göstərən orqandır. Belə ki, Əfv Komissiyası Prezident tərəfindən yaradılır.
Əfv Komissiyasının əsas məqsədi Prezidentə əfv sərəncamlarının verilməsi ilə bağlı təqdimatlar hazırlamaq, daxil olan müraciətləri təhlil etmək və bu sahədə hüquqi əsaslarla rəy verməkdir.
Əfv Komissiyasının əsas funksiyalarından biri əfv müraciətlərinin qəbul edilməsidir.
3.1. Əfvetmə barədə kimlər müraciət edə bilər?
Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi (vəkilləri), nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər, həmçinin, Milli Məclisin deputatı, insan hüquqları üzrə müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da vəsatəti verə bilərlər.
Müraciət Prezidentə ünvanlanır onun ilkin araşdırılması və hüquqi təhlili Əfv Komissiyası tərəfindən həyata keçirilir.
Əfvetmə barədə məsələni həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı, insan hüquqlarına dair müvəkkili, cəzanı icra edən orqan, beynəlxalq və ya qeyri-hökumət təşkilatı da öz vəsatəti ilə qaldıra bilər.
Cinayət törədərkən 14 yaşından 18 yaşınadək olmuş və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum olunmuş şəxslərin əfv olunması barədə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar da vəsatət verə bilər.
Daxil olan müraciətlər sənədləşdirilir, sonra araşdırma mərhələsinə daxil olur. Bu mərhələdə məhkumun cəza çəkdiyi müəssisədən, hüquq-mühafizə orqanlarından və digər aidiyyəti qurumlardan məlumat əldə edilir.
Bu məlumatlara şəxsin keçmiş cinayətləri, cəza müddəti, davranışı, sağlamlıq durumu və ailə vəziyyəti də daxildir. Bütün bu faktorlar komissiya tərəfindən qiymətləndirilir və yekunda müvafiq rəy hazırlanır.
4. Əfv komissiyasının üzvləri

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası aşağıdakı tərkibdən ibarətdir:
Komissiyanın sədri:
- Samir Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Komissiyanın üzvləri:
- Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
- Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi
- Fərid Əhmədov – Azərbaycan Respublikasının Ədliyyə naziri
- Vilayət Eyvazov – Azərbaycan Respublikasının Daxili İşlər naziri
- Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
- Allahşükür Paşazadə – Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri
- Əhliman Əmiraslanov – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri
- Zahid Oruc – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri
- Fazil Mustafa – Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri
- Azay Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
- Mehriban Vəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
- Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
- Rəşad Məcidov – Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini
- Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
- Bəyimxanım Verdiyeva – “Xan Şuşinski” Fondunun rəhbəri
- Aygün Mikayılova – 132-134 nömrəli Təhsil Kompleksinin direktoru
Komissiyanın katibi
- Kəmalə İsmayılova – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə olunur ki, Əfv Komissiyasının iclaslarında iştirak etsinlər.
5. Əfv komissiyasının sədri

Hüquqşünaslar, dövlət qulluqçuları, ictimai xadimlər, hüquq-mühafizə orqanlarının nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri Əfv Komissiyasının tərkibinə daxil ola bilər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Əfv Məsələləri Komissiyasının sədridir. Əfv Komissiyasının 16 üzvü və 1 katibi də vardır. Komissiya ümumi 18 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərir.
Əfv Məsələləri Komissiyasının sədri:
1. əfvetmə barədə məsələ ilə bağlı Əfv Komissiyasına daxil olan müraciətləri və vəsaitləri öyrənir, Komissiyanın iclasını çağırır, onun keçirilmə tarixini və gündəliyini müəyyən edir;
2. Əfv Komissiyasının iclasına sədrlik edir, iclasda əfvetmə barədə məsələlərə hərtərəfli, tam və obyektiv baxılmasını təmin edir;
3. Əfv Komissiyasının iclasının protokolunu imzalayır (Komissiyanın üzvləri imzaladıqdan sonra);
4. Əfv Komissiyasının iclasından sonra əfvetmə barədə baxılmış müraciətləri və Komissiyanın tövsiyələrini Prezidentə təqdim edir.
6. Əfv komissiyası əlaqə

Əfv Məsələləri Komissiyası Prezident Administrasiyası nəzdində fəaliyyət göstərir. Aşağıdakı əlaqə vasitələrini təqdim edirik:
E-poçt: office@pa.gov.az Çağrı mərkəzi: 1111
Telefon: +99412 535 36 55; +99412 535 36 57
7. Əfv komissiyası ünvan

Əfv Məsələləri Komissiyası Prezident Administrasiyası nəzdində fəaliyyət göstərən orqandır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ünvanı: Bakı, İstiqlaliyyət küçəsi 19, Prezident Sarayı
Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin ünvanı: Bakı, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79
8. Əfv komissiyasına müraciət forması

Əfvetmə barədə müraciət (ərizə) məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər.
Əfvetmə barədə müraciət məhkum olunmuş şəxsin müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verildikdə, onun soyadı, adı, atasının adı, iş yeri və ya yaşadığı yer göstərilməlidir.
Əfvetmə barədə müraciət onu vermiş məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və yaxud qanuni nümayəndəsi tərəfindən imzalanmalıdır.
Müdafiəçi, nümayəndə və ya qanuni nümayəndə müraciətinə öz səlahiyyətlərini təsdiq edən sənəd də əlavə etməlidir.
8.1. Əfvetmə barədə müraciət (ərizə) hansı müddətlərdə verilə bilər?
1. islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra;
2. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;
3. ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;
4. ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra;
5. məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra.
8.2. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
1. məhkum olunmuş şəxsin soyadı, adı, atasının adı;
2. məhkum olunmuş şəxsin doğulduğu il, ay, gün və yer;
3. məhkum olunmuş şəxs barədə hökmü çıxarmış məhkəmənin adı, hökmün çıxarıldığı tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu (isə yuxarı instansiya məhkəmələrində baxılmışsa, həmçinin məhkəmələrdə işə baxılmasının nəticəsi barədə məlumat);
4. məhkum olunmuş şəxs barədə cəzanın növü, həddi, cəzanın çəkilməmiş müddəti və cəza çəkdiyi yer (məhkum olunmuş şəxs azadlıqdan məhrum olunmamışdırsa, həmçinin onun yaşadığı yer);
5. məhkum olunmuş şəxsin şəxsiyyəti, o cümlədən səhhəti və ailə vəziyyəti, habelə iş üçün əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar;
6. törədilmiş cinayətlərə bağlı şəxsin peşmançılıq çəkməsi, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər hallar.
8.3. Əfvetmə barədə ərizənin qəbulu və baxılmağa hazırlanması
Əfvetmə barədə ərizə və ya vəsatət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Əfv məsələləri sektorunda qeydiyyatdan keçirilir və yoxlanılır, mahiyyəti üzrə baxılmağa hazırlanır.
Əfv məsələləri sektoru daxil olmuş sənədləri və rəyləri ümumiləşdirir və məhkum olunmuş şəxsin əfv edilməsi məsələsinə dair ümumi arayış tərtib edir.
Əfv məsələləri sektoru ərizə və ya vəsatət daxil olduğu gündən 3 ay müddətində tərtib etdiyi əfvetmə barədə məsələ üzrə toplanmış sənədləri və ümumi arayışı mahiyyəti üzrə baxılmaq üçün Əfv Məsələləri Komissiyasına göndərir.
Əfvetmə barədə müraciət üzrə toplanmış sənədlər və Əfv məsələləri sektorunun ümumi arayışı Əfv Məsələləri Komissiyasına daxil olduqdan sonra Əfv Məsələləri Komissiyasının katibi:
1. əfvetmə barədə ərizəni və ya vəsatəti kompüter məlumat bankına daxil edir;
2. Əfv Məsələləri Komissiyasının iclasının gündəliyinin layihəsini hazırlayır, Əfv Məsələləri Komissiyasının sədrinə iclasın keçirilməsinin tarixi və gündəliyi barədə təkliflər verir və iclasa çıxarılan məsələlər üzrə sənədləri təqdim edir;
3. Əfv Məsələləri Komissiyasının hər bir üzvü Komissiyanın iclasına çıxarılan məsələlər üzrə müvafiq sənədləri hazırlayır və onları iclasdan 3 gün əvvəl Komissiya üzvlərinə təqdim edir;
4. Əfv Məsələləri Komissiyasının iclasında baxılan məsələlər barədə məlumat verir və Komissiya üzvlərinin suallarına cavab verir;
5. Əfv Məsələləri Komissiyasının iclasının protokolunun tərtib edilməsini təmin edir;
6. Əfv Məsələləri Komissiyasının məhkum olunmuş şəxslərin əfv edilməsinə dair məsələlər üzrə gəldiyi nəticədən asılı olaraq Komissiyanın protokolunda müvafiq qərarın əks etdirilməsini təmin edir;
7. Əfv Məsələləri Komissiyası sədrinin tapşırıqlarının icrasını təmin edir.
Əfv Məsələləri Komissiyasının sədri müracitələri və vəsatətləri öyrənir, iclaslar çağırır, əfvetmə barədə məsələlərə baxılmasını təmin edir, iclasının protokolunu imzalayır, əfvetmə barədə baxılmış müraciətləri və Komissiyanın tövsiyələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.
9. Əfv komissiyasının iclası

“Əfvetmə haqqında” Əsasnaməyə əsasən Məsələləri Komissiyasının iclası onun üzvlərinin azı 13 nəfəri iştirak etdiyi halda keçirilir.
Əfv Məsələləri Komissiyasının iclasında Ali Məhkəmənin sədri, Baş prokuroru və dəvət olunan digər şəxslər iştirak edə bilərlər.
Ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər barəsində Əfv Komissiyasının qərarları Komissiya üzvlərinin ümumi sayının üçdə iki hissəsi səs verdikdə, digər şəxslər barəsində isə sadə səs çoxluğu ilə qəbul edilir.
Əfvetmə barədə məsələ üzrə Əfv Komissiyası toplanmış sənədləri, Əfv məsələləri sektorunun ümumi arayışını, Ali Məhkəmənin və Baş Prokurorluğun əfvetmənin mümkünlüyü barədə rəylərini, digər sənədləri öyrəndikdən sonra müvafiq qərar qəbul edərkən aşağıdakı halları nəzərə alır:
1. törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməsini;
2. məhkumun şəxsiyyətini, o cümlədən əvvəlki məhkumluğunu, ailə vəziyyətini, səhhətini, yaşını;
3. cəza çəkdiyi müddətdə məhkum olunmuş şəxsin cəzanı icra edən orqana münasibətini, davranışını, əməyi, təhsilə və törətdiyi cinayətə münasibətini.
Əfv Komissiyası aşağıdakı qərarlardan birini qəbul edir:
Əfv Məsələləri Komissiyası insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanizm və kollegiallıq prinsiplərini rəhbər tutaraq aşağıdakı qərarlardan birini qəbul edir:
1. məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunması barədə;
2. məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunmaması barədə.
Əfvetmə barədə məsələlər Əfv Komissiyasının iclasında baxıldıqdan sonra Komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunur.
Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə bir qayda olaraq, 1 il keçdikdən sonra baxıla bilər.
Göstərilən müddət qurtaranadək Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə təkrar müraciətlər baxılmış əvvəlki müraciətin sənədlərinə əlavə olunur.
Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı mətbuatda dərc olunur.
10. Əfv komissiyası 2025

Əfv Komissiyası hazırda 18 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərir.
Əfvetmə barədə məsələ üzrə Əfv Komissiyası toplanmış sənədləri, Əfv məsələləri sektorunun ümumi arayışını, Ali Məhkəmənin və Baş Prokurorluğun əfvetmənin mümkünlüyü barədə rəylərini, digər sənədləri öyrəndikdən sonra müvafiq qərar qəbul edərkən aşağıdakı halları nəzərə alır:
1. törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməsini;
2. məhkumun şəxsiyyətini, o cümlədən əvvəlki məhkumluğunu, ailə vəziyyətini, səhhətini, yaşını;
3. cəza çəkdiyi müddətdə məhkum olunmuş şəxsin cəzanı icra edən orqana münasibətini, davranışını, əməyi, təhsilə və törətdiyi cinayətə münasibətini.
Əfv Komissiyası məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə edilməsi və ya tövsiyə edilməməsi barədə qərarlardan birini qəbul edir.
Yekun qəti qərarın qəbul edilməsi üçün baxılmış sənədlər Prezidentə təqdim edilir.
11.Əfv komissiyası 2026

Əfvetmə barədə ərizə və vəsatətlər üzrə toplanmış sənədlər və Əfv məsələləri sektorunun ümumi arayışı Əfv Komissiyasına daxil olur.
Əfv Komissiyasının iclasları keçirilir. Komissiya məhkum olunmuş şəxsin əfv edilməyə tövsiyə olunması və ya tövsiyə olunmaması barədə qərarlardan birini qəbul edir.
Əfvetmə barədə məsələlər Əfv Komissiyasının iclasında baxıldıqdan sonra Komissiyada baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunur.
12. Əfv olunanların siyahısı

Məhkumlar aşağdakı müddətlər keçdikdən sonra əfvetmə üçün müraciət edə bilərlər:
1. İslah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra;
2. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı 1/3 hissəsini çəkdikdən sonra;
3. ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını (1/2 hissəsini) çəkdikdən sonra;
4. ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın 10 il müddətini çəkdikdən sonra;
5. məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra.
Yuxarıda qeyd olunan müddətlərdən sonra məhkumlar əfv üçün müraciət edə və əfv oluna bilərlər. Onların siyahısı hər il dəyişir. Hər il əfv olunanların siyahısı mətbuatda dərc edilir.
13. Prezident əfv sərəncamı imzaladı

Əfv sərəncamları adətən əlamətdar günlərdə, xüsusilə bayram günləri ərəfəsində imzalanır.
Bunun üçün bir neçə ay əvvəldən əfv barədə müraciət edən məhkumlar, onların müdafiəçiləri, qanuni nümayəndələri və ya nümayəndələri tərəfindən müraciətlər qeydə alınır, Əfv Komissiyasının müvafiq iclasları keçirilir, həmin müraciətlərə baxılır, müraciətçilərin siyahısı tərtib olunur və sədr tərəfindən Prezidentə təqdim edilir.
Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir.
14. Əfv nə vaxt olacaq 2025

Əfv Sərəncamının imzalanması Prezidentin konstutision səlahiyyətləri çərçivəsində olduğu üçün bu barədə konkret tarix demək mümkün deyil. Adətən əfv sərəncamları əlamətdar günlərdə, xüsusilə bayram günləri ərəfəsində imzalanır.
15. Əfvə düşənlərin siyahısı 2025

President.az saytına daxil olaraq 2025-ci ildə əfvə düşənlərin siyahısı ilə tanış ola bilərsiniz.
Cinayət Məcəlləsinin 82-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə:
- cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər
- ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər
- belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
Ömürlük azadlıqdan məhrum etmə cəzası əfv qaydasında 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər.
Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
16. Əfvə düşənlərin siyahısı 2026

Hər il əfvə düşənlərin siyahısı president.az saytında dərc olunur.
Məhkum olunmuş şəxs əfv edilmədikdə, təkrar müraciətə bir qayda olaraq, 1 il keçdikdən sonra baxıla bilər. Göstərilən müddət qurtaranadək Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfvetmə barədə təkrar müraciətlər baxılmış əvvəlki müraciətin sənədlərinə əlavə olunur.
17. Əfv sərəncamı 2025

Əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyəti olmaqla, fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur. Əfvetmə, bir qayda olaraq, “Əfvetmə haqqında” Əsasnamənin müddəalarına uyğun olaraq həyata keçirilir.
Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir.
Əfv sərəncamı əsasında əfv olunanların siyahısı kütləvi informasiya vasitələrində dərc olunur.
18. Əfv sərəncamı 2025 siyahısı

President.az saytında “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması” haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına nəzər sala bilərsiniz. Həmin Sərəncamda 2025-ci ildə əfv olunanların siyahısı öz əksini tapmışdır.
19. Hüquqi məsləhət

Əfv Məsələləri Komissiyasına müraciətlərin (ərizələrin) hazırlanması, habelə sizi maraqlandıran suallarla bağlı hüquqi məsləhətlərin verilməsi üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın