Hüquqi Yardım üçün bizə müraciət edin!

(055) 653-98-41
Digər

AZPULMAT kredit təşkilatı kontaktımda olan nömrələrə zəng edə bilərmi?

1. Azpulmat və digər kredit təşkilatları məndən icazəsiz kontaktımdakı nömrələrə zəng edə bilərmi?

Bəli. Azpulmat və digər kredit təşkilatları “Banklar haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, bank sirrini təşkil edən məlumatların, o cümlədən sizə verilən kreditin ümumi məbləği, kredit borcunun gecikdirilmiş məbləği və kredit borcunun qalıq məbləği ilə bağlı məlumatlarınız barədə mobil telefonunuzun kitabçasında qeyd olunmuş şəxslərə (kontaktlara) məlumat verilməsinə razılıq vermiş olursunuz.

“Azpulmat” və ya digər kredit təşkilatlarından kredit götürərkən  sizə təqdim olunan razılıq ərizəsində sizin kontaktınızda olan şəxslərə zənglərin edilməsi barədə bu bənd mövcud olur. Siz kredit götürəndə bu şərtlərə razılıq vermiş olursunuz. Buna görə də, kontaktınızda olan şəxslərə zənglərin edilməsi qanuni hesab olunur və bank sirrinin pozulması hesab olunmur.

Yəni, siz buna görə Azpulmat kredit təşkilatını, digər təşkilatları və ya bankı məhkəməyə verib uğur qazana və ya təzminat əldə edə bilməzsiniz.

2. Azpulmat qaynar xətt

Azpulmat kredit təşkilatı sizə və ya tanışlarınıza zəng edirsə, bu barədə onlarla əlaqə saxlamaq da bu problemin həlli istiqamətində rol oynaya bilər.

3. Zaminlikdən imtina etmək mümkündürmü?

Mülki Məcəlləyə əsasən, aşağıdakı hallarda zaminlikdən çıxa bilərsiniz:

1) Zaminliklə təmin olunmuş  öhdəliyə borcun ödənilməsi, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsaslar üzrə xitam verilirsə,  zaminliyə də xitam verilir.

2) Əgər zaminliklə təmin olunmuş öhdəlik dəyişdirilərsə və bu dəyişiklik zaminin məsuliyyətini artırarsa və ya onun üçün digər əlverişsiz şərait yaradarsa zaminliyə xitam verilir.

3) Kreditorla bağlanılan müqaviləyə əsasən zaminin razılığı olmadan borclu şəxs tərəfindən öhdəlik digər şəxsə (yeni borcluya) verilərsə, zaminliyə xitam verilir.

4) Öhdəliyini lazımınca icra etmiş borclu, eləcə də zamin hər cür məsuliyyətdən azad olunur və belə öhdəliyə və onunla bağlı zaminliyə xitam verilir. Lakin  icranın lazımınca olmadığını hesab edən kreditor bu məsələni məhkəmə qaydasında mübahisələndirə bilər.

5) Zaminlik müqaviləsi əsas öhdəlik haqqında müqavilə ilə bağlıdır. Zaminlik müqaviləsində müəyyən edilmiş müddət bitdikdə zaminliyə xitam verilir.

Zaminlik müqaviləsində müddət nəzərdə tutulmadıqda zaminliyə əsas öhdəliyin (borcun ödənilməsi) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Lakin borcun ödənilməsi müddəti müqavilədə göstərilməyibsə, zaminlik müqaviləsi bağlandığı gündən 2 il ərzində kreditor zaminə qarşı iddia irəli sürməzsə, zaminliyə xitam verilir.

4. Kredit gecikməsini sildirmək mümkündürmü?

“Kredit büroları haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, kredit tarixçələri son dəyişiklikdən etibarən 10 il müddətində saxlanılır və banklar  vətəndaşa kredit verməmişdən əvvəl onların kredit tarixçəsini yoxlayır. Əgər əvvəlki kreditlərdə gecikmə və ya problem olubsa, bu, kreditin verilməsinə təsir göstərə bilər.

Lakin qanunvericilik banklara və bank olmayan kredit təşkilatlarına(məsələn azpulmat) gecikməsi olan şəxslərə kredit verməyi qadağan etmir. Kreditin verilib-verilməməsi həmin kredit təşkilatlarının öz təşəbbüsündən asılıdır.

5. Ölən şəxsin kredit borcunu kim ödəməlidir?

Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli qərarına əsasən,  borclu vəfat etdikdə, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində borclunun  kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yəni şəxs vərəsəlikdən imtina etsə və miras qəbul etməzsə, o mirasqoyanın borcu üzrə öhdəlikdən azaddır.

Əgər vəfat etmiş borclu şəxsin zamini varsa və zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,  vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də vərəsələrə düşən miras əmlakın həcmi öhdəliyi icra etməyə imkan vermədikdə, zamin ölən şəxsin kreditoru(məsələn Kapital bank, Unibank, Azpulmat, Manato və s) qarşısında tam məsuliyyət daşıyır.

Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar.

Bu məsələlərdə hüquqi konsultasiya və ya hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz.

Konsultasiya və hüquqi yardım almaq üçün bizə WhatsApp-dan müraciət edin.

WhatsApp-da bizə yazın

14 Şərhlər

  1. The Futuristic All-In-One AI Voice Platform Clones Any Voice, Translates It Into 20+ Global Languages, & Creates Human-Like Voices In 60 Seconds Flat – With Real Emotions, Voice Modulations, Global Accents & Multilingual Fluency.

    Powered By Revolutionary Vocal DNA Technology, That Turns Any Text, Audio, & Video Into A Human-Like Voice – That Sounds So REAL, As If A Human Is Talking…

    And much more … http://www.novaai.expert/ToneCraftAI

  2. Tired of switching between ChatGPT, Claude, Gemini?

    Get permanent access to ChatGPT, Claude, Gemini Pro, DALL·E, Mistral, LLaMA, Kling AI and more — from a single, unified dashboard.

    [✓ | » | ➤] No subscriptions, no monthly fees — pay once, use forever

    [✓ | » | ➤] Auto-switch between models — let the system choose the best AI for each task

    [✓ | » | ➤] Built for creators, pros, and AI power users

    *[! | ] Limited lifetime access — only available for the first 100 users

    >> Get started before it’s gone → http://www.novaai.expert/AI-IntelliKit

  3. – With 1-Click Generate “Virtual Human” Videos
    – All Of Our Views Turns Into Huge Paydays ($500+)
    – Our Videos Dominate ANY Platform No Matter Which (TikTok, IG, FB, YT,…)
    … more https://www.novaai.expert/Humanify
    – Generate Videos In Over 50 Languages And Dozens Of Accents…
    – No Recording Or Editing Required Whatsoever
    – ZERO Manual Work With Humanify. Never Write Scripts, And Never Record
    – We Get Over 100,000 Views Daily On Our Videos…
    – Works In Any Niche No Matter What
    – No Complicated Setup – Get Up And Running In 2 Minutes
    – Our Clients Generate Hundreds Of Dollars Working Less Than 2 Min
    – ZERO Upfront Cost – Get Up And Running Immediately
    – 30 Days Money-Back Guarantee
    … more https://www.novaai.expert/Humanify

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button