
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə onlayn müraciət qaydası
1. Baş Prokurorluq – Məktub yazmaq
Baş Prokurorluğa artıq onlayn qaydada müraciət etmək mümkündür.
“Vətəndaşların müraciətləri haqqında” qanunun 10-cu maddəsinə əsasən, Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində, dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə isə 20 iş günü müddətində baxılır.
Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır.
Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.
1.1 Baş Prokuror Kamran Əliyevə müraciət
Baş Prokurorluğa onlayn müraciət etmək üçün bu linkə daxil ola bilərsiniz:
Baş Prokurorluğa onlayn müraciət linki
1.2 Baş Prokurorluğa edilən müraciətin nəticəsini izləmək
Baş Prokurorluğa edilən müraciətin nəticəsi barədə məlumat əldə etmək üçün bu linkə daxil olub müraciət zamanı sizə verilən qeydiyyat nömrəsi və mobil nömrəni daxil edin:
Baş Prokurorluğa edilən müraciətin nəticəsi barədə məlumat
1.3 Baş Prokurorluq – Qaynar xətt
Baş Prokurorluğun qaynar xətt nömrələri:
📞 012-492-55-40
📞 012-492-01-38
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi: 📞 161
2. Daxili İşlər Nazirliyi – Onlayn müraciət
Daxili İşlər Nazirliyinə artıq onlayn qaydada müraciət etmək mümkündür.
“Vətəndaşların müraciətləri haqqında” qanunun 10-cu maddəsinə əsasən, Vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində, dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə isə 20 iş günü müddətində baxılır.
Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır.
Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.
2.1 Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət
Daxili İşlər Nazirliyinə onlayn müraciət etmək üçün bu linkə daxil ola bilərsiniz:
Daxili İşlər Nazirliyinə məktub yazmaq
2.2 Daxili İşlər Nazirliyinə edilən müraciətin nəticəsini izləmək
Daxili İşlər Nazirliyinə edilən müraciətin nəticəsi barədə məlumat əldə etmək üçün bu linkə daxil olub müraciət zamanı sizə verilən sənəd nömrəsini daxil edin:
2.3 Daxili İşlər Nazirliyi – Qaynar xətt
Daxili İşlər Nazirliyinin qaynar xətt nömrələri:
- 📞 102
- 📞 012-590-92-22
İnsan alverinə qarşı mübarizə: 📞 152
Baş Dövlət Yol Polisi İdarəsi: 📞 902
Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.
WhatsApp-da bizə yazın
Salam mən Sadıqlı Tağı Xalar oğlu
Fevral ayının 18-19 keçən gecə yoldaşım Sadıqlı Fatiməyə məxsus olan Nissan Maçh 77-SL-258 Dövlət nəqliyyat nışanlı olan Maşın və özümə məxsus olan 77-NJ-328 Nömrəli Toyota Prius Aftomobilinin Şüşələrini sindiraraq içinə daxil olub 400 azn pul və Cənab Prezdent Tərəfindən Mənə məxsus olan Vətən Uğrunda gedən döyüşlərdə verilen vesiqemi götürərək yoxa çıxıb sizdən artıq dərəcədə xayış edirəm artıq aprel ayının 6 sı dı bu işnnən ciddi məşqul olub mənə kğməyliy görsədəsiniz. İşim 23 N bölmədədi bu müddət ərzində heçbir məlumat yoxdu
Müraciətinizi müvafiq olaraq yuxarıda qeyd olunan linklərin birinə daxil olaraq edin.
Mənim 3 abyektimi bir 80 kv evim olub. 2019-cu ilin oktyabirin 25 Baku CİTY tikinti şirkəti abyektimi məni razilaşdirmadan sökdülər mən abyektin cində olsamda nəticədə qorxudan şəkər xəsdəliyi tutum komaya düşdüm. Evlərimizdən cixmadigimiz ücün evimə elektrik cəryani qoşub qizimi nəticədə tok vurdu. Dəmir parcasi yuxardan atib ayagini yaraladilar 15 sm kəsildi uşagimin ayagi bir söznən 2020 mayina qədər başda Elxan Dadaşov olmaxnan mənə və ailəmə zülüm verdilər 2020-ci ilin mayin 24 polisdərin əlinnən müqavilə yazib mənə məcburi qol cəkdirib cixartdilar evimdən. Bu günə qədər 3 abyekt 1 ev 80 kv alib mənə 1 manatda kirə pulu verməyiblər. 20 il yaşadigim binaya məni buraxmillar. Cox xaiş edirəm mənə köməklik edəsiniz evlərimin qaytarilmasinda. Elxan Dadaşovun barəsində tədbir görəsiniz. Mənim və evladlarimin qani yerdə qalmasin. Məni tək tənha qadin bilib başima oyun acdi Elxan Dadaşov
Bu məsələnin həlli üçün qanunsuz hərəkətlərə yol verən şəxslər barəsində polisə müraciət edə bilərsiniz.
Məmmədov Qamət Seymur oğlu Doğum tarixi: 05.06.2000 Ünvan: Ağcabədi rayonu, Hüsülü kəndi Əlaqə nömrəsi: 050 393 92 87
Ərizə Mən, yuxarıda qeyd olunan Məmmədov Qamət Seymur oğlu, 26.05.2025-ci il tarixində saat 07:50 radələrində Hacıqabul-Pəhrəmtəpə avtomobil yolunun 116-cı kilometrliyində yol-nəqliyyat hadisəsində iştirak etmişəm. İdarə etdiyim VAZ 21011 markalı, 15-BZ-241 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, sola – torpaq yola dönmək istədiyim anda, eyni istiqamətdə arxadan yüksək sürətlə gələn avtomobil mənə çırpılmış və nəticədə avtomobilimə ciddi ziyan dəymişdir.
Hadisədən sonra hadisə yerinə Beyləqan rayon YNH inspektoru, polis kapitanı Kazımov Səfərali Nizami gəlmiş, lakin ekspertiza rəyi olmadan, hadisənin tam və obyektiv araşdırılması aparılmadan mənim barəmdə qərəzli şəkildə inzibati protokol tərtib olunmuş, qanunsuz şəkildə məsuliyyət mənim üzərimə qoyulmuşdur.
Həmin ərazidə sürət həddi 60 km/saat olduğu halda, qarşı tərəfin bu həddi aşaraq təxminən 100 km/saat və ya daha artıq sürətlə hərəkət etdiyi faktlarla və şahid ifadələri ilə sübut olunur. Zərbənin gücü ilə həmin avtomobil kanala yuvarlanmışdır ki, bu da yüksək sürət faktını bir daha təsdiqləyir. Mən isə dönmə niyyətimi dönmə siqnalı (favoritnik) ilə bildirmişəm.
Polis əməkdaşı Kazımov Səfərali tərəfindən hadisə yerində qərəzli yanaşma, obyektiv araşdırmanın aparılmaması, ekspertizanın rəyi olmadan özbaşına qərar qəbul edilməsi, və nəticədə mənim hüquqlarımın pozulması halları baş verib. Bu cür hüquq pozuntuları təkcə mənə qarşı yox, qanunlara hörmət edən hər bir vətəndaşa qarşı edilən haqsızlıqdır.
Tələb edirəm:
1. Yol-nəqliyyat hadisəsinin təkrar və obyektiv araşdırılması üçün işin yenidən baxılmasına göstəriş verilsin.
2. Qəzanın obyektiv ekspertiza əsasında təhlili aparılsın.
3. Polis kapitanı Kazımov Səfərali Nizaminin bu işdə məsuliyyətsiz və qanunsuz davranışı ilə bağlı xidməti araşdırma aparılsın və hüquqi qiymət verilsin.
4. Mənə qarşı tətbiq olunan 100 manatlıq inzibati cərimə ləğv edilsin və hüquqlarım bərpa olunsun.
Əlavə olaraq, hadisə ilə bağlı video görüntülər, foto sübutlar və sənədlər mövcuddur. Lazım olarsa təqdim edilə bilər.
Hörmətlə, Məmmədov Qamət Seymur
Salam. Siz bu müraciətinizi məhkəməyə göndərə bilərsiniz. Məhkəməyə müraciət edin.
Qarşıdan gələn avtamabil 500 km saat ilə gəlsə belədə sola dönən geriyə dönən manevr eden gözləməlidir sizə qanunsuz cərimə yazılmayıb tam qanunidir
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə
(Baş Dövlət Yol Polisi İdarəsinə)
Şikayətçi:
İsmayılzadə Səbinə Güloğlan qızı
Qeydiyyat nişanı: 99XT904
Avtomobil markası: Hyundai Sonata
Əlaqə: (050-559-16-12)
Ərizə
25.04.2025-ci il tarixində mənim adıma 327.2-ci maddəyə əsasən, “yolayrıcını keçmə qaydalarının pozulması” ilə bağlı 100 manat məbləğində inzibati protokol tərtib olunmuşdur.
Bununla bağlı bildirirəm ki, göstərilən tarixdə qeyd olunan qayda pozuntusunu etməmişəm və hadisə ilə bağlı bir yanlışlıq olduğuna inanıram.
Hesab edirəm ki, bu protokol haqsız şəkildə tərtib olunub və onun ləğv edilməsini xahiş edirəm.
Ərizəmin araşdırılaraq nəticəsi barədə mənə yazılı məlumat verilməsini xahiş edirəm.
Salam, inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilir. Həmin qərardan məhkəməyə şikayət verə bilərsiniz. Şikayətinizin hazırlanmağını bizə həvalə edə bilərsiniz.
Saıam. Müvəkkilim Vəliyeva Amalyanı bu gün axsam saatlarında aeroportda saxlayıb hava nəqliyyatınpolis idatəsinə gətirdilər. Aradan bir qədər kecmiş girişdə polisə özlərini banditizmin əməkdaşları kimi təqdim edən 2 nəfər müıki geyimli şəxs icəri daxil oldular. Amaliyanı aparan zaman mən onlara özümü təqdim etdim və Amalyanı hara apardıqlarını sorusdum. Sizin əməkdaslar mənim onlar özlərini təqdim edərkən eşitdiyimi bilmədiklərinə görə mənə Amalyanı DİN apardıqlarını bıldirdilər və mənə onlarla gəlməyə imkan verməyərək Amalyamı ag toyota 77 RG277 nömrəli maşına qoyub saatda 150 ilə sürətlə apardılar. Mən də məcburən onların arcasınca getdim BPİnin qarsısında onlar yenidən qəfil qayda pozuntusu edərək əks istiqamətdə getdilər. Mən də məcburən onların arxasınca getdim, lakin onları itirdim. Yəni polis əməkdaşları gözümün qarsısında müvəkkilimi oğurladılar. Mən bununla əlaqədar 102 yə zəng etmişəm. Hazırda mübəkkilim DİNdə yoxdur, təbii ki də ola bilməz, Banditizm isə bildirir ki bura belə adam gətirilməyib. Ancaq faktiki olaraq həmin şəxslər mutəsəlkil ciinayətkatlıqda işlıyirlər. Özıərini mənə təqdim etməyərək agıllarına gələn adları mənə dedilər. Mən də guya inandım. Qeyd edirəm ki, mın onların maşınlarının arcasınca gedəndə videolarını cəkmişəm. Ölçü götürmənizi xahiş edirəm
Saat 00:59 dur, müvəkkilim mütəşəkkil cinayətlarlıqla mübarizə idarəsindədir. Orderim olmasına rəğmən məni onunla görüşdürmürlər. Burada nə qədər saxlamılacaq məlumat verilmir
Müvəkkilim Vəliyeva Amalyanı mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə gətiriblər. Artıq necə saatdır ki orderim olmasına rəğmən məni onun yanina buraxmırlar. Artıq necənci dəfədir ki, 15 dəqiqəyə buraxırıq deyirlər. Amalyanı bura gətirən polis işcisini burada gördüm, bu dəfə adının Samir olduğunu dedi. Men burada nə qədər dayanmalıyam və niyə müvəkkilimıə görüş verilmir?
Salam. Bu məsələ ilə bağlı yenidən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verin. Habelə Ombudsmana aparatına da müraciət edə bilərsiniz. Qaynar xətt 916.
Salamm cənab nazir Bayram adli sexs menim masnmi vurub seneti duz olmadiqi üçün mənə deyir sahible ismi gel elmsem senin masnvi düzəltmişəm xais edrem mənə kömək edin 4bas aylaye baxıram maşın yoxdu corey ala bilmirəm sahibde hər gün deyir bu gün səhər məni qəbul eləmirlər mənə kömək edin xaiş edrem pis veziyedeyem ujey salmaq ismirem.heckimmbaxmir mənə kömək edin xaiş edrem
Salam. Sizə dəyən zərərin qiymətləndirilməsi ilə bağlı sənədiniz varmı? Zəhmət olmasa, 055-653-98-41 nömrəsinin votsapına yazın.
Salam Ev keçən il alinib.Belediyyeden emlak vergi borcu gəlib 2024-25 çi il. üstəlik faiz borc.zeng vurub belediyyeyle əlaqə saxlamışam borcun mütləq ödənilməli olduğunu bildiriblər! Ödəmişəm. Vaxt edib bələdiyyəyə yaxınlaşıb öyrənmişəmki keçmiş ev sahib 24 cür il üçün ödəniş edibmiş.deyiremki bəs mən ödədiyim artıq məbləği ya qaytari yada 26 çi il üçün qeyd edin bunun mümkünsüz olduğunu bildirir bələdiyyə işçisi.Ustelik deyirki başınızın gözünüzün Sadağası olsun.cixis yolu nedir? Bir evin vergisini niye 2 dəfə almalıdırlar?!!!
Salam. Şikayət edə bilərsiniz. Tədiyyə bildirişində sizin adınıza qeyd edilib?
Avtomobilim 02avqust 2025-ci il tarixində əsassız olaraq saxlanılıb və dərhal cərimə meydançasına aparılıb. İddia olunur ki, asqı yayları kəsilib və qızdırılıb, amma bu barədə heç bir texniki baxış keçirilməyib, protokol tərtib olunmayıb, heç bir sənəd təqdim edilməyib. Artıq 9 gündür avtomobilim meydançadadır.
Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 13, 24 və 29-u maddələrinin, İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsini, həmçinin “Polis haqqında” Qanunun 29-cu maddəsinin tələblərinə ziddir. Hüquqlarımın pozulmasının dayandırılmasını və məsul şəxslər barədə tədbir görülməsini tələb edirəm.”
Salam. Bu məsələ ilə bağlı dərhal 102 və 902 məlumat verin. İnzibati tənbehvermə haqqında prtokol və qərarı tələb edin.
Mene 3 defe zerer gelib
Evimin esyalarimi aparib lar qapilari renglemek adindan
Pullumu vermirler.
Qonsu qanunsuz ev verib vergidən yaiyinarag muqavilesiz her defe evimin remontu zay olur deflerle bu olur polise deyirem baxmir lar mene komeklik edin 0775447071
Salam. Zəhmət olmasa, 055-653-98-41 nömrəsinin votsapına yazın.
Salam Mən Azər Hümmətov Zirəddin Oqlu sizdən xahiş edirəm ki mənə köməkdarlıq edəsiniz Mən 11.09.2025 saat 10.43 də Bakə şəhəri mikayık müşviq praspekti istiqamətində gedərkən DYP əməkdaşları mənim idarə etdimim maşınımı saxlayaraq mənə deyirki qayda pozmusan və mən onlardan xaiş etdim ki mənə görüntünü görsədin DYPİ əməkdaşı öz şəxsi telefonu alfonu maşının güzgüsünə pul reziniylə baqlayaram çəkiliş edir və mən onlardan soruçdum ki sizin icazəniz varmı kı şəxsi telefonla çəkiliş edirsiniz həmin əməkdaşlardan biri mənə deyirki yaxşı edirəm get şikayət et ki telefonla çəkiliş edir DYPİ zerjantı Qədər Babazadə Arif Oqlu mənə deyir saqdan gələn maşınlara yol vermədin və mən xaiş etdim ki öz şəxsi çəkdiyi video ya bax mən tixac da dayana dayana saqımdan gələn maşınlara yol vermişəm və özdəri özdəri də çəkdiyi vidyoya baxdılar ki mən tıxac da dayana dayana gedirəm mənə prakatol yazdılar 100 azn 3 bal mənim maşınımda vidyo reqistartor var və çəkilişləri saxlayıram xaiş edirəm mənə kömək edəsiniz öncədən təşəkkür edirəm
Salam. Zəhmət olmasa, 055-653-98-41 nömrəsinin votsapı üzərindən bizimlə əlaqə saxlayın.
Salam mesgulluqa qoyunculuq teserufati ile bagli muraciyyet etmiwem 2 ildi baxilmir hec bir gelir yerimde yoxdu men hara muraciyyet etmeliyem
Salam. 142 qaynar xətlə əlaqə saxlayın. Sizi Dövlət Məşğulluq Agentliyi ilə əlaqələndirsinlər.