
Dövlət Vergi Xidmətinin qərarından necə şikayət verə bilərəm?
1. Vergi şikayət

Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkət və hərəkətsizliyindən şikayət etmək hüququ vardır.
Şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Vergi orqanlarının qərarlarından (aktlarından) və ya onların qəbul edilməsindən imtinadan, habelə vergi orqanının hərəkət və hərəkətsizliyindən şikayətlərin (iddia ərizələrinin) hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
Şikayətin verilməsi müddəti
Şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir.
Həmin göstərilən müddət ötürülmüşdürsə, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Müddətin bərpası ilə bağlı ərizənin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
2. Şikayət ərizəsi necə yazılır?

Vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından) və ya onların qəbul edilməsindən imtinadan, habelə vergi orqanlarının hərəkət və hərəkətsizliyindən həm inzibati orqana inzibati şikayətlərin, həm də məhkəməyə şikayətlərin (iddia ərizələrinin) hazırlanması və hüquqi məsləhət üçün bizə müraciət edə bilərsiniz.
3. Vergi Məcəlləsi

Vergi Məcəlləsi 2001-ci il yanvar ayının 1-dən qüvvəyə minmişdir.
Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.
4. Vergilər nazirliyinə şikayət

Vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından) və ya onların qəbul edilməsindən imtinadan, habelə vergi orqanlarının hərəkət və hərəkətsizliyindən Dövlət Vergi Xidmətinə şikayət etmək hüququ vardır. Şikayətlərin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
Qeyd olunan müraciətlərə (korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə daxil olmuş müraciətlər istisna olmaqla) Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması Baş İdarəsi (Katiblik) tərəfindən baxılır.
Şikayətçinin həmin Baş İdarənin qərarlarından Dövlət Vergi Xidmətinin Apelyasiya Şurasına (sonuncunun qərarlarından isə Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına) və ya göstərilən qərarların hər birindən birbaşa məhkəməyə şikayət etmək hüququ vardır.
“İnzibati icraat haqqında” Qanununun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət – hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir.
Həmin Qanunun 71-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər.
Həmin Qanunun 74-cü maddəsinə əsasən inzibati şikayət yazılı formada tərtib edilir. İnzibati şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir:
- Şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;
- Şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;
- Barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);
- Şikayəti verən şəxsin tələbi və tələbin əsasları;
- Şikayətin tərtib edildiyi tarix;
- Şikayəti verən şəxsin imzası.
5. Vergilər nazirliyi əlaqə qaynar xətt

Dövlət Vergi Xidmətinin qaynar xətti aşağıdakı kimidir:
Çağrı Mərkəzi: 195-1
Telefon: +994 12 403 89 70
Ünvan: Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev Prospekti 155
6. Vergilər nazirliyi online müraciət

Dövlət Vergi Xidmətinə onlayn qaydada müraciət edə bilərsiniz. Bunun üçün Dövlət Vergi Xidmətinin saytına (https://www.taxes.gov.az/az) daxil olub “Müraciət” bölməsini seçirsiniz. Həmin bölmənin alt bölməsi olan “onlayn müraciətlər” xanasını seçirsiniz və Dövlət Vergi Xidmətinə müraciətinizi hazırlayıb göndərirsiniz.
7. Dövlət vergi xidməti

23 oktyabr 2019-cu ildə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb.
8. Vergi idarələri

8.1. Dövlət Vergi Xidmətinin Baş İdarələri:
- Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi
- Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi
- Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi
- Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi
- Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi
- Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi
- Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi
8.2. Dövlət Vergi Xidmətinin ərazi vergilər idarələri və baş idarələri:
- Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi
- Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi
- Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi
- Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi
- Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi
- Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi
- Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi
- Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi
- Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsi
- Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsi
- Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi
- Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi
- Qarabağ Ərazi Vergilər Baş İdarəsi
9. Vergi nəzarəti

Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir.
Başqa sözlə , vergi nəzarəti – büdcəyə vergilərin düzgün hesablanmasını, vaxtında və tam məbləğdə köçürülməsini, vergi qanunvericiliyinin riayət edilməsini təmin edən qanunla nəzərdə tutulmuş üsul və tədbirlərin məcmusudur.
10. Vergi nəzarəti pdf

Vergi nəzarəti vergilərin tam və vaxtında yığılmasını təmin etmək üçün həyata keçirilən nəzarət sistemidir.
10.1. Vergi nəzarətini həyata keçirən qurumlar
Vergi nəzarətini Vergi Məcəlləsində və Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi həyata keçirirlər.
Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir.
11. Vergi nəzarəti və onun formaları

Vergi nəzarəti vergi qanunvericiliyinə riayət olunmasını təmin etmək üçün vahid nəzarət sistemidir. Vergi orqanı bu nəzarəti vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə həyata keçirir.
11.1. Vergi nəzarəti hansı formada həyata keçirilir?
Vergi orqanları vergi nəzarətini aşağıdakı formalarda hətata keçirir:
- vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla
- uçot və hesabat məlumatlarını yoxlamaqla
- əlaqəli məlumatları təhlil etməklə
- vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla
- gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla
- həmçinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər.
12. Vergi nəzarətinin formaları

Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və Vergi Məcəlləsində müəyyən edilmiş digər formalarda həyata keçirirlər.
13. Operativ vergi nəzarəti

Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti sahəsində həyata keçirilən vergi nəzarəti formasıdır.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilir.
Operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1-ci maddəsində nəzərdə tutulan məsələləri əhatə edə bilər.
14. Operativ vergi nəzarətinin keçirilməsi qaydaları

Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır:
- vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar;
- vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar;
- vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə;
- vergi orqanlarının qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda;
- vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda
Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda aşağıdakılar əksini tapmalıdır:
- vergi ödəyicilərinin yerləşdiyi ərazi,
- operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər),
- operativ vergi nəzarətinin müddəti
- operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri)
Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir.
Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.
Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən akt tərtib edilir.
15. Bakı şəhəri operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsi

Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi Dövlət Vergi Xidmətinin Baş Ərazi İdarələrindən biridir.
Ünvan (əsas inzibati bina): Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 15
Ünvan (əlavə inzibati bina): Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 44
Telefon: (+99412) 403-81-77
16. Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsi

Dövlət Vergi Xidmətinin Baş Ərazi idarələrindən biridir.
Telefon: +994 12 403 84 87
Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti 15
Email: office.operucot@taxes.gov.az
17. Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsi əsasnamə

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin əsasnaməsi iqtisadiyyat nazirinin 16 dekabr 2024-cü il tarixli əmri ilə təsdiq edilmişdir.
Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi nəzarət sahəsinə aid edilmiş inzibati ərazilərdə sahə təhkimçiliyi, operativ vergi nəzarəti, vergi ödəyicilərinin uçotu, vergi ödəyicilərinə xidmət və onların məlumatlandırılması sahəsində bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur.
18. Vergi əlaqə

Telefon: +994 12 403 89 70
Email: office@taxes.gov.az
19. Vergi xidməti əlaqə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şəxsən, poçt və telefon vasitəsilə, habelə, onlayn şəkildə də müraciət etmək mümkündür.
Dövlət Vergi Xidmətinin çağrı mərkəzi: 195-1
20. Dövlət vergi xidməti əlaqə

Dövlət Vergi Xidməti ilə əlaqə saxlamaq üçün 195-1 çağrı mərkəzinə zəng edə bilərsiniz. Habelə, müraciətinizi onlayn qaydada da göndərə bilərsiniz. Bunun üçün Dövlət Vergi Xidmətinin saytına daxil olub (taxes.gov.az) açılmış pəncərədə müraciət bölməsini seçirsiniz, daha sonra həmin bölmənin alt bölməsində “onlayn müraciət” bölməsini seçirsiniz. Növbəti açılan pəncərədə müvafiq xananı seçərək müraciətinizi daxil edib, onlayn qaydada göndərə bilərsiniz.
21. Vergi qaynar xətt

Dövlət Vergi Xidmətinin 195-1 qaynar xətti ilə əlaqə saxlayaraq sizi maraqlandıran suallarınızı bildirə bilərsiniz.
22. Vergi yoxlama

Vergi yoxlamalarının 2 növü fərqləndirilir: səyyar və kameral vergi yoxlama
Kameral vergi yoxlama vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Müddət – vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günüdür.
Səyyar vergi yoxlama o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Müddəti – səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər.
23. Kameral və səyyar vergi yoxlamaları

Vergi Məcəlləsinin 36-cı maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər.
Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.
Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır.
Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur.
Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.
Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edilərsə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir.
Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir.
Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.
Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir.
Növbəti səyyar vergi yoxlamasıtəqvim ili ərzində 1 dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər.
Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir.
24. Kameral vergi yoxlaması

Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən həyata keçirilir. Bu vergi yoxlaması vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.
Vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir.
Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edilərsə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir.
25. Kameral vergi yoxlamasının keçirilməsi qaydaları

Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən keçirilir. Bu zaman vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kameral yoxlamanın keçirilməsi üçün əsas hesab olunur.
25.1. Kameral vergi yoxlamasının müddəti
Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir.
Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra vergi bəyannaməsi, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.
Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində, dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.
Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin şikayət etmək hüququ göstərilməlidir.
Kameral vergi yoxlaması zamanı vergi orqanı Məcəllə ilə müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır.
26. Kameral nədir?

Kameral (kameral yoxlama)– rəsmi sənədlər, arxiv və yazılı materiallar, mənbəyi məlum olan məlumatlar əsasında aparılan yoxlama və ya araşdırmadır. Yəni hadisə yerinə getmədən, yalnız sənədlər üzərindən aparılan yoxlamanı nəzərdə tutur.
27. Səyyar vergi yoxlaması

Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir.
Səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.
Xaricdə əldə edilmiş gəlirlərə münasibətdə yoxlama son 5 ildən artıq olmayan dövrü əhatə edə bilər. Cinayət işi başlanıldıqda isə ona uyğun olaraq bu müddət 7 ilədək uzana bilər.
Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması başlamazdan ən azı 15 gün əvvəl vergi orqanı vergi ödəyicisinə bu barədə yazılı bildiriş göndərməlidir.
27.1. Səyyar vergi yoxlamasının müddəti
Ümumi qayda olaraq səyyar vergi yoxlaması 30 iş günündən çox olmamalıdır. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər.
28. Səyyar vergi yoxlaması nədir?

Səyyar vergi yoxlaması yerlərə getməklə həyata keçirilir. Səyyar vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına (yaşayış binaları (sahələri) istisna olmaqla) bilavasitə daxil olması həmin şəxslər tərəfindən öz xidməti vəsiqələrini və vergi orqanının rəhbərinin (onun müavininin) həmin vergi ödəyicisində səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarını və ya məhkəmənin qərarını təqdim etdikdən sonra həyata keçirilir.
Vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanlarının vəzifəli şəxslərinin yaşayış binalarına (sahələrinə) orada yaşayan fiziki şəxslərin iradəsindən kənar və ya onların iradəsinə zidd olaraq daxil olmasına yol verilmir.
29. Səyyar vergi yoxlamasının keçirilməsi qaydaları

Səyyar vergi yoxlaması yerlərə getməklə vergi orqanının vəzifəli şəxsləri tərəfindən həyata keçirilir. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən keçirilir.
Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər.
Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlaması başlamamışdan ən azı 15 gün əvvəl yazılı bildiriş göndərilir.
Həmin bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir.
Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər.
Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:
- verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə;
- vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə.
- ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər;
- artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda;
- vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə,
- cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda;
- Vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən 10 iş günü müddətində təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə.
- vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda;
- vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda.
Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır):
- şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər;
- vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək;
- vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək;
- səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək;
- vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə – xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək.
Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanı yekunda akt qəbul etməlidir. Belə ki, vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır.
Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir.
Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır:
- vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;
- vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;
- əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında;
- əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması;
- əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi;
- yeni qərarın qəbul edilməsi.
30. Vergi borcu

Vergi borcu – vergi ödəyicisinin (fiziki və ya hüquqi şəxsin) dövlət qarşısında vaxtında ödəməli olduğu, lakin ödəmədiyi və ya natamam ödədiyi vergi məbləği, eləcə də həmin məbləğə hesablanmış faiz və maliyyə sanksiyalarının cəmidir.
31. Vergi borcu yoxlamaq

Vergi borcunuzu yoxlamaq üçün Dövlət Vergi Xidmətinin new.e-taxes.gov.az saytına daxil olursunuz. “Vergi borcunun yoxlanılması” və ya “borc barədə məlumat” bölməsini seçirsiniz. Əvvəlki günə olan borc barədə məlumat almaq üçün vergi ödəyicisinin VÖEN-ini daxil edirsiniz. Həm fiziki, həm də hüquqi şəxslər üçün keçərlidir. Vergi borcu barədə məlumatı ASAN Xidmət Mərkəzinə müraciət edərək də almaq olar.
32. New taxes gov az

New-taxes.gov.az Dövlət Vergi Xdimətinin İnternet Vergi İdarəsinin yenilənmiş formasıdır. İnternet Vergi İdarəsi — vergi ödəyicilərinin (vətəndaş və şirkətlərin) vergi ilə bağlı bütün əməliyyatları onlayn şəkildə apara bilməsi üçün yaradılmış elektron dövlət xidmətləri sistemidir. Vergi idarəsinə getmədən, bütün vergi işlərini internetlə görmək imkanıdır.
Bu sistem vasitəsilə Vergi borcunu yoxlaya bilərsən, vergi ödənişlərini onlayn ödəyə bilərsən, vergi bəyannamələrini göndərə bilərsən, fiziki şəxs və ya şirkət üçün VÖEN ala bilərsən, ƏDV, gəlir, sadələşdirilmiş vergi üzrə hesabat verə bilərsən, ödəniş tarixçəni görə bilərsən, arayış və çıxarışlar yükləyə bilərsən, elektron imza ilə rəsmi əməliyyatlar apara bilərsən.
33. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi maliyyə sanksiyaları və faizlər tətbiq edilir.
Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.
Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.
-Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il;
-xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il,
-habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.
Vergi orqanlarının hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyi, habelə vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
34. Şikayət ərizəsi nümunəsi

İnzibati şikayət yazılı şəkildə verilir və şikayətdə aşağıdakı məlumatlar göstərilir:
- Şikayətin verildiyi inzibati orqanın adı və ünvanı;
- Şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti;
- Barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik);
- Şikayəti verən şəxsin tələbi və tələbin əsasları;
- Şikayətin tərtib edildiyi tarix;
- Şikayəti verən şəxsin imzası.
İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. Ərizədə aşağıdakılar göstərilməlidir:
- ərizənin verildiyi məhkəmənin adı;
- iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları);
- iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;
- ərizəyə əlavə edilən sənədlərin siyahısı.
İnzibati orqana inzibati şikayətlərin, məhkəməyə şikayətlərin (iddia ərizələrinin) hazırlanması və hüquqi məsləhət üçün bizə müraciət edə bilərsiniz.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın


