
Dəfn üçün müavinəti necə ala bilərəm?
1. Dəfn pulu 2025

“Sosial müavinətlər haqqında” Qanunun 4.0.2-ci maddəsinə əsasən birdəfəlik müavinətlərə bunlar aiddir:
- radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət;
- uşağın anadan olmasına görə müavinət;
- dəfn üçün müavinət;
- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət;
- himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət.
“Sosial sığorta haqqında” Qanuna uyğun olaraq sığortaolunanlara (işləyərək maaşından sığorta haqqı tutulan şəxslər) dəfn üçün müavinət məcburi dövlət sosial sığorta vəsaitləri hesabına Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir.
“Əmək pensiyaları haqqında” Qanunun 42-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub.Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.3-cü maddəsinə əsasən dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1.6-cı maddəsinə müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.
Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə məcburi dövlət sosial sığorta haqları hesabına dəfn üçün müavinət verilir.
Sığortaolunanlar dedikdə isə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir.
Onu da qeyd edək ki:
- dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş şəxslər;
- “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxslər və sığortaolnan şəxslər vəfat etdikdə, bu şəxslərin dəfn xərclərini çəkmiş şəxslərə də dəfn üçün birdəfəlik müavinət verilir.
2. Dəfn pulu necə hesablanır?

Belə ki, dəfn üçün müavinətin məbləği bu cür müəyyən edilmişdir:
- Sığortaolunanlara və işsizlikdən sığorta ödənişini alan şəxslərə ödənilən dəfn üçün müavinətin məbləği 600 manat;
- Əmək pensiyaçılarına isə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin 3 misli miqdarında (960 manat);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.7-ci maddəsinə uyğun olaraq, sığortaolunanın (işləyərək maaşından sığorta haqqı tutulan şəxs) vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə işəgötürən tərəfindən orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilir.
“Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi” haqqında 12 iyun 2025-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2025-ci il iyulun 1-dən dəfn üçün birdəfəlik müavinətin məbləği 600 (altı yüz) manat (sığortaolunanlara və işsizlikdən sığorta ödənişini alan şəxslərə münasibətdə) məbləğində müəyyən edilmişdir.
3. Dəfn pulu neçə günə verilir?

Dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq şəxsin ölümü ilə əlaqədar onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə təyin edilib ödənilir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.3-cü maddəsinə əsasən dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən bu müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.
Şikayət ərizənizin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
4. Dəfn pulu necə alınır?

Dəfn üçün birdəfəlik müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.
Dəfn üçün birdəfəlik müavinətin təyin edilməsi ilə bağlı elektron xidmətlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Habelə, elektron hökümət portalı və ya my.gov.az saytına daxil olaraq dəfn üçün birdəfəlik müavinəti almaq üçün elektron qaydada müraciət edə bilərsiniz.
5. Dəfn pulu hardan alınır?

Dəfn üçün birdəfəlik müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.
6. Dəfn pulu üçün sənədlər

Sosial müavinət alanlara münasibətdə dəfn üçün müavinəti almaq üçün müraciət edərkən bu sənədlər lazımdır:
- Müavinət alan şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti;
- Dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;
- Müavinət alan şəxsin dəfnini təşkil edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
- Dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı;
Sığortaolunanın vəfatı halında dəfn xərcləri üçün müavinət almaq məqsədilə işəgötürənə bu sənədlər təqdim olunmalıdır:
- Ölüm faktını təsdiq edən arayış (müvafiq dövlət qeydiyyat orqanı tərəfindən verilir);
- Dəfn işlərini öz üzərinə götürən şəxs barədə bələdiyyədən alınan arayış.
Bu sənədlərə əsaslanaraq müəssisədə yaradılmış xüsusi komissiya müavinətin verilməsi və məbləğinin təyini barədə qərar qəbul edir. Qəbul edilən qərar komissiyanın iclas protokolunda öz əksini tapır. Ölüm haqqında arayışın arxa hissəsində isə komissiya üzvü tərəfindən müavinətin məbləği və digər zəruri məlumatlar qeyd olunur. Dəfn üçün ayrılan vəsaitin alınması üçün tələb edilən sənədlər tərtib olunduqdan sonra yerli DSMF orqanına işəgötürən tərəfindən məktubla müraciət edilməlidir. DSMF isə sənədləri 2 gün ərzində araşdırıb müavinətin ödənişini etməlidir. DSMF-yə müraciət üçün lazım olan sənədlər bunlardır:
- DSMF-yə məktub;
- Müavinətin təyin edilməsi ilə bağlı komissiyanın protokolunun surəti: elektron qaydada;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş ölüm haqqında arayışın surəti: elektron qaydada və əsli məktubla;
- Öləni dəfn etməyi öhdəsinə götürmüş şəxs barədə müvafiq bələdiyyə tərəfindən verilmiş arayış: elektron qaydada;
- Dəfn üçün müavinətlə bağlı haqq-hesab cədvəli: elektron qaydada;
- Müavinət alan şəxsin bank rekvizitləri və ya poçt ünvanı: elektron qaydada;
Əmək pensiyaçılarına münasibətdə dəfn üçün müavinəti almaq üçün müraciət edərkən bu sənədlər lazımdır:
- Əmək pensiyaçısının ölüm haqqında şəhadətnaməsinin surəti;
- Dəfn müavinətinin alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı;
- Dəfni təşkil edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
- Ölənin dəfnini öhdəsinə götürmüş şəxs barədə müvafiq bələdiyyə tərəfindən verilmiş arayış.
7. İşləməyənlərə dəfn pulu verilirmi?

Belə ki, işləməyən və sığorta ödənişi etməyən şəxslər üçün dəfn pulu ödənilmir. Dəfn pulu aşağıdakı şəxslərin dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə verilir:
- Əmək pensiyaçıları;
- Ömürlük müavinət alan dövlət qulluqçuları;
- Yaşa görə müavinət alanlar;
- Əlilliyə görə müavinət alanlar;
- Ailə başçısını itirməyə görə müavinət alanlar;
- İşsizlikdən sığorta ödənişi alanlar;
- İşləyən və xeyrinə məcburi dövlət sosial sığorta ödənişi edilənlər, yəni sığortaolunanlara.
8. Dəfn pulu nə qədərdir 2025

Belə ki, dəfn üçün müavinətin məbləği bu cür müəyyən edilmişdir:
- Sığortaolunanlara və işsizlikdən sığorta ödənişini alan şəxslərə ödənilən dəfn üçün müavinətin məbləği 600 manat;
- Əmək pensiyaçılarına isə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin 3 misli miqdarında (960 manat);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.7-ci maddəsinə uyğun olaraq, sığortaolunanın (işləyərək maaşından sığorta haqqı tutulan şəxs) vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə işəgötürən tərəfindən orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilir.
“Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi” haqqında 12 iyun 2025-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2025-ci il iyulun 1-dən dəfn üçün birdəfəlik müavinətin məbləği 600 (altı yüz) manat (sığortaolunanlara və işsizlikdən sığorta ödənişini alan şəxslərə münasibətdə) məbləğində müəyyən edilmişdir.
9. Ölüm pulu kimlərə düşür?

Dəfn pulu aşağıdakı şəxslərin dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə verilir:
- Əmək pensiyaçıları;
- Ömürlük müavinət alan dövlət qulluqçuları;
- Yaşa görə müavinət alanlar;
- Əlilliyə görə müavinət alanlar;
- Ailə başçısını itirməyə görə müavinət alanlar;
- İşsizlikdən sığorta ödənişi alanlar;
- İşləyən və xeyrinə məcburi dövlət sosial sığorta ödənişi edilənlər, yəni sığortaolunanlara.
10. Dəfn pulu kimlərə verilmir?

İşləməyən, sığorta ödənişi etməyən və əmək pensiyaçısı olmayan şəxslər üçün dəfn pulu ödənilmir.
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın