Ailə hüququ

Boşanma prosesi uşaq varsa necə həyata keçirilir?

1. Boşanma prosesi uşaq varsa

Boşanma  prosesi uşaq varsa Ailə Məcəlləsinə əsasən, uşağın məhkəmə prosesinin gedişində dinlənilmək hüququ mövcuddur. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Lakin Ali Məhkəmənin Plenum qərarına əsasən 10 yaşına çatmış uşağın fikri uşağın bir valideyndən alınıb digərinə verilməsi üçün mütləq əsas deyil. Hər bir konkret halda məhkəmə uşağın yüksək mənafelərini, qəyyumluq və himayəçilik orqanının rəyini nəzərə alaraq qərar qəbul etməlidir.

Həmçinin məhkəmə qərar qəbul edərkən 7 yaşl uşağın da fikrini öyrənə və nəzərə ala bilər.

Aliment ödənilməsi barədə razılıq olmadıqda isə uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

  • 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
  • 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
  • 3 və daha çox uşağa görə — qazancın (başqa gəlirlərin) yarısı

Bununla yanaşı  vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.

Alimentin minimum məbləği hal-hazırda 235 manat təşkil etsə də, bu məbləğ 2025-ci il yanvarın 1-i tarixindən etibarən 245 manat olacaq.

Aliment təyin olunduqdan sonra alimentin artırılması üçün qadın(kişi) məhkəməyə müraciət edə bilər.

Alimentin ödənilməmisənə və ya gecikdirilməsinə görə qanunvericilikdə məsuliyyətlər mövcuddur.

2. Boşanma prosesi uşaq varsa rüsumlar

Nikahın pozulması üçün tələb olunan mediasiya xərci 60 AZNməhkəmə üçün dövlət rüsumu isə 50 AZN təşkil edir.

Əgər ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları yoxdursa, nikaha onların razılığı əsasında müvafiq rayon (şəhər) üzrə qeydiyyat şöbəsində və ya ASAN Xidmət Mərkəzində yerləşən qeydiyyat şöbəsində xitam verilə bilər.

Yetkinlik yaşına çatmayan uşaq varsa, mütləq mediasiya və məhkəmə prosesi olmalıdır.

3. Boşanma prosesi uşaq varsa lazım olan sənədlər

Nikahın pozulması üçün ilkin olaraq mediasiyaya müraciət etmək tələb olunur. Mediasiya prosesində tərəflər arasında barışıq əldə olunmadığı halda ər və ya arvad “nikahın pozulması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir.

Nikahın pozulması zamanı tələb olunan sənədlər:

  • Nikah haqqında şəhadətnamənin əsli;
  • Uşağın (uşaqların) doğum haqqında şəhadətnaməsinin surəti;
  • Tərəflərin şəxsiyyət vəsiqələrinin surəti;
  • Mediasiya arayışı;
  • Mediasiya xərclərinə dair qəbz;
  • Dövlət rüsumunun ödənilməsinə dair qəbz.

4. Boşanma prosesi uşaq varsa birtərəfli boşanma

Ailə mübahisələri üzrə məhkəməyə müraciət etməzdən öncə qanunla mediasiyada iştirak tələb olunduğundan, qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə yazılı təklif göndərməlisiniz.

10 iş günü müddətində təklifiniz qəbul edilmədikdə və ya qarşı tərəflə mediator və ya mediasiya təşkilatı barədə razılığa gələ bilmədikdə mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına onlayn qaydada müraciət edə bilərsiniz.

Qarşı tərəf ilkin mediasiya sessiyasında da iştirak etmədikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışı mediasiyada iştirak edən tərəfə təqdim edir. Bu arayış əsasında məhkəməyə müraciət edə bilərsiniz.

Ailə Məcəlləsinin 20-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. 3 ayın sonunda qarşı tərəflə barışıq əldə etməsəniz və siz nikahın pozulmasında təkid etsəniz, nikahınız məhkəmə qaydasında pozulacaq.

Təqribi hesabla mediasiya prosesiniz 1 ay, məhkəmə prosesiniz isə 3 ay çəkəcək.

5. Boşanma prosesi uşaq varsa uşaqlara pay düşürmü?

Xeyr. Nikahın pozulması zamanı əmlak bölgüsü yalnız ər-arvad arasında aparılır. Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər (50/50) müəyyən olunur. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ər-arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

6. Boşanma prosesi uşaq varsa xəyanətə görə uşaq alına bilərmi?

Bosanma prosesi usaq varsa

Xeyr. Qeyd edək ki, Ailə Məcəlləsində, ümumiyyətlə, qanunvericilikdə qadının(kişinin) xəyanəti səbəbilə uşağın ondan alınması ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Yəni, kişinin(qadının) xəyanəti uşağın ondan alınması üçün əsas deyil. Buna görə uşaq anadan(atadan) alına bilməz.

Paylaşımlardan ani xəbərdar olmaq üçün Telegram kanalımıza qoşulun!

Telegram kanalımıza qoşul

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqəli Məqalələr

Back to top button